Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada “Ayla” filminin nümayişini təşkil edilib. Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidovbildirib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci il iş planına əsasən sentyabr ayı ərzində həftədə bir dəfə olmaqla, eyni məkanda və saatda dünya və azərbaycan kinosundan filmlərin nümayişi təşkil olunmuşdur.
Türkiyə və Cənubi Koreyanın birgə istehsalı olan film 2017-ci ildə istehsal olunub. Filmin çəkilişləri Türkiyədə və Cənubi Koreyada aparılıb. 1950-ci ildə Şimali Koreya silahlı qüvvələrinin qəflətən hücumu artıq üç gündən sonra Cənubi Koreyanın paytaxtı Seulun işğalı ilə nəticələnmişdi. Cənubi Koreya olduqca ağır bir vəziyyətə düşmüşdür ki, Birləşmiş Millətlər Təşkilatının yardım məqsədilə çağırışına Türkiyə Cənubi Koreyaya bir briqada göndərmişdi. Filmdə hadisələr baş gizir Süleyman adlı briqada əsgərinin gecə vaxtı baş vermiş döyüşlərindən birində ata və anası öldürülmüş kiçik bir qızı tapması ilə başlayır. Film müharibənin bitməsindən 60 il sonra Cənubi Koreyadakı Ankara parkında Ayla və Süleyman Dilbirliği ilə müharibədə xilas etdiyi Aylanin yenidən bir-birinə qovuşması ilə başa çatır.
Filmin ssenari müəllifi Yiğit Güralp, rejissoru Can Ulkaydır.
Filmdə İsmail Hacıoğlu, Çetin Tekindor, Kim Seol, Murat Yıldırım, Eric Roberts, Altan Erkeklivə başqaları çəkiliblər.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti