26 Dekabr 2024, Cümə axşamı

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşılır, onlarn sosial müdafiəsi gücləndirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 iyun tarixli Sərəncamı ilə 1996-cı ildə müdafiə mövqelərimizə düşmən basqının qarşısını alarkən yaralanaraq sağlamlıq imkanlarını itirmiş Şərur rayonunun Aşağı Daşarx kənd sakini, ehtiyatda olan kiçik çavuş Aftandil Həsənovun “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması növbəti qayğının ifadəsidir.

“Hərbi xidmətlərə görə” medalının təqdim edildiyi tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev ehtiyatda olan kiçik çavuş Aftandil Həsənovun ərazi bütövlüyümüzün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə təltif edildiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, muxtar respublikada hərbi qulluqçuların, müharibə veteranlarının və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Bu da Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların fəaliyyətinə dövlətimizin verdiyi qiymətdir.
“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan Aftandil Həsənov fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə minnətdarlıq edib və bunu Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli dövlət qayğısı kimi dəyərləndirib.

Sonra “Hərbi xidmətlərə görə” medalı Aftandil Həsənova təqdim edilib.

Nəriman NƏCƏFOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR