Müstəqillik əldə etdikdən sonra hüquqi dövlətin yaradılması sahəsində görülən tədbirlər çərçivəsində qanunvericilik bazası tamamilə yeniləndi, yeni normativ hüquqi aktlar qəbul edildi. Muxtar respublikada müasir dövrün tələblərinə uyğun olaraq Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının yaradılmasına da ciddi ehtiyac yarandı. Reyestrin yaradılmasında əsas məqsəd hüquqi aktlar barədə dövlət informasiya ehtiyatını yaratmaq, ictimaiyyətin, müxtəlif sahələrdə çalışan peşə sahiblərinin vaxt itkisinə yol vermədən informasiya əldə etmək imkanını asanlaşdırmaqdır. Ayrı-ayrı hüquq sahələri ilə bağlı mütəmadi olaraq kütləvi informasiya vasitələrində hüquqi maarifləndirmə işləri aparmaqla yanaşı reyestrin təşkili bu fəaliyyətin sürətləndirilməsinə yönəldilən mühüm addımdır.