26 Dekabr 2024, Cümə axşamı

Nazirlər Kabineti Bakı Sağlamlıq Mərkəzinin qan bankları siyahısına daxil edilməsinə aydınlıq gətirib.

Müasir zamanda tibbin bir çox sahələrində qan və onun komponetləri əvəzolunmaz müalicə vasitəsi kimi geniş istifadə olunur.

Qan xidmətinin dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, hematoloji, mamalıq, onkologiya, travmatologiya və s. kimi ixtisaslaşmış tibbi yardım növlərinin fəaliyyətini uğurla həyata keçirmək mümkün deyil. Fövqaladə vəziyyət və müharibə zamanı yaralıların və ziyançəkənlərın kütləvi qəbulu ilə əlaqədar qan xidmətinin rolu xüsusilə artır.

Son zamanlar bütün dünyada tibb müəssisələrinin qan komponentlərinə və qan preparatlarına olan ehtiyacları davamlı olaraq artmaqdadır.

Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi müassir tələblərə cavab verən çoxprofilli tibb müəssisəsi olmaqla Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kliniki bazası kimi fəaliyyət göstərir.

Qeyd olunanları nəzərə alaraq həmin tibb müəssisəsinin vaxtında və tam həcmdə təhlükəsiz qan və onun komponentləri ilə təmin olunması üçün orada qan bankının yaradılmasına zərurət yaranıb.

Bu zərurəti nəzərə alaraq “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi Qaydası”nın və “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 10 oktyabr 2020-ci il tarixli 384 nömrəli Qərar Baş Nazir tərəfindən imzalanıb.

Bu qərara əsasən Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi tibb müəssisəsində qanköçürmə şöbəsi yaradılacaq.   

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR