24 Dekabr 2024, Çərşənbə axşamı

Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi tərəfindən Ordubad Rayon İpək Fabrikində taktiki-xüsusi təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd fabrikdə baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsi zamanı yarana biləcək döyüş sahələrinin və həlledici istiqamətlərin şəxsi heyətə öyrətməkdən, xilasetmə işlərinin aparılması və xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi üsullarını praktik məşq etdirməkdən ibarət olub.

Təlim planına uyğun olaraq Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin şəxsi heyətinin hazırlığı yoxlanılıb, yanğın-xilasetmə hazırlığı üzrə şəxsi heyətdən normativlər qəbul edilib, komandir (rəis) heyətinin qərar qəbuletmə bacarığı yoxlanılıb və İpək Fabrikində yaradılmış praktiki təlim yerlərində şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğından mühafizə bölmələrinin cəldliyinə, çevikliyinə və bacarıqlarına qiymət verilib.
Təlimə Ordubad Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 12 nəfər şəxsi heyəti, 2 ədəd yanğınsöndürmə avtomobili, idarəetmə və rabitə vasitələri cəlb edilib. Təlim uğurla başa çatıb.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR