26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib. Tədbiri nazir Azad Cabbarov açaraq məruzə edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilən tapşırıqlara əsasən nazirlik tərəfindən idman müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması, elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə edilməsi, israfçılığa yol verilməməsi, istehlak olunan qazın və enerjinin dəyərlərinin vaxtında ödənilməsi daim diqqətdə saxlanılmalıdır. Növbəti mövsümdə də mədəni-kütləvi və idman tədbirlərinin davamlı keçirilməsi təmin olunmalıdır. Bunun üçün strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələri və idman müəssisələrinin, idman obyektlərinin, olimpiya idman komplekslərinin, Uşaq-gənclər idman məktəblərinin üzərinə bir sıra mühüm vəzifələr düşür.

Vurğulanıb ki, payız-qış mövsümündə İlham Əliyev adına Olimpiya İdman Kompleksi, Şərur Olimpiya İdman Kompleksi, Naxçıvan Muxtar Respublika Stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Naxçıvan şəhər “Gənclik” və Üzgüçülük mərkəzlərində yeniyetmə və gənclərin idmanla müntəzəm məşğul olması, kütləvi-mədəni və idman tədbirlərinin keçirilməsi üçün istilik, elektrik sistemi və su təchizatına nəzarət gücləndirilməlidir.
Qeyd edilib ki, təsərrüfathesablı idman müəssisələrində əldə olunmuş gəlirlərdən elektrik enerjisi və qaz xidməti haqlarının ödənilməsində istifadə olunmalı, bu istiqamətdə nöqsanların baş verməməsinə ciddi diqqət yetirilməlidir. Payız-qış mövsümünə hazırlığın əsas məsələsi kimi nazirliyin, o cümlədən tabeliyə və struktura daxil olan təşkilatların yerləşdiyi inzibati binaların mühafizəsinə ciddi nəzarət olunmalı, gözətçilər və ocaqçılar müvafiq olaraq təlimatlandırılmalı, bu dövr ərzində əlaqədar təşkilatlarla əməkdaşlıq möhkəmləndirilməli, tədbirlərə aidiyyəti təşkilatların nümayəndələri dəvət edilməlidir. Nazirliyin strukturuna daxil olan rayon (şəhər) gənclər və idman idarələri yeniyetmə və gənclərin payız-qış mövsümündə də idmanla müntəzəm məşğul olmaları, idman yarışlarında iştirak etmələri üçün yaradılmış şəraitdən düzgün istifadə etməlidirlər.
İclasda məruzə ətrafında çıxışlar dinlənilib.

- Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR