Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin əmri ilə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.
V.Eyvazovun digər əmri ilə o, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.
M. Seyidov 2014-cü ilin noyabr ayında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.