24 Dekabr 2024, Çərşənbə axşamı

29 aprel 2020-ci il tarixdə “Pozitiv düşüncələrin həyatımıza təsiri və karantin günlərində ruh yüksəkliyimizi artırmağın yolları” mövzusunda onlayn təlim keçirilmişdir. 

Ardını oxu...

Naxçıvan Qarnizonu Qoşunlarında mühəndis ixtisaslı manqa komandirləri ilə ixtisas toplantısı keçirilib.

Məşğələlər zamanı mühəndis təminatı tapşırıqlarını yerinə yetirən şəxsi heyətin fərdi və kollektiv fəaliyyətdə bacarıqları təkmilləşdirilib.

Mövcud mühəndis texnikaları vasitəsilə təbii və süni maneələrdən motoatıcı və tank bölmələrinin keçidi təmin olunub, şəxsi heyət partlayış təlimində praktiki məşq edib.

Nəriman Nəcəfov

Azərbaycan Respublikasında 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ardını oxu...


Ülviyyə Həmzəyeva: Tarixdə iz qoymuş və sənətdə yeni cığır açmış rəssamların yaradıcılıqlarını araşdırmağı sevirəm 

Müsahibimiz Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam, Milli Məclisin deputatı Ülviyyə Həmzəyevadır 

- Ülviyyə xanım, hazırda ölkəmizdə koronavirus pandemiyasına qarşı güclü mübarizə aparılır. Görülən işlərini necə dəyərləndirirsiniz?

- Bu gün Azərbaycan Respublikasının Prezidentinin ən əsas məqsədi COVID-19 pandemiyası ilə mübarizədən xalqımızı və dövlətimizi ən az itki ilə çıxarmaqdır. Göründüyü kimi, dünyanın inkişaf etmiş ölkələrində hər gün yüzlərlə insan dünyasını dəyişir. Heç bir ölkənin səhiyyə sistemi sayı artmaqda olan xəstələrin müalicəsini tam təşkil edə bilmir.

Ardını oxu...

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılır.

Ardını oxu...

Azərbaycan Respublikasında 39 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ardını oxu...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışıb.

Ardını oxu...

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri ilə bağlı mövcud vəziyyət mütəmadi olaraq təhlil edilir və fəaliyyətin günün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.

Ardını oxu...

Aprelin 28-də Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 97-ci ildönümü münasibətilə tədbir keçirilib.                 

Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın poliklinikanın foyesindəki büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə həsr olunmuş guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar.  

Ardını oxu...


Aprelin 28-də Kəngərli rayon Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümünə həsr olunmuş tədbir  keçirilib. 

İlk öncə tədbir iştirakçıları görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə yaxından tanış olublar.

Ardını oxu...

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Zərifə xanım Əliyeva” adlı elektron məlumat bazasını təqdim edib.

Ardını oxu...

Zərifə xanım hər şeydən əvvəl görkəmli alim-oftalmoloqdur. Təkcə ofta­l­mo­­loqmu?! O, eyni zamanda böyük filosof, gözəl pedaqoq və natiq idi. Onun elm­­də məqsədyönlü fəaliyyəti indi də insanı valeh edir. Axı onun elmi fəaliy­yə­tinin əsas is­tiqamətini görmə orqanının peşə patologiyası müəyyənəş­dirirdi. Bu problemin həllinə çoxları girişə bilmirdi. Çünki elmin bu sahəsi olduqca ağır­dır və onun araş­dırılması təkcə dərin oftalmoloji savad yox, həm də funda­men­­tal təcrübi bilgilər tələb edir. Üstəlik yüksək təşkilatçılıq bacarığının olması da vacibdir. Məhz bütün bu keyfiyyətlər Zərifə xanım Əliyevaya  xas idi.

Ardını oxu...

Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.

Ardını oxu...

2003-cü ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel “Ümumdünya Əməyin Mühafizəsi Günü” elan edilmişdir. Bu günün təsis olunmasında məqsəd istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.

Ardını oxu...


Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya”, “Geodeziya və xəritəçəkmə mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələrlə onlayn görüş keçirilib.

Ardını oxu...

Koronovirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.

Ardını oxu...


Prezident İlham Əliyev tanınmış alim Abuzər Xələfovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

Ardını oxu...

Dünyada müxtəlif virus növləri var. Gün keçdikcə bunlardan bəzilərinə çarə tapılsa da,  bəzi yeni aşkar olunmuş viruslara qarşı səhiyyə sözün əsl mənasında çarəsizdir.

Ardını oxu...

Karantin rejimi mayın 4-də bitsə belə, pensiya, müavinət, sosial yardım, təqaüd alanlar bu vəsaitlərini may ayında da istənilən bankomatdan rüsum tutulmadan çıxara biləcəklər.

Ardını oxu...


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının məzuniyyət müddəti uzadılır.

Ardını oxu...

Ermənistan Türkiyəyə qarşı hər zaman riyakarlıq edib. Ortada elə bir fakt yoxdur ki, Ermənistanın Türkiyəyə münasibətdə səmimiyyəti olsun.

Ardını oxu...

Ermənistanın səhiyyə naziri Arsen Torosyan ölkədə koronavirusa yoluxma hallarının artmasını müxtəlif səbəblərlə əlaqələndirməyə çalışıb.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Ardını oxu...

Aprelin 27-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş videobağlantı formatında tədbir keçirib.

Ardını oxu...

 “Zoom” proqramı vasitəsilə “Kitabi-Dədə Qorqud dastanı və milli-mənəvi dəyərlər” mövzusunda onlayn kitab müzakirəsi keçirilib.

Ardını oxu...

26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür

2000-ci ildən başlayaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə aprel ayının 26-sı dünyada Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd edilir. 

Əqli mülkiyyət dövlət siyasətinin müvafiq məqsədlərinə nail olmaq aləti kimi bir tərəfdən yaradıcılıq və yenilikçiliklə əlaqədar məhsul və xidmətlərə investisiyaların qoyulması fəaliyyətinə əlverişli şəraitin yaradılmasına xidmət edir, digər tərəfdən bazarda ədalətli rəqabətin güclənməsinə imkan yaradır. Əqli mülkiyyət insan kapitalının dəyərinə, onun kəmiyyət xarakteristikalarına, həmçinin texnoloji dəyişikliklərin temp və istiqamətinə ciddi təsir göstərməkdədir. Biliklərə əsaslanan müasir iqtisadiyyatda əqli mülkiyyət intellektual kapital rolunda çıxış edir. Xammal və materiala əsaslanan iqtisadiyyatlar yeni mərhələdə kreativ iqtisadiyyata çevrilməklə əqli mülkiyyət fenomenini prioritet fəaliyyət istiqaməti kimi formalaşdırır. 

Ardını oxu...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ramazan ayında düzgün qidalanma ilə bağlı tövsiyələr verib. 

AQTA-dan verilən məlumata görə, Ramazan ayında düzgün qidalanma qaydalarına daha çox diqqət etmək lazımdır: "

"Balanslı və keyfiyyətli qidalanmaq vacibdir. Yaz fəslinə təsadüf etdiyindən oruc tutarkən aclıq və susuzluğu hiss etmiş oluruq. Bu səbəbdən imsak və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir. Mütəxəssislər hesab edirlər ki, fasilələrlə qidalanmaq daha çox faydalıdır.  Orqanizmin ehtiyacı olan vitaminlərin, mineralların yetərli miqdarda, balanslı olaraq qəbulu mühümdür.  Belə qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir.  

Ardını oxu...

Məlumat verildiyi kimi, koronavirus pandemiyası (COVID-19) ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və aprelin 27-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına, bir sıra sahələrdə fəaliyyətin bərpa olunmasına qərar verilib.

Ardını oxu...

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına daha 25 yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ardını oxu...

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bu hərbi təhsil ocağının yaranmasının 49-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Ardını oxu...

Artıq müqəddəs Ramazan ayına qədəm qoyuruq.
Pak arzular, müqəddəs amallarla dolu Ramazanı müsəlmanlar “on bir ayın sultanı” da adlandırırlar. Həmin ay müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. İslam dininə görə, oruc tutanlar Allahın sevgisini qazanmış olurlar.

Ardını oxu...

Azərbaycanda koronavirusdan vəfat edən şəxslərin yaş bölgüsü açıqlanıb.

  Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, koronavirusdan vəfat edənlərin 5 faizi 40-49, 24 faizi 50-59, 30 faizi 60-69, 14 faizi 70-79 yaşda olanlar, 19 faizi isə yaşı 80-dən yuxarı olan şəxslərdir.

ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı aprelin 24-dəki açıqlaması ermənilərin həqiqət halına gətirmək istədikləri subyektiv düşüncələrinə, anlayışlarına əsaslanır.

Ardını oxu...

Azərbaycanda epidemioloji gərginlik hələ ki, davam etsə də, karantin rejimi vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Bu da diaqnostik imkanlar və xəstəliyin vaxtında aşkarlanması nəticəsində mümkün olub. Son iki həftə ərzində sağalanların sayı artıb. Demək olar ki, bu günə qədər xəstələrin 64 faizi sağalıb.

Ardını oxu...

Ölkəmizdə koronavirusla mübarizədə getdikcə müsbət dinamika qeydə alınır. Bu, onu göstərir ki, görülən tədbirlər öz bəhrəsini verir. Əhalinin karantin rejiminin qaydalarına əməl etməsinin də müsbət nəticə əldə olunmasında böyük rolu var. Hər gün 4-6 min test aparsaq da, yoluxma faktlarının azalması qeydə alınır. Yoluxma faktları 3,5 faizdən 0,5-1 faizə qədər enib.

Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 24-də keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Ardını oxu...

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissə qərargahları cəlb edilməklə ikipilləli birgə komanda-qərargah məşqi keçirilib.

Ardını oxu...

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına daha 44 yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ardını oxu...

2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.

Ardını oxu...

Xarici ölkə universitetlərinin malik olduğu təcrübəni öyrənmək üçün mütəmadi olaraq Naxçıvan Dövlət Universitetinə professorlar, müvafiq ixtisaslar üzrə təcrübəli mütəxəssislər dəvət olunur. Dünyada geniş yayılmış “Covid-19” virus infeksiyasının yaratdığı problemlərə baxmayaraq tələbələrin bu dərslərdən yararlanmaları üçün ali təhsil ocağının malik olduğu informasiya kommunikasiya texnologiyaları dəyərləndirilərək mütəxəssislərlə onlayn əlaqə yaradılır. Belə tədbirlərin davamı olaraq Universitetin Tibb fakültəsinin professor müəllim heyəti, həkim-rezident və tələbələri üçün Türkiyə Respublikası Ərzincan Binəli Yıldırım Universitetinin professoru Vahdet Gülün iştirakı ilə “Psixiatriya” fənnindən onlayn seminar-treninq keçirilib. Azərbaycanın digər rayonlarında ali təhsil alanlarla yanaşı İran, Türkiyə, Nigeriyadan olan əcnəbi tələbələrin də qatıldğı treninqdə 150-dən çox iştirakçı olub.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ağdam rayonunun işğal altında olan Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Türkiyə ictimaiyyəti Böyük Millət Məclisinin yaranmasının yüz illiyini, eləcə də 23 aprel - Milli Suverenlik və Uşaq Bayramını yerli vaxtla saat 21:00-da evlərində və ya yaşadıqları mənzillərin eyvanlarında dövlət himnini birlikdə oxumaqla qeyd edib.

Dövlət himninin oxunmasının ardından alqış səsləri ilə həmrəylik nümayiş olunub.

Ardını oxu...

Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlanıb, 41 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 948 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Naxçıvan torpağında elm və mədəniyyətin qədim tarixi var. Bu torpaqda görkəmli   elm adamları yetişib. Bunlardan biri 100 ildən artıq mənalı ömür sürmüş Naxçıvan ədəbi mühitinin inkişafında özünəməxsus yeri olan görkəmli elm xadimi, filoloji elmlər namizədi,dosent Lətif Talıb oğlu Hüseynzadədir.

Ardını oxu...

 

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələr şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə atəş açmaqla qarşıya qoyulan tapşırıqları icra edir.

 

BMT-nin Baş katibi Antonio Quterreş Ramazan ayının başlaması ilə müsəlmanları təbrik edib.

Təbrikdə dünyada milyonlarla müsəlman üçün müqəddəs Ramazan ayının başlandığı xatırlanıb, builki Ramazan ayının fərqli olacağı vurğulanıb.

Ardını oxu...

Ölkə ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etdiyi, həmçinin vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozduğu üçün Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunlarının tələblərinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə tutduğu vəzifədən azad edilərək onun dövlət qulluğuna xitam verilib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

  

 

 

 

 

 

Çağırılmamış qonaq

Dünənədək  bir-biri ilə  iqtisadi, mədəni əlaqələri, dostluq münasibətləri və ya ziddiyyətləri, münaqişələri ilə  gündəmdə olan dünya  dövlətlərini indi ortaq bir  məsələ birləşdirir: koronavirus pandemiyası. Məlum olduğu kimi, ötən ilin dekabr ayının birinci ongünlüyündən meydana çıxan və artıq  200-dən çox dövləti əhatə edən  “Covid-19” adlandırılan virus hər gün minlərlə insanın bu epidemiyaya yoluxması, xəstəxanalara yerləşdirilməsi, müalicə olunması və ya həyatını  itirməsinə  səbəb olur. Sərhədlərimizin açıq olması, dünya dövlətləri ilə geniş iqtisadi və mədəni  əlaqələrimiz  səbəbindən bu epidemiya  ölkəmizin də çağırılmamış qonağı olub. Bu “qonaq” layiq olduğu kimi  qarşılanmasına – üzünə qapıların  bağlanmasına baxmayaraq,  pəncərədən daxil olmaqla, bəzi canlılarla ortaq  xislətini də təsdiqlədi.  

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli kəndi yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

  

Naxçıvan Muxtar Respublikasında da aparılan məqsədyönlü ordu quruculuğu siyasəti nəticəsində Naxçıvan Qarnizonunda hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri uğurla davam etdirilir. Hazırda Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində yeni binalar inşa olunur, hərbi şəhərciklərdə yeni istirahət parkları salınır və yaşayış binalarında əsaslı təmir işləri aparılır.

Ardını oxu...


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin ümumrespublika onlayn müşavirəsi keçirilib.

Nazirlikdən verilən məlumata görə,onlayn müşavirədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov da iştirak edib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında pandemiya dövründə bütün dövlət və özəl idman obyektlərində dezinfeksiya işləri aparılaraq müvəqqəti olaraq fəaliyyətləri dayandırılmış, icra ediləcək bütün kütləvi tədbirlər təxirə salınmış, virtual olaraq keçirilməsi mümkün olan tədbirlər onlayn keçirilmiş və bu istiqamətdə yeni layihələrin hazırlığına başlanılıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR