26 Dekabr 2024, Cümə axşamı

2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində müşavirə keçirilib.
Tədbirdə nazir Tapdıq Əliyev məruzə edərək bildirib ki, bu gün muxtar respublikamızda ərzaq və qeyri-ərzaq məhsullarının saxlanılması üçün ümumi tutumu 31 min 140 ton olan anbar yaradılıb. Bunun tutumu 19 min 340 ton olanı soyuducu, tutumu 11 min 800 ton olanı ümumi təyinatlı anbarlardır. Payız-qış mövsümünə hazırlıqla əlaqədar meyvə-tərəvəz məhsullarının tədarük olunması məqsədilə soyuducu anbarların və istixana komplekslərinin sahibkarları arasında maarifləndirmə işləri aparılıb, istehsalçı və tədarükçü sahibkarların fəaliyyətinin əlaqələndirilməsi təmin edilib. Cari ilin ötən dövrü ərzində əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 2900 ton olan 3 soyuducu anbarın yaradılması, bir soyuducu anbarın genişləndirilməsi başa çatdırılıb, ümumi tutumu 250 ton olan soyuducu anbarın yaradılması davam etdirilir.
15 iyul 2020-ci il tarixdən bu günədək muxtar respublika ərazisində fəaliyyət göstərən meyvə-tərəvəz məhsullarının saxlanması anbarlarına 6300 ton kartof məhsulu tədarük olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2220 ton çoxdur. Vurğulanıb ki, son illər ərzində soyuducu anbarların qurulması və məhsul tədarükü məqsədilə Sahibkarlığın İnkişafı Fondundan sahibkarlara 4 milyon 448 min 840 manat, o cümlədən 2020-ci ilin ötən dövründə bu istiqamətdə sahibkarlara 66 min manat dövlət maliyyə dəstəyi göstərilib.
Diqqətə çatdırılıb ki, muxtar respublikada 138 min 139 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 30 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ilin ötən dövrü ərzində həmin istixana komplekslərində istehlakçılara 546 ton tərəvəz məhsulları təklif olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 137 ton çoxdur. 2020-ci ilin ötən dövrü ərzində muxtar respublikada mövsümi tələbatın ödənilməsini yaxşılaşdırmaq məqsədilə ümumi sahəsi 5 min 815 kvadratmetr olan 8 istixana təsərrüfatının yaradılması, 696 kvadratmetr olan bir istixana təsərrüfatının fəaliyyətinin bərpası başa çatdırılıb. Son illər ərzində istixana komplekslərinin yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli şərtlərlə 4 milyon 652 min 600 manat kredit verilib.
Vurğulanıb ki, əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi üçün bu günə qədər sahibkar­lıq subyektlərinin anbarlarında strateji məhsullar qrupuna daxil olan 2430 ton şəkər tozu, qənd, unlu-qənnadı məmulatları, makaron, düyü, ət və ət məhsulları, toyuq əti, heyvan və bitki mənşəli yağlar, çay və duz məhsullarının ehtiyatı mövcuddur.
Sonra payız-qış mövsümünə hazırlıqla bağlı müşavirədə nazirliyin qarşısında qoyulmuş vəzifələrin icrası məqsədilə müvafiq tapşırıqlar verilib.
Sonda çıxışlar olub.

* * *

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən müşavirəni nazir Rafael Əliyev açaraq bildirib ki, nazirlik tərəfindən dövlət büdcəsindən maliyyələşən nazirlik, komitə, idarə və təşkilatların 2020-ci ildə saxlanılması xərcləri smetasında kommunal xidmətlərin ödənilməsi və qış mövsümündə tələb olunan mal-materialın alınması üçün vəsait nəzərdə tutulub. Belə ki, 2020-ci il Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində elektrik enerjisi haqqının ödənilməsi üçün 10 milyon 469 min 818 manat, qaz haqqının ödənilməsi üçün 2 milyon 868 min 478 manat, istilik enerjisi haqqının ödənilməsi üçün 541 min 605 manat vəsait nəzərdə tutulub.
Qeyd edilib ki, ötən il payız-qış mövsümünə hazırlıqla bağlı müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bölgüyə uyğun olaraq Təhsil Nazirliyi üçün alınmış mal-materialın dəyəri 6101, Mədəniyyət Nazirliyinə alınmış mal-materialın dəyəri 3997, Səhiyyə Nazirliyi üçün alınmış mal-materialın dəyəri isə 413 manat olmaqla, ümumilikdə, 10511 manat təşkil edib. Həmçinin istilik sistemi olmayan təhsil müəssisələri üçün verilmiş yanacağa görə 36139, mədəniyyət müəssisələri üçün 13090, səhiyyə müəssisələri üçün isə 9329 olmaqla, ümumilikdə, 58558 manat məbləğində vəsait Naxçıvan Muxtar Respublikası Neft-Qaz Məhsulları Təminatı Müəssisəsinə ödənilib.
Vurğulanıb ki, cari ilin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirədə verilmiş tapşırıqların icrası Maliyyə Nazirliyi tərəfindən diqqət mərkəzində saxlanılmaqla dövlət müəssisə və təşkilatlarında enerjidaşıyıcılardan səmərəli istifadə təmin ediləcək, bütün kommunal ödənişlərin vaxtında və tam ödənilməsi ilə borc qalığının yaranmasının qarşısı alınacaq və istilik sistemləri olmayan müəssisələrə lazım olan mal-materialın alınması ilə bağlı maliyyələşmələr vaxtında həyata keçiriləcəkdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş bölgüyə əsasən alınacaq mal-materialların qiymətlərinin bazar qiymətlərinə uyğunluğu Xəzinə şöbəsinin dövlət satınalmalarına nəzarət sektoru tərəfindən ciddi nəzarətdə saxlanılacaq, izafi xərclərin qarşısı alınacaqdır.
Sonra görüləcək işlərlə bağlı müzakir­ələr aparılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR