“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatı istiqamətində işləri davam etdirir.
Cəbrayıl rayonundan sonra Şuşa şəhəri də elektrik enerjisi ilə təchiz edilib.
“Azərişıq”dan bildirilib ki, Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Yaxın günlərdə digər ərazilərimzdə də Azərbaycan işığı yanacaq.