Daxili uçuşların iyunun 15-dən sonra bərpa edilməsi nəzərdə tutulur”.
Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Daxili uçuşların iyunun 15-dən sonra bərpa edilməsi nəzərdə tutulur”.
Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Azərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 315 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Muxtar respublikanın Sədərək rayonunun 90-cı illərdə Ermənistanın işğalına məruz qalan bu gün isə ordumuzun nəzarətində olan Şərab zavodu və onun ətrafındakı ərazilərdəki qarğıdalı əkin sahələrinə aqrotexniki qulluq göstərilir.
Dövlət başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasının reallaşdırılması qədim diyarın inkişafına yol açır
Qlobal, planetar xarakterli amillərin həyatın, demək olar ki, bütün sahələrində – iqtisadi, sosial, siyasi, humanitar-mədəni sahələrdə gedən proseslərə nüfuz etdiyi bir dövrdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər qədim diyarın inkişafının davamlılığını təmin edir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi xəttin uğurla davam etdirilməsi, görülən hər bir işin elmi əsaslara söykənməsi, uzunmüddətli inkişafın tərkib hissəsi olması sosial proqramların reallaşdırılmasına, əhalinin rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır. Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasının həyata keçirilməsi ayrı-ayrı sosial qrupların həyat şəraitinin yüksəldilməsinə, iqtisadi stimulun, insan amilinə diqqətin daha da artmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoluna çevrilib. May ayında görülən işlər, əldə olunan nəticələr, müəyyənləşdirilən yeni hədəflər də bu inkişafın davamlı xarakter aldığını bir daha sübut edir.
Amerikalı astronavtlar Kristofer Kessidi və Robert Benken Beynəlxalq Kosmik Stansiyasının (BKS) qöyərtəsindən açıq kosmosa iyun-iyul aylarında iki çıxış həyata keçirəcəklər.
Bu barədə NASA-nın rəsmi nümayəndəsi xəbər verib.
Daha əvvəl 2020-ci ildə bu proqram üzrə artıq üç belə çıxış baş tutub.
Gələn ay ərzində 4 ölkə Azərbaycanla hava sərhədlərini açacaq.
Qazaxıstanla Azərbaycan arasındakı birbaşa uçuşların bərpasına iyulun 1-dən sonra baxılacaq. Rusiya isə iyulun 15-də ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycanla koronavirus pandemiyası ilə əlaqədar dayandırılan beynəlxalq hava əlaqəsini bərpa edəcək.
Muxtar respublikamızda əhalinin ərzaq məhsullarına olan tələbatının keyfiyyətli yerli məhsullar hesabına ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Rayonlarda iş adamlarına, fərdi təsərrüfatla, əkin-biçinlə məşğul olanlara geniş imkanların yaradılması taxılçılığın da inkişafına səbəb olub. Bu sahə ilə məşğul olan zəhmət adamları yaxın günlərdə biçinə başlayacaqlar. Bunun üçün hər yerdə hazırlıq işləri görülür.
Torpağı bərəkətli, insanları zəhmətkeş olan Sədərək rayonunda taxıl biçininə hazırlıq işləri yüksək sürətlə aparılır. Cari ilin məhsulu üçün keçən ilin payızında 2261 hektar sahədə əkin keçirilib. Bunun 1617 hektarı buğda, 644 hektarı isə arpadır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə (psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri) işə qəbul üçün 18 mart 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına 8 iyun tarixdən start verilib.
Müsabiqəyə çıxarılmış 140 vakant vəzifənin tutulması üçün 160 namizəd sənəd təqdim edib. Müsabiqədə hər bir namizədə, ümumilikdə, 60 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim edilir.
