Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanla bağlı yeni həmrəylik mesajı paylaşıb.
Nazirliyin rəsmi saytına istinadla xəbər veririk ki, bu dəfə Azərbaycan Ordusuna poetik misralarla dəstək verilib. Şeirin təqdim olunan bəndi belədir:
Eşqimiz, sevdamız könlümüzdədir bizim,
Dərdimiz, diləyimiz dərindədir bizim,
Taleyimiz bir yazılmış ağ alnımıza,
Gücümüz, irfanımız birliyimizdədir bizim!
“Türkiyə-Azərbaycan” şüarı ilə dövlət bayraqlarımızın qoşa dalğalandığı paylaşıma iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərindən çəkilmiş fotolar əlavə edilib.