“Biz xarici dövlətlərin tələblərini öyrənirik”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov bildirib.
A.Məmmədov deyib ki, beynəlxalq uçuşlara icazə verilən zaman həmin dövlətdəki tələblər barədə məlumat veriləcək.
TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva xaricə səfərlərlə bağlı qaydaların hazırlanacağını bildirib: “Naxçıvandan gələn sərnişinlər isə ev karantininə göndəriləcək”.