Həyat yollarımız yaşadığımız ünvanlarda salınmış yollardan keçir. Bu qədim yurd yerimizdə o yollar barədə yaxın keçmişdə hamımız narazılıqla danışmışıq. Yayda tozlu-torpaqlı, qışda palçıqlı olan bu kələ-kötür yollarla mənzilbaşına çatana kimi, necə deyərlər, varımızdan yox olmuşuq. Bu gün isə doğma yurd yerimizin ən ucqar dağ və sərhəd kəndinin yolları müasir səviyyədədir. Şərur rayonuna ezamiyyətə gedərkən yolboyu düşüncələrimə hakim kəsilən bu fikirlə yenə də müasirləşmiş yollar görəcəyimi bilirdim. Budur, Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir avtomobil yolu ilə hərəkət edirik. 3270 metr uzunluğunda yol yenidən qurularaq may ayının 18-də istifadəyə verilib. Asfalt örtük salınıb. Kənddaxili yollara da yeni həyat bəxş olunub. Yenidənqurma işləri çərçivəsində yol üzərində su keçidləri inşa olunub, beton kanal işlənib. Adıçəkilən yol bizi Muğancıq-Mehraba aparır...
Muxtar respublikamızın mühüm sənaye müəssisələrindən olan Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyət göstərir. 2472 kvadratmetrlik əraziyə malik zavodda avtomobil sənayesində tətbiq olunan müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal edilir. İstehsal prosesində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlardan istifadə olunur.
Rusiya iyulun 15-də ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycanla koronavirus pandemiyası ilə əlaqədar dayandırılan beynəlxalq hava əlaqəsini bərpa edəcək.
Bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası bildirib.
Məlumata görə, bundan sonra avqustun 1-dən etibarən Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclası açan komitə sədri Siyavuş Novruzov gündəlik haqqında məlumat verib.
Bildirilib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi baxılmaq üçün müzakirəyə çıxarılır. Layihəyə əsasən Naxçıvan Muxtar Respublikasının Babək qəsəbəsinə şəhər statusunun verilməsi, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə tutulub.
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilib.
İnsanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında içməli su təminatı xüsusi yer tutur. Son illərdə muxtar respublikada yeni su mənbələrinin və su təchizatı infrasrukturlarının istifadəyə verilməsi, membran tipli sutəmizləyici qurğuların quraşdırılması və əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün bir sıra vacib addımlar atılır, genişmiqyaslı layihələr həyata keçirilir.
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Ordunun mətbuat xidmətindən bildirilib ki, andiçmə mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər hərbi andı qəbul ediblər.
Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına 379 yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1941-ci və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.
Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş dövlət proqramları və tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını 2020-ci ilin may ayında da diqqətdə saxlamışdır.
“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi Babək rayonunun Nehrəm və Cəhri kəndlərinə qəsəbə statusu verilməsini nəzərdə tutur.
Bunu APA-ya açıqlamasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərarlar və Ermənistan tərəfindən süni şəkildə Azərbaycan mənşəli yer adlarının dəyişdirilməsinə dair səsləndirdiyi fikirlər obyektiv tarixi reallığın ifadəsidir. Azərbaycan Cümhuriyyətinin kitab halında çap edilmiş stenoqramları, keçən əsrin əvvəllərində hazırlanmış xəritələr, arxiv materialları, dövri mətbuat materialları həmin tarixi hadisələrə və proseslərə şahidlik edir.
İyunun 5-də “Azərbaycan Hava Yolları” Ankaradan Bakıya çarter reysi həyata keçirib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.
Azərbaycan Respublikasında 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, “COVID-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940-cı, 1957-ci (iki nəfər) və 1972-cü il təvəllüdlü dörd nəfər vəfat edib.
İyunun 5-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
İclası Milli Məclisin Sədri Sahibə Qafarova açıb.
Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə birincilik keçirilib. Birinciliyin qalibi Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları olub.
Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə, eləcə də müvafiq rayon kommunal müəssisələrinin və bələdiyyələrin istifadəsinə kommunal təyinatlı bir sıra nəqliyyat vasitələri verilmişdir. Həmin 14 nəqliyyat vasitəsindən 5-i bərk tullantıların daşınması üçün “Kamaz”, 6-sı məişət tullantılarının daşınması üçün, 3-ü isə digər kommunal təyinatlı texniki nəqliyyat vasitəsidir.
Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov bildirmişdir ki, muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri bütün yaşayış məntəqələrinə müasir görünüş vermişdir. Bu abadlığın və ən əsası səliqə-sahmanın qorunması isə başlıca vəzifələrdəndir. Məhz buna görə də kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması üçün məqsədyönlü işlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas məqsədi əhaliyə göstərilən xidmətin səviyyəsini daha da yüksəltməkdən ibarətdir. Bu gün Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə, müvafiq rayon kommunal müəssisələrinin və bələdiyyələrin istifadəsinə nəqliyyat vasitələrinin verilməsi belə silsilə tədbirlərin davamıdır.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə kənd təsərrüfatı sahəsində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetiriləcək xidmətlərin qiymətləri” təsdiq edilmişdir. Göstərilən xidmətlərin qiymətləri aşağıdakılardır:
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli Qərarına əsasən iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilmişdir. Həmin gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.
"Daxili uçuşların yaxın günlərdə bərpa olunması gündəmdədir".
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
“Təəssüflər olsun ki, əldə olunan uğurlar bizdə müəyyən rahatlığa səbəb oldu”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 262 yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
İran ilə Türkiyə arasındakı Bəzarqan sərhəd-keçid məntəqəsi iyunun 4-də açılıb.
Bu barədə Bəzarqan sərhəd-keçid məntəqəsinin rəisi Sadiq Namdar məlumat verib. O bildirib ki, birinci mərhələdə yük avtomobillərinin gediş-gəlişi təmin ediləcək. Hər bir avtomobil məntəqədə yaradılmış mərkəzdə dezinfeksiya edilərək ölkəyə buraxılacaq. İkinci mərhələ də isə vətəndaşların qarşılıqlı gedişi-gəlişinə icazə veriləcək.
Gənclərin hərbi vətənpərlik tərbiyəsində mühüm rol oynayan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib.
Azərbaycanın bütün hava limanları iyunda sərnişin reysləri üçün bağlı olacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, iyulun 1-dək Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlı olacaq.
“Naxçıvan” Aqrolizinq Açıq Səhmdar Cəmiyyətində muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, biçin zamanı taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikaları və aqreqatların hazırlığı ilə bağlı səyyar seminar-müşavirə keçirilmişdir.
29 may 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq Bərəkət Toxumçuluq Məhdud Məsuliyyətli Cəmiyyətinində muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, biçin dövründə taxıl zəmilərində işləyəcək kombaynların və digər kənd təsərrüfatı texnikaların hazırlığı ilə bağlı maarifləndirici səyyari seminar-müşavirəkeçirilmişdir.
Nazirlər Kabinetinin 04 iyun 2020-ci il tarixli 191 nömrəli qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, Nazirlər Kabinetinin qeyd olunan qərarına uyğun olaraq DİM tərəfindən 6 və 7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyun tarixlərində keçiriləcək. Yəni, iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər iyunun 10‑da, iyunun 7-də imtahanda iştirak etməli olan şəxslər isə iyunun 11-də imtahan verəcəklər.
Nazirlər Kabineti yanında operativ qərargah sabahkı iş saatına da dəyişiklik edib.
2020-ci il 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.
Hazırda dünyada 7 milyonadək insan yeni növ koronavirus (COVID-19) xəstəliyinə yoluxmuş, 400 minədək şəxs vəfat etmişdir. COVID-19 virusunun peyvəndi bu günədək tapılmadığından dünya dövlətləri tərəfindən davamlı preventiv tədbirlər həyata keçirilməkdədir.
Son günlər mövcud karantin rejimi qaydalarının əhali tərəfindən kütləvi surətdə pozulması ölkənin bir sıra bölgələrində sanitar-epidemioloji vəziyyətə ciddi təsir göstərmiş, virusa yoluxanların sayı artmışdır. COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınmışdır.
Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib.
Müraciəti təqdim edirik.
“Hörmətli həmvətənlər!
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən dövlətimizin başçısı Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.
