Türkiyə Milli Müdafiə Nazirliyi, terror təşkilatı olan PKK-ya qarşı “Pəncə-Qartal” əməliyyatının başlandığını və döyüş təyyarələrinin terrorçuların yuvalarını məhv etdiyini bəyan edib.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, İraqın şimalında yerləşən və terrorçular tərəfindən baza olaraq istifadə edilən Sincar, Karacak, Kandil, Zap, Avasin Basyan və Hakurkda yerləşən terror yuvalarına qarşı hava əməliyyatının keçirildiyini bildirilib.
Son vaxtlar PKK terror təşkilatı tərəfindən polis bölmələri və hərbi hissələrə qarşı təcavüz və hücum cəhdlərinin artdığı qeyd edilib:
“Xalqımızın və sərhədlərimizin təhlükəsizliyini təhdid edən PKK və digər terror ünsürlərini zərərsizləşdirmək məqsədi ilə təhlükəsizliyini təmin etmək üçün beynəlxalq hüquqdan irəli gələn qanuni özünümüdafiə hüquqlarımıza uyğun olaraq İraqın şımalında yerləşən və terrorçular tərəfindən baza olaraq istifadə edilən Sincar, Karacak, Kandil, Zap, Avasin Basyan və Hakurk bölgəsindəki terror yuvalarına qarşı hava əməliyyatları həyata keçirilməkdədir.”, - deyə bildirilib.
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar, Baş Qərargah Rəisi Yaşar Gülər və digər hərbi vəzifəli şəxslər əməliyyatların gedişini Hərbi Hava Qüvvələrinin Əməliyyat Mərkəzindən izləyib və idarə edib.
Pəncə-Qartal əməliyyatında ölkədəki hərbi bazalardan qalxan döyüş təyyarələri ilə yanaşı, PUA, HRC və tanker təyyarələr də iştirak edib.