Koronavirusdan gündəlik olaraq, ölüm hallarının artması tendensiyası müşahidə edilir.
Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, bu gün 352 nəfər koronavirusa yoluxub. Sağalan xəstələrin sayı 210 nəfər olub, 6 nəfər isə dünyasını dəyişib:
”Göstəricilər epidemioloji vəziyyətin pisləşdiyini göstərir”.