24 Dekabr 2024, Çərşənbə axşamı

  

Аzərbаycаn Rеspublikаsı öz müstəqilliyinə qоvuşmаsı ölkəmizin sоsiаl-iqtisаdi həyаtının bütün sаhələrində islаhаtlаrın аpаrılmаsını zəruri еtmişdi. Хаlqımızın ümumimilli lidеri Hеydər Əliyеv 1993-cü ildə Rеspublikа Prеzidеnti sеçildikdən sоnrа bu islаhаtlаrı аrdıcıl şəkildə həyаtа kеçirməyə, ölkəmizin bеynəlхаlq mövqеyini qоrumаğа, dахili vəziyyətini stаbilləşdirməyə yönəldilmiş tədbirlər görməyə bаşlаdı. Bu sаhədə görülən mühüm işlərdən biri də qаnunvеricilik аktlаrının yаrаdılmаsı idi. Аzərbаycаn Rеspublikаsının 1995-ci ildə qəbul еdilən Kоnstitusiyаsı çохsаylı qаnunlаrın yаrаnmаsı üçün təməl оldu. Rеspublikаmızın Kоnstitusiyаsınа görə tаriх və mədəniyyət аbidələrinin qоrunmаsı hər bir ölkə vətəndаşının mühüm vəzivəsi оldu.

Ardını oxu...

Xarici İşlər Nazirliyi (XİN) Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümünə dair bəyanat yayıb.

XİN Mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:

"9 may 2020-ci il tarixində 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75 ili tamam olur. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən, böyük əziyyətlərə sinə gərərək adlarını tarixin ən şanlı səhifəsinə daxil edən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq.

Ardını oxu...

Şərur elində bir qoca yaşayır. Bir əsrə bərabər ömür payını yaşayan bir insan. O, dünyaya Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşı kimi gəldi, iki yaşı olanda 70 illik bir əsarətin qurbanı olan Azərbaycan SSRİ-nin övladı və gənci olaraq həyatına davam etdi. Və gənc yaşlarında həmin illər böyük Vətən dediyimiz quruluşun da qarışdığı İkinci Dünya müharibəsinin iştirakçısına çevrildi. Şərur rayon Qorçulu kənd sakini Fərman Sadiqov müharibədə iştirak etmiş 4 mindən çox şərurludan biridir.

Ardını oxu...

Bəşəriyyəti böyük fəlakətə sürükləyən İkinci Dünya müharibəsi haqqında çox eşitmişəm, hər dəfə mavi ekranda o dövrü əks etdirən filmləri seyr edərkən döyüşlərdə iştirak edənlərin müharibə ilə bağlı xatirələri mənim üçün maraqlı olub. Mayın günəşli günlərinin birində yolumu Şahbuz rayonundan salmağımın məqsədi də məhz qocaman çinar qədər dəyanətli, dözümlü olan 97 yaşlı İkinci Dünya müharibəsi veteranı Məhəmməd Həsənovla görüşməkdir.

Ardını oxu...

1941-1945-ci illər müharibəsinə cəlb olunmuş keçmiş müttəfiq respublikalar içərisində o zaman istər ümumi əhaliyə nisbətən əsgər sayına, istərsə də döyüşən əsgərlərin təltif olunması faizinə görə Azərbaycan ən öncül sıralarda dayanırdı. Belə ki, müharibədə 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhədə vuruşmuş, onların 450 mini və ya 65 faizi orden və medallarla təltif edilmişdir. Azərbaycandan 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” kimi yüksək ada layiq görülmüşdür.

Ardını oxu...

Hər il ətirli, çiçəkli may ayına yenicə qədəm qoyanda ruhumda, əhvalımda qələbə və əzmkarlıq ab-havası hökm sürür. Bəlkə də, ona görə ki, həmin ərəfədə xalqımızın qəhrəmanlıq tarixində özünəməxsus yeri olan İkinci Dünya müharibəsində qazanılan tarixi qələbəni qeyd etməyə hazırlaşırıq. Bu çətin və mübarizələrlə dolu hərb tarixinə adlarını qızıl hərflərlə yazdıran qəhrəman soydaşlarımızı böyük hörmətlə anır, əziz xatirələrini qürurla yad edirik.

Ardını oxu...

Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən onlayn konfransı AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirmişdir ki, ulu öndər Azərbaycana siyasi rəhbərliyinin hər iki dövründə misilsiz xidmətləri ilə tarixə milli dövlətçiliyimizin qurucusu və banisi kimi adını yazdırmışdır. Ötən əsrin 60-cı illərində respublikamız keçmiş ittifaqda ən axırıncı yerlərdən birini tutsa da, görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyindən sonra bütün sahələr inkişafa qovuşdu, qısa zamanda respublikamız aqrar-sənaye ölkəsinə çevrildi.

Ardını oxu...

Əldə olunan nailiyyətlər Vətənə və xalqa xidmət nümunəsidir

Son proseslər bir daha təsdiq etdi ki, müasir dövrdə müxtəlif istiqamətlər üzrə uzunmüddətli təhlükəsizlik perspektivləri nəzərə alınaraq inkişaf strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi dövlətlərin gələcək taleyini həll edən əsas amillər sırasındadır. Bu mənada qürurla deyə bilərik ki, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə ümumi vəziyyəti xarakterizə edən müsbət göstəricilər dünya müstəvisində baş verən proseslər kontekstində kifayət qədər yüksəkdir. Bu gün ümummilli lider Heydər Əliyevin göstərdiyi yolla qətiyyətlə irəliləyən, onun istəklərini, arzularını, gələcək haqda planlarını yerinə yetirən Naxçıvanda əldə olunan nailiyyətlər Vətənə və xalqa xidmət nümunəsidir. Çünki dövlətə, dövlətçiliyimizə, yurda, elə-obaya, torpağa sıx bağlı olan naxçıvanlılar üç tərəfdən düşmən əhatəsində, blokadada yaşayan bir diyarın iqtisadiyyatını, mədəniyyətini, incəsənətini, təhsilini, səhiyyəsini və digər əhəmiyyətli sahələrini inkişaf etdirməklə mümkün olmayanı reallaşdırıblar. Ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması iqtisadiyyatın çoxşaxəli inkişafına, ən əsası isə makroiqtisadi göstəricilərin artmasına səbəb olub. Ötən müddətdə muxtar respublikada tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, tarixi keçmişimizə, böyük gələcəyimizə göstərilən diqqət və qayğı, dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 75 yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 2279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 181.530 test aparılıb.

İkinci Dünya Müharibəsinin qələbə ilə sonlanmasında Azərbaycan xalqının böyük xidmətləri var idi. Azərbaycan xalqı bu qəddar və amansız müharibədə bütün qeyrətli oğul və qızları ilə qatılaraq ön cəbhədə rəşadətli döyüş nümunələri göstərmişdir.  Ulu öndər Heydər Əliyev xalqımızın bu müharibədəki xidmətləri haqqında demişdir: “Tarix bu gün bilməlidir ki, İkinci Dünya Müharibəsində Azərbaycan Respublikasının xidmətləri, fəaliyyəti, rolu çox böyük olmuşdur”. Azərbaycan xalqının Həzi Aslanov, Mehdi Hüseynzadə (Mixaylo), Qafur Məmmədov, İsrafil Məmmədov, Hüseynbala Əliyev, Əhmədiyyə Cəbrayılov və daha onlarla, yüzlərlə övladı, taleləri nə olursa-olsun, bu amansız döyüşlərdə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirmişdilər. Hətta azərbaycanlılardan ibarət diviziyalar - 416-cı “Taqanroq”, 77-ci, 223-cü, 271-ci, 402-ci diviziyalar böyük qələbənin əldə olunmasında, bilavasitə Reyxstaqın tutulmasında canları və qanları bahasına iştirak etmiş, əsl döyüş hünəri göstərmişdilər. Azərbaycanlı alim Yusif Məmmədəliyevin bu dövrdəki kəşfləri də müharibədə faşizmin məğlub olması və SSRİ-nin qələbə qazanmasında həlledici rol oynamışdı. Həmçinin azərbaycanlıların arxa cəbhədəki fədakarlığı, müharibəyə göstərdikləri dəstək, əllərindən qopanı, əyinlərindən və boğazlarından kəsdiklərini ön cəbhə döyüşçülərinə, yardım fonduna göndərmələri əsl vətənpərvərlik örnəyi idi.

Ardını oxu...

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilmişdir.

Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirməlidir.

Ardını oxu...

İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilkatikasına dair metodiki göstərişlər açıqlanıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, sənəd müxtəlif qurumların imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür. 

Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.

Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

ÜMUMİ GÖSTƏRİŞLƏR

Aşağıdakıları təmin edin:

Ardını oxu...

“Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşünün keçirilməsi qlobal pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəylik baxımından kifayət qədər əhəmiyyətli və önəmlidir”. Bu fikirləri AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli sözügedən mövzu ilə bağlı fikirlərini açıqlayarkən deyib.

Ardını oxu...

Azərbaycanda dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilib.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Ardını oxu...

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

 Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadla xəbər veririk ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

1992-ci il mayın 8-də Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində 30 kənd dağıdılıb, 195 dinc sakin öldürülüb, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Əlli səkkiz nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur. Həmçinin 24 mindən çox qardaşımız öz yurd-yuvalarından didərgin düşüb.

Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib.

Ardını oxu...

2015-ci il dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki nəfərin meyiti dənizdən tapılıb.

Ardını oxu...

Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərinin işğalının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

XİN Mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivinin iştirakı ilə videobağlantı formatında keçiri­lən tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ulu öndər Heydər Əliyevin keçdiyi böyük, şərəfli, zəngin və mənalı ömür yolundan, ictimai və siyasi fəaliyyətindən bəhs edib. O, müasir müstəqil Azərbaycanın qurucusuna çevrilən ulu öndərin əvəzsiz irsinin Azərbaycan xalqının milli sərvəti olduğunu diqqətə çatdırıb.

Ardını oxu...

İkinci Dünya müharibəsində Naxçıvan tarixinin 

salnaməsindən səhifələr (1941-1945)

1941-1945-ci illər müharibəsində azərbaycanlıların, o cümlədən naxçıvanlıların ön və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlar və fədakarlıqlar xalqımızın mübarizə dolu tarix səhifələrinə əbədi olaraq həkk olunmuşdur. Lakin Sovet İttifaqının dağılması ilə bu insanlara olan münasibət dəyişsə də, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi ilə onlar yenidən xalqın sevimlisinə çevrilmiş, sayılıb-seçilmişlər. Heydər Əliyev siyasətinin davamçısı olan ölkə başçısı cənab İlham Əliyevin prezidentliyi dövründə də bu insanlara daim diqqət və qayğı göstərilmiş, onların qəhrəmanlıqları və fədakarlığı yüksək qiymətləndirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş dövlət proqramları və tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolar­da icrasını aprel ayında da diqqətdə saxlamışdır.
Qeyd edək ki, ötən ay muxtar respublikada medianın inkişafına daim qayğı göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Naxçıvan teleradiosuna 91 min manat dəyərində yeni çəkiliş və efir avadanlıqları alınmışdır.

Ardını oxu...

İllər öncə gözəl bir yaz səhərində hərbçi ailəsi kimi müvəqqəti yaşadığımız kənddən çox da uzaqda olmayan yaşıl dona bürünən uca dağları seyr edir, bura belə gözəldirsə, gör o dağların arxasında nələr var, – deyə düşünürdüm. O an hiss edirdim ki, qonşuluqda yaşayan qadın da dağlara baxıb sakitcə bu misraları deyir:

Sınıq körpü, sərhəddi-mülki İran,
Gülbatanı, Basarkeçər, İrəvan,
Qibləsidir Araz çayı, Naxçıvan,
Gündoğanı Arazla Kür qovşağı,
Cavanşirlər dastanıdır Qarabağ.

Ardını oxu...

Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının tarixi paytaxtı Şuşanın işğalından 28 il ötür.

Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.

Ardını oxu...

Mayın 7-də AMEA-nın təşkilatçılığı ilə “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” mövzusunda beynəlxalq onlayn elmi konfrans keçirilib. Məruzəçilər və iştirakçılar tədbirə videokonfrans sistemi vasitəsilə qatılıblar.

AMEA-dan bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş konfransı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. Alim ulu öndər Heydər Əliyevin XX əsrin görkəmli siyasi və dövlət xadimi olduğunu, onun dünya liderləri səviyyəsində yüksək qiymətləndirildiyini bildirib. Qeyd edib ki, ulu öndərin adı haqlı olaraq müstəqil Azərbaycan Respublikasının adı ilə bərabər çəkilir: “Azərbaycanın son yarım əsrdən artıq bir dövrdəki inkişafının bütün hadisələri, əsas nailiyyətləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Bu böyük düha bütün fəaliyyəti boyu dünyada və ölkəmizdə gedən siyasi prosesləri qabaqlayıb, xalqımızın milli maraqlarını və dövlətçilik mənafelərini hər şeydən üstün tutub, taleyüklü qərarlar qəbul edib”.

Ardını oxu...

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Şuşanın işğalının 28-ci il dönümü ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"1992-ci ilin 8 may tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Şuşa şəhəri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində strateji baxımdan ən əhəmiyyətli yerlərdən biri olmuşdur. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, Şuşa rayonunun 24 mindən artıq əhalisi məcburən köçkünə çevrilərək Azərbaycanın 58 rayonunda məskunlaşıb.

Ardını oxu...

Nazirlər Kabineti “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 2009 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında qərar verib.

Bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Ardını oxu...

Dünyanın ən mötəbər tədbirlərindən biri - “Expo-2020 Dubai” sərgisi COVID-19 pandemiyası səbəbindən təxirə salınıb.

Bu ilin oktyabrında açılması nəzərdə tutulan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin ciddi hazırlaşdığı tədbir 2021-ci ilin oktyabrından 2022-ci il martın 31-də də keçirilə bilər. Bu barədə Beynəlxalq Sərgilər Bürosu qərar qəbul edib.

Ardını oxu...

İstanbuldan “Azərbaycan Hava Yolları”nın (AZAL) iki çarter reysi ilə 215 vətəndaşımız Azərbaycana yola salınıb.

Təxliyə olunanların bəziləri Antalya, İzmir, İzmit, Ankara və Karabük şəhərlərindən İstanbula gəliblər. Çarter reyslərlə 3-ü körpə olmaqla 215 vətəndaşımız ölkəmizə yola salınıb.

Bütün sərnişinlərin Azərbaycanda karantinə yerləşdiriləcəyi bildirilir.

Qeyd edək ki, bu günədək 10 çarter reysi ilə 2700-dən çox Azərbaycan vətəndaşı Türkiyədən təxliyə edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Moskvada əhaliyə xidmət, mədəniyyət, təhsil və idman, ümumilikdə isə bütün qeyri-istehsal sahələrində məhdudiyyətlərin müddəti mayın 31-dək uzadılıb.

Bu barədə Rusiya paytaxtı merinin Sərəncamı dərc olunub. Eyni zamanda, paytaxt sakinlərinin özünütəcrid müddəti də uzadılıb, restoran və teatrların açılmasından isə hələ söhbət getmir.

Ardını oxu...

Pandemiya ilə əlaqədar tədrisin dayandırıldığı müddət üçün müəllimlərin əməkhaqlarının ödənilməsində hər hansı fərqin olması nəzərdə tutulmur.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib. 

Nazirin sözlərinə görə, hər bir təhsil işçisi əvvəlki əməkhaqqısını alacaq: “Təhsil sistemində çalışan insanların əməkhaqlarının, tələbələrin təqaüdlərinin vaxtında ödənilməsi Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan ən əsas vəzifələrdəndir”.

Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

Bunu mayın 7-də Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ötən ay ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, ədliyyə orqanlarında və Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə işə qəbul üçün elan olunmuş müsabiqələrə sənəd qəbulu davam etdirilib.

Ardını oxu...

Azərbaycan Respublikasında 77 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ardını oxu...

Dövlət qulluğuna qəbul imtahanları ayda iki dəfə olmaqla avqust ayından başlanılacaq.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müsahibələrin onlayn qaydada keçirilməsi nəzərdə tutulur. İlk növbədə karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə imtahanların keçirilməsi planlaşıdırlır. 

Sertifakatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçiriləcək.

11 illik tam orta təhsil bazasında kolleclərə sənəd qəbulu onlayn formada 12 may - 5 iyun tarixlərində təşkil ediləcək.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Ardını oxu...

Dövlət bağçalarının yay ayları ərzində açılması nəzərdə tutulmur.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib. 

Nazirin sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, təhsil müəssisələrində təlim-tədrisin dayandrılması mayın 31-dək qüvvədədir: “Amma iyun ayının 1-dən sonra da dövlət bağçalarında təlim-tədrisin bərpası nəzərdə tutulmur”.

Mayın 7-də Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçirilib.

Brifinqdə Təhsil naziri Ceyhun Bayramov və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Azərbaycan Respublikasının tərəfindən hazırkı vəziyyətlə əlaqədar təhsil ictimaiyyətini maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Ardını oxu...

"Buraxılış işi" formatında yekun attestasiyaya cəlb edilən tələbələr üçün "Buraxılış işi" onlayn formada təqdim olunacaq.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib. 

Nazirin sözlərinə görə, ali məktəblər bu işlərin müdafiəsini ya onlayn, ya da ənənəvi formada təşkil edəcəklər.

“Ali tədris müəssisələrində bu tədris ilinin uzadılması nəzərdə tutulmur”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Ardını oxu...

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin zəngin irsini araşdırarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir.

Bu fikir Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın  təqdim etdiyi “Qadınları dövlətin dayağı, uşaqları isə Azərbaycanın milli sərvəti kimi qiymətləndirən dahi şəxsiyyət” sərlövhəli məqaləsində yer alıb.

Ardını oxu...

COVID-19 pandemiyasının yayıldığı bir dövrdə göstərilən yardımlar Azərbaycan-Monteneqro dostluğunun təsdiqidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Monteneqroya tibbi ləvazimatlardan ibarət yardım göndərib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Ardını oxu...

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

 “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar ucuzlaşaraq 29,47 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Etibarlı sığorta sisteminin yaradılması müasir bazar iqtisadiyyatının əsas inkişaf göstəricilərindən biridir. Əhaliyə göstərilən sığorta xidmətlərinin genişlənməsi və keyfiyyətinin yüksəlməsi bu baxımdan baş verən təsadüfi riskli hadisələrin vurduğu maddi zərərlərdən insanları daha yaxşı qorumaqla, eyni zamanda dövlətin həyata keçirdiyi sosial siyasətə də xidmət edir. Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın çoxşaxəli inkişafı sığorta işi sahəsində də fəaliyyətin təkmilləşdirilməsini zərurətə çevirib.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin təşkilati-hüquqi formasının və strukturunun mövcud tələblərə uyğunlaşdırılması və sığorta sisteminin imkanlarından geniş və səmərəli istifadə edilməsi məqsədilə “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı bu vacib sahənin daha da inkişaf etdirilməsi baxımından yeni mərhələnin başlanğıcını qoyub. Bu fərmandan irəli gələn vəzifələrin həll olunması ilə gələcəkdə muxtar respublikada sığorta xidmətinin daha da təkmilləşdirilməsinə, sosial-iqtisadi inkişafa və əhali rifahının yüksəldilməsinə sığortanın verəcəyi töhfələr artırılacaq.

Ardını oxu...

Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ötən illərdə olduğu kimi, bu il də uğurla davam etdirilir. Yeni, hər cür şəraitə malik binalar inşa edilərək istifadəyə verilir, ehtiyac duyulan ictimai yaşayış binalarında təmir-bərpa işləri aparılır. Əhalinin sosial rifah halının yaxşılaşdırılması naminə atılan bu addımlar demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərib.
Cari ildə də bu istiqamətdə tədbirlər uğurla icra olunur. Artıq təmir-bərpa olunan binaların əksəriyyətində işlər yekunlaşıb, sakinlər rahat mənzillərində firavan həyat yaşayırlar. Hazırda şəhərimizin bir neçə ünvanında yaşayış binalarının təmir-bərpası davam etdirilir.

Ardını oxu...

Azərbaycan Respublikasında 67 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ardını oxu...

  

 

 

 

 

 

Bolqarıstan Respublikasının Turizm Nazirliyinin himayəsi altında Turizm Film Festivalların Beynəlxalq Komitəsinin (International Committee of Tourism Film Festivals) üzvü olan “Avropanın Şərq Sahilində” adlı 16-cı Bolqarıstan Beynəlxalq Turizm Film Festivalı keçirilib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR