Azərbaycanda 339 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 8 530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3 708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 356 032 test aparılıb.