İyunun 11-də Azərbaycanda gündüz ən yüksək temperatur Mərkəzi Aran rayonlarında qeydə alınacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, həmin bölgədə gündüz 33-38° isti olacağı ehtimalı var.
Gecə ən aşağı temperatur isə Yuxarı Qarabağda: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında müşahidə ediləcək. Belə ki, həmin ərazilərdə gecə 10-15° isti olacağı ehtimal edilir. Həmçinin Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında dağlarda gecə 10-15° isti olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında isə gecə 18-22°, gündüz 30-35° isti olacaq.