Özbəkistanın orol24.uz portalında əsrlərə şahidlik etmiş, qədim tariximizin, zəngin mədəniyyətimizin nümunəsi olan Azərbaycanın əfsanəvi qalaları haqqında rus dilində məqalə verilib.
Məqalədə Azərbaycanda çoxsaylı qədim abidələrin və qalaların olduğu qeyd edilir, bütün bu abidə və qalaların qədim dövrlərdə hökmdarlar tərəfindən tikildiyi vurğulanır.
Materialda İsmayıllı rayonundakı Cavanşir qalası, Şamaxı rayonundakı Gülüstan qalası, Şəkidəki Gələrsən-Görərsən və Narınca qalaları və Naxçıvandakı Əlincəqala haqqında ətraflı məlumat verilir.
Cavanşir qalası haqqında bildirilir ki, rayonun qədim dövrlərə aid abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri Girdiman vilayəti və tanınmış sərkərdə Cavanşirin adı ilə bağlıdır və qala VII əsrdə tikilib.
İyunun 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə olunub.
Müdriklərdən biri deyib ki, keçmişdən yazılanlar xatirələr, gələcəkdən yazılanlar arzular, bu gündən yazılanlar isə reallıqdır. Ona görə də bu gündən, reallıqdan yazmaq istəyirəm.
Artıq beş ilə yaxındır ki, əməkdaşı olduğum “Şərq qapısı” qəzetinə tələbə olanda – 2002-ci ildə, düz 18 il bundan əvvəl üz tutmuşdum. Həmin illərdə kiçik, şəraitsiz bir yerdə yerləşirdi redaksiya. Böyük bir binanın birinci mərtəbəsi, dar dəhlizlər, yarıişıqlı otaqlarda jurnalistlər günün nəbzini tutmağa, oxucu marağına uyğun yazılar qələmə almağa, uzun illərdən bu günə kimi qəzetin yaşatdığı adət və ənənələri qoruyub saxlamağa çalışırdılar.
Bu gün hərtərəfli düşünülmüş siyasətlə həyata keçirilən böyük iqtisadi islahatlar, Azərbaycanın dünya birliyinə inteqrasiyası, xalqla iqtidar arasında yaranan birlik ölkəmizin hər yerində, o cümlədən muxtar respublikamızda, onun, demək olar ki, bütün şəhər və rayonlarında çox sürətli inkişafa səbəb olub. Bu inkişafın bir yaşayış məntəqəsinin timsalında göstəriciləri ilə oxucularımızı tanış etmək üçün üz tuturuq Culfa rayonuna.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”. Ulu öndər ölkəmizin hər yerində abidələrin bərpa olunmasını, yaşadılmasını tövsiyə edirdi. Muxtar respublikamız zəngin tarixə malikdir. Burada əldə olunan maddi mədəniyyət nümunələri Naxçıvan ərazisində Qədim Daş dövründən başlayaraq bu yurdun ilkin sivilizasiyalı yaşayış məskənlərindən biri olduğunu sübut edir. Tədqiqatlar göstərir ki, əcdadlarımız Naxçıvan ərazisində hələ eramızdan əvvəl yaşamış və yaratmışlar. Onların özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abidələri bu qədim yurdun Azərbaycançılıq möhürüdür. Bəli, dahi şəxsiyyətin uzun illərdən bəri digər sahələrdə olduğu kimi, keçmişimizin yaşadılması ilə bağlı ideyalarına sədaqət Naxçıvanın hərtərəfli, həm də qədimliyinin qorunması ilə müasir müstəvidə inkişafına səbəb olmuşdur. Bunu ötən ayın xronikasında da müşahidə etdik.
İyunun 15-nə qədər sərhədlərin bağlı qalması barədə qərar var. Amma bu vəziyyət davam etsə, sərhədlərin açılması gözlənilmir.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Bu həftədən başlayaraq bazar günü səhər saatlarınadək narıncı zona adlandırılan Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954, 1955, 1956, 1973 və 1978-ci il təvəllüdlü 5 nəfər vəfat edib.
İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, paradda hərbçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq.
Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.