24 Dekabr 2024, Çərşənbə axşamı

Bir neçə rayonun prokuroru işdən çıxarılıb.

Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad ediliblər.

Ardını oxu...

Azərbaycan Ordusunun keçirəcəyi genişmiqyaslı əməliyyat-taktiki təlimlər heç şübhəsiz Ermənistanın hərbi-siyasi rəhbərliyini qorxuya salıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ordumuz təlimləri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində keçirir və burada beynəlxalq sənədlərin tələblərinin pozulmasından söhbət gedə bilməz. Bir daha bəyan edirik ki, Azərbaycan öz sərhədləri çərçivəsində istənilən sayda canlı qüvvə və müxtəlif döyüş texnikasını cəlb etməklə təlimlər keçirmək hüququna malikdir.

Ardını oxu...

Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Ardını oxu...

…Ömