Amerikalı astronavtlar Kristofer Kessidi və Robert Benken Beynəlxalq Kosmik Stansiyasının (BKS) qöyərtəsindən açıq kosmosa iyun-iyul aylarında iki çıxış həyata keçirəcəklər.
Bu barədə NASA-nın rəsmi nümayəndəsi xəbər verib.
Daha əvvəl 2020-ci ildə bu proqram üzrə artıq üç belə çıxış baş tutub.
"Kristofer Kessidi və Robert Benkenin batareyaları əvəz etmək üçün ilk iki çıxışı 26 İyun və 1 İyul tarixlərinə planlaşdırılır", - nümayəndə deyib.
Bildirilir ki, batareyaların dəyişdirilməsi üçün ümumilikdə dörd çıxış tələb olunur. BKS-nın enerji təchizatı sistemi üçün altı yeni batareya stansiyaya Yaponiyanın "HTV-9" kosmik yük gəmisi vasitəsi ilə mayın sonunda çatdırılıb.