25 Dekabr 2024, Çərşənbə

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc yaşayış məntəqələrinə təcavüxzü davam edir.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Ermənistan hərbi birləşmələri Azərbaycanın Gəncə şəhəri, Bərdə və digər rayonlarında dinc sakinləri atəşə tutur: "Dünən Bərdə rayonuna atılan raket nəticəsində biri uşaq olmaqla 4 nəfər həlak olub, 14 nəfər mülki şəxs yaralanıb. Bu gün Ermənistanın daha bir terrorunun şahidi olduq. Onlar Bərdədə dinc sakinləri yenidən atəşə tutublar. Əsasən şəhərin mərkəzinə raket zərbələri endirilib, ölən və yaralananlar var. Bu dünya bəşəriyyətinə qarşı atılan addımdır".

H.Hacıyev deyib ki, Ermənistan tərəfi həmçinin dünyanın mədəni irsinə də təcavüz edir. Beynəlxalq humanitar hüquq normalarında da birmənalı olaraq mədəni irsin qorunmasına dair müddəalar var. Ermənistan bu müddəaları da pozur. Biz ümumiyyətlə mədəni irsə qəsdin şahidi oluruq. Ermənistanın davam edən işğalı insanları dünyasını dəyişən qohumlarını ziyarət etməsinə də imkan verməyir. Qəbiristanlıqlar, qəbirüstü abidələr atəşə tutulur, dağıdılır. Ermənistan işğal olunan ərazilərdə də mədəni irsi abidələri məhv edib. Şuşadakı məscidin dağıtması bunun bariz nümunəsidir. Müqəddəs məbədlərdə mal-qara saxlayan Ermənistan təkcə insanlra deyil həm də mədəni irstəcavüz edir. Münaqişə başlayandan indiyə kimi Azərbaycan YUNESCO-nun mədəni abidələrinin qorunması müddəlarına sahib çıxır, ona əməl edir. Mədəni abidələrin qəsdən dağıdılması cinayətdir. Hazırda Azərbaycan Silahlı Qüvvələri sülhməramlı niyyətini əhyata keçirir, sülhün bərqərar olunmasdını istəyir. Ermənistan isə təcavüzünü davam etdirməkdədir. Füzuli, Cəbrayıl, Zəngilan və digər işğaldan azad olunan ərazilərdə biz bu faktların şahidi olmuşuq. Dini abidələrdə mal-qara saxlamaq da bir qəsddir".

Prezidentin köməkçisi bildirib ki, Gəncə şəhərindəki məbəd də Ermənistan tərəfindən dağıntıya məruz qalıb: "Bunu təəssüf hissi ilə qeyd edirik və buna dünya ictimaiyyətinin diqqətini çatdırırır. Azərbaycan tərəfindən heç bir mədəni-irsi abidə dağıdılmayıb. Əksinə həmin abidələrin qorunması üçün əlimizdən gələni əsirgəmirik. Əgər bu davam edərsə, Ermənistan daha çox abidənin dağıdılmasına səbəb olacaq".

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR