26 Dekabr 2024, Cümə axşamı

Oktyabrın 12-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı olub.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildiriblər ki, tərəflər iki ölkə arasında hüquqi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edərək cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində əməkdaşlığı yüksək qiymətləndiriblər.

Baş prokuror Kamran Əliyev oktyabrın 11-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan, döyüş bölgəsinə aidiyyəti olmayan və xeyli uzaqda yerləşən Gəncəyə və onun dinc sakinlərinə qarşı törədilən terror aktı barədə rusiyalı həmkarını məlumatlandırıb.

İqor Krasnov yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, münaqişənin qısa zamanda beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulayaraq xalqımıza sülh və əmin-amanlıq arzulayıb.

Baş prokurorlar gələcək əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq bu haqda fikir mübadiləsi aparıblar.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR