24 Dekabr 2024, Çərşənbə axşamı

Müstəqillik və qurtuluş tariximizin bəhrələri


Qoca tarix üçün çox qısa zaman kəsiyi olan 1993-cü il iyun ayının 15-dən ötən dövrdə keçilən yol ölkəmiz üçün yüzilliklə müqayisə edilə bilər. Bu 27 ildə Azərbaycan Respublikası sabaha inamlı addımlar atmaqla sübut etdi ki, qurucu rəhbəri olan bir dövlət öz dövlətçiliyini, müstəqilliyini qorumağa, inkişaf etdirməyə qadirdir. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, ölkəmiz əsl müstəqilliyinə ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə qovuşdu. Müstəqilliyimizin, sözün əsl mənasında, qorunub saxlanmasını təmin edən ümummilli lider Heydər Əliyev deyirdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişafına sərf edəcəyəm”.

Ardını oxu...

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 367 yeni yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Ardını oxu...


Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi 15 İyun - Milli Qurtuluş Gününə həsr olumuş videokompozisiya hazırlayıb.

Nazirlik bayram münasibətilə Azərbaycan xalqını təbrik edib.

Əziz və hörmətli həmvətənlər!

Hər birinizi müstəqil dövlətçilik tariximizin şanlı səhifəsi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edirik.

Ardını oxu...

Türkiyə Milli Müdafiə Nazirliyi, terror təşkilatı olan PKK-ya qarşı “Pəncə-Qartal” əməliyyatının başlandığını və döyüş təyyarələrinin terrorçuların yuvalarını məhv etdiyini bəyan edib.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, İraqın şimalında yerləşən və terrorçular tərəfindən baza olaraq istifadə edilən Sincar, Karacak, Kandil, Zap, Avasin Basyan və Hakurkda yerləşən terror yuvalarına qarşı hava əməliyyatının keçirildiyini bildirilib.

Ardını oxu...

Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş müstəqil dövlətin taleyini həll edən böyük tarixi hadisədir.

Bunu  AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin həyatı və fəaliyyətinin 3 əsas mərhələsini qeyd etmək zəruridir.

Ardını oxu...

yay günlərində vətəndaşlar kütləvi şəkildə sərinləmək üçün çaylara, su kanallarına, göllərə və su anbarlarına baş vururlar. Nəticədə suda batma halları qaçılmaz olur. Bununla bağlı olaraq xilasedici-dalğıcların peşə hazırlığının artırılması və su hövzəlrində insanların təhlükəsiz istirahətini təmin etmək məqəsdilə 10-11 iyun 2020-ci il tarixlərində Mülki müdafiə alayı və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-dalğıcları ilə Uzunoba su anbarında “Sularda axtarış-xilasetmə işlərinin təşkili, zərərçəkənlərin xilas edilməsi və ilk tibbi yardımın göstərilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Ardını oxu...

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi qədim dövlətçilik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günüdür. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Qurtuluşun Günəşi ümummilli lider Heydər Əliyevdir.

Ardını oxu...


Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunun hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Mən burada böyük bir nitq söyləmək niyyətində deyiləm. Yalnız bir neçə kəlmə mütləq deməliyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə  yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, masir tələbərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.

Ardını oxu...

Ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar, 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Ardını oxu...

  “Naxçıvan” Universitetində Ümumi tarix  kafedrasının təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “15 iyundan başlanan qurtuluş yolu” mövzusunda onlayn elmi konfrans keçirilib.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəldiyi 1993-cü il iyun ayının 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Həmin tarixdən etibarən dövlətçiliyimiz yox olmaq təhlükəsindən qurtulub, ölkəmiz inkişaf, tərəqqi, yüksəliş yoluna qədəm qoyub.Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində keçirilən “Qurtuluşdan intibaha” mövzusundakı onlayn konfransda səsləndirilib.

Ardını oxu...

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov "Azərbaycan Hava Yolları"Qapalı Səhmdar Cəmiyyətinə məktub yazıb.

Ardını oxu...


AZAL aviaşirkəti Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabilet əldə edən, lakin karantin şəraitində uçuşların dayandırılması ilə əlaqədar həmin aviabiletdən istifadə edə bilməyən sərnişinlərə təkrar müraciət edir.

AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən sərnişinlər ləğv edilmiş reyslərə aviabiletləri 7 iyul tarixindən (daxil olmaqla) yerinə yetiriləcək reyslər üçün yeni tarixlərə ödənişsiz dəyişə bilərlər.

Ardını oxu...

Tarixin yaddaşına möhürünü vurmuş şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yazmaq qədər çətindir. Ümummilli liderimiz Heydər Əliyev də Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərin adı Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. O, Azərbaycanın inkişaf yolunu müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, milli ruhun və ideologiyanın yüksəlişinə təkan vermişdir. Azərbaycan xalqının taleyində dönüş anı olan 1993-cü ilin 15 iyunundan ötən hər il ümummilli liderimizin misilsiz xidmətləri daha dərindən dərk olunur. Çünki ulu öndər Heydər Əliyev fərqli siyasi sistemlərdə millətinin qurtuluşuna nail olan dövlət xadimidir.

Ardını oxu...

İyunun 18-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Naxçıvan-Bakı istiqamətində daxili reyslərin yerinə yetirilməsinə başlayacaq. Həmin tarixdə iki reys həyata keçiriləcək – Bakıdan uçuş saat 12:00 və 15:00-da, Naxçıvandan uçuş isə saat 14:10 və 17:00-da baş tutacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildiriblər ki, maksimum şəffaflığın təmin edilməsi və insanların kassalarda toplaşmasının qarşısının alınması məqsədilə, aviabiletlər yalnız aviaşirkətin rəsmi www.azal.az saytında onlayn rejimdə satılır.

Ardını oxu...

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə müvəffəqiyyət qazanmış dövlət qulluqçularının andiçmə mərasimi olub. 

Tədbirdə komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək andiçmənin Milli Qurtuluş Günü ərəfəsində keçirildiyini qeyd edib. Bildirib ki, ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Ardını oxu...

Azərbaycanda 336 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. 

Qeyd edək ki, son sutkada koronavirusla bağlı 5 600 test test aparılıb, ümumilikdə yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı 368 254 olub.

İlin əvvəlindən ölkə əhalisinin sayı 14 min 473 nəfər və ya 0,1 faiz artaraq, 2020-ci il may ayının 1-i vəziyyətinə 10 milyon 81 min 581 nəfərə çatıb.

Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

İyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

Milli Məclisin Sədri Sahibə Qafarova iclası açaraq bir neçə gündən sonra xalqımızın tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Gününü qeyd edəcəyini bildirib. Sədr qeyd edib ki, bu, bizim üçün, sadəcə, təqvim bayramı deyil. Onun ictimai, siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, dövlətçiliyimizin, sözün həqiqi mənasında, xilası tarixidir. Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi ulu öndər Heydər Əliyevdir.

Ardını oxu...

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının növbəti iclasında Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilir:

1. Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilsin, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilsin.

Ardını oxu...

Muхtаr rеspublikаdа əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı ilə bağlı qаrşıyа qоyulmuş vəzifələrin icrası may ayında da davam etdirilmişdir. Fövqəladə hallar zamanı fəaliyyəti zəruri olan 40 müəssisə və təşkilatın fövqəladə hallara hazırlığı yoxlanılmış, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tədbirlər həyata keçirilmişdir. Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsində kompleks yoxlama, Ordubad və Şahbuz rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrində taktiki-xüsusi təlim, Kəngərli, Culfa və Sədərək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrində, eləcə də Mülki müdafiə alayı və Xüsusi Riskli Xilasetmə Xidmətində gündəlik həyat və fəaliyyətin təmin edilməsi mövzusunda nümunəvi məşğələlər keçirilmişdir. Avtomobil və xüsusi təyinatlı nəqliyyat vasitələrinin yaz-yay mövsümü istismarı şəraitinə keçidi ilə əlaqədar Mülki müdаfiə аlаyının bazasında nümunəvi məşğələ keçirilmiş, təyin olunmuş müddətdə texnikalara qulluq göstərilmişdir.

Ardını oxu...

İyunun 12-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.

İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyi təqdim edib.

Ardını oxu...

 

 

 

 

 

 

 

 

 

 

 

 

İyunun 12-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Nümayəndəlikdən  bildiriblər ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bayram münasibətilə kollektivi təbrik edib, Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində müstəsna rol oynayan bu əlamətdar günün yaranmasından və tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, hər bir xalqın, millətin, ölkənin tarixində elə günlər var, həqiqətən, o xalqın şanlı tarixinə çevrilir və qərinələrlə, yüz illərlə nəsildən-nəslə keçərək yaşayır, anılır. Belə bir söz var: “Ay var bir günə dəyməz, gün var min aya dəyər…” 15 İyun - Milli Qurtuluş Günü məhz belə günlərdən biridir. Bu gün tariximizə qızıl hərflərlə yazılan bir gündür, bu gün təzəcə müstəqillik qazanmış Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanmasına, möhkəmlənməsinə, onun inkişafına zəmanət yaranan gündür. Bu gün həm də bütöv Azərbaycan xalqının öz dahi oğluna inam, sədaqət, etibar günüdür. Milli Qurtuluş Günü tarixboyu milli istiqlal mübarizəsi ilə yaşayan Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəs bir tarixdir. Ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və indiki müstəqil Azərbaycanda sabitlik, əmin-amanlıq şəraitində yaşamağımız üçün elə bu günə borcluyuq. Bu bayram bizim üçün bir də ona görə əvəzsizdir ki, o, ümummilli liderimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə birbaşa bağlıdır. Ulu Öndərin 1969-cu ildə ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəlişi tarixdə Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı milli qurtuluş tariximizin yazılması ilə əlamətdardır.

Ardını oxu...

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,78 dollar geriləyərək 37,77 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,83 dollar ucuzlaşaraq 35,51 dollar təşkil edib.

 

 

 

Türkiyənin pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həmsərhəd ölkələrlə müvəqqəti bağlanan quru yolu sərhəd-keçid məntəqələri İran istisna olmaqla hamısı açılıb.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Ardını oxu...


Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir:

"Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb.

Strateji cəhətdən əlverişli vəziyyətimiz düşməni xeyli vəsait xərcləyərək yeni yollar çəkməyə məcbur edir. Azərbaycan Ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir".


Xəbər verdiyimiz kimi, iyunun 18-də saat 12:00-da Bakıdan Naxçıvana ilk aviareys həyata keçiriləcək. Həmin gün saat 15:00-da isə ikinci aviareys yerinə yetiriləcək.

Biletlər AZAL-ın rəsmi saytında satışa çıxarılıb. Biletlərin qiymətində hər hansı artım yoxdur. Biletlər əvvəl olduğu kimi, yenə də 50 manata satılır.

“Biz xarici dövlətlərin tələblərini öyrənirik”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov  bildirib.

Ardını oxu...

Aerovağzal kompleksinə və sərnişin terminalına yalnız hava limanının və hava limanı ərazisində fəaliyyət göstərən qurumların əməkdaşlarına, sərnişinlərə (sağlamlıq imkanları məhdud sərnişinlər və yetkinlik yaşına çatmayan sərnişinlər xüsusi əməkdaşlarla müşayiət olunurlar) şəxslərin daxil olmasına icazə verilir.

Bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da əksini tapıb.

Ardını oxu...

“İyunun 18-də saat 12.00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.

E. Hacıyev deyib ki, həmin gün saat 15.00-da ikinci uçuş olacaq.

O bildirib ki, Bakı-Naxçıvan-Bakı reysini həyata keçirəcək təyyarələrin maksimal sərnişin tutumu 106 yerlikdir: “Lakin 100 yer satışa çıxarılacaq. Çünki bu gün təsdiq edilmiş yeni qaydalara uyğun olaraq əgər uçuş zamanı hansısa sərnişində xəstəlik simptomu aşkarlanarsa, həmin sərnişin təyyarənin arxa sıralarında ayrılmış zonada yerləşdirilməlidir. Həmin sərnişin respirator tipli maska ilə təmin edilməli, digər sərnişinlərdən məsafə saxlanması şərti ilə təchiz edilməlidir. Həmin 6 yer bunun üçün istifadə olunacaq”.

“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.

Qərarda deyilir:

Ardını oxu...

Koronavirusdan gündəlik olaraq, ölüm hallarının artması tendensiyası müşahidə edilir.

Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Ardını oxu...

Xəbər verildiyi kimi, yeni növ koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

Ardını oxu...

Azərbaycanda iyunun 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23°, gündüz 34-38°, Bakıda gecə 21-23°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz təşkil edəcək.

Ardını oxu...

Türkiyədə pandemiya ilə bağlı müvəqqəti dayandırılan beynəlxalq aviareyslər iyunun 11-dən bərpa edilib.

İlkin mərhələdə reyslər İstanbul və Sabiha Gökçen hava limanlarından Böyük Britaniya, Niderland və Almaniyaya həyata keçirilir.

Ardını oxu...

Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.

Bu rəqəm Bakı üzrə 50% təşkil edib. 

Sonrakı yerlərdə 12,5%-lə Gəncə-Qazax, 11,6%-lə Abşeron, 9,3%-lə Aran, 7,3%-lə Lənkəran, 3,4%-lə ölkə xarici, 1,7%-lə Şəki-Zaqatala, 1,4%-lə Quba-Xaçmaz, 1,1%-lə Yuxarı Qarabağ, 1,6%-lə Dağlıq Şirvan, 0,05%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Ardını oxu...

Azərbaycanda 339 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Ardını oxu...

İyunun 11-də Azərbaycanda gündüz ən yüksək temperatur Mərkəzi Aran rayonlarında qeydə alınacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, həmin bölgədə gündüz 33-38° isti olacağı ehtimalı var.

Ardını oxu...

“Türk Hava Yolları” (THY) aviaşirkətinin bu gün yenidən başlaması planlaşdırılan beynəlxalq aviareysləri təxirə salınıb.

Bu barədə şirkət məlumat yayıb. Bildirilib ki, aviareyslərin başlaması üçün həm Türkiyə, həm də səfər ediləcək ölkələrin Mülki Aviasiya idarələrindən lazımi icazələrin hələ də alınmaması uçuşların bərpasını gecikdirir.

Ardını oxu...

Prezident İlham Əliyevin XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən qəbul edilmiş qərarlar və Ermənistan tərəfindən süni şəkildə Azərbaycan mənşəli yer adlarının dəyişdirilməsinə dair çıxışından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə AMEA-nın Ədəbiyyat İnstitutunun elektron akt zalında iclas keçirilib.

AMEA-dan bildirilib ki, tibbi maskadan istifadə və sosial məsafə gözlənilməklə baş tutan tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, həmçinin Tarix, Dilçilik, Qafqazşünaslıq, Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət, Hüquq və İnsan Haqları, Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya institutlarının rəhbərləri iştirak ediblər.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Ardını oxu...

Dünən “Gəmiqaya” Tarix-Bədii Qoruğu və Muzey binasında “Gəmiqaya qayaüstü rəsmləri” adlı kitabın təqdimat mərasimi ­keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev 2002-ci ilin 12 avqustunda AMEA Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə Naxçıvanın qədim və zəngin tarixini, Gəmiqaya abidələrinin öyrənilməsini müqəddəs və vacib vəzifə kimi qarşıya qoymuşdur.

Ardını oxu...


Görkəmli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markes yazırdı ki, ədəbiyyat olmasaydı dünya zərrəcə dəyişməzdi. Amma polis olmasaydı dünya tamam başqa cür olardı. Tamamilə doğrudur ki, polis hər bir ölkənin sabitliyini, təhlükəsizliyini təmin edir, cinayətkarlığın qarşısını alır, qanunçuluğu bərqərar edir.

Ardını oxu...

Bu həftə tətbiq ediləcək sərt karantin rejimində fəaliyyətinə icazə verilən şəxslərin işə gedib-gəlmək üçün şəxsi avtomobillərindən istifadəyə icazə veriləcək.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 Onun sözlərinə görə, həmin şəxslər iş yerlərinə gedib gələ bilərlər: "Həmçinin, yaxın qohumunun dəfn mərasimində iştirak etmək istəyən şəxslər də şəxsi avtomobillərdən istifadə edə bilərlər. Digər şəxslərin isə hərəkəti qadağandır".

14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Ardını oxu...


Bugünlərdə keçmiş prezident Serj Sarkisyanın kürəkəni, 2018-ci ilin payızınadək Vatikanda Ermənistanın səfiri olan Mikael Minasyan hazırkı baş nazir Nikol Paşinyanı xəyanətdə ittiham edən videomüraciət yaymışdı. Tez bir zamanda həmin müraciət eks-prezident Sarkisyanın və onun Respublikaçı Partiyasının media ruporu olan “News.am” portalında da yer aldı.

 ki, nə Nikol Paşinyan, nə də hökuməti dəstəkləyən resurslar bu müraciətə cavab veriblər.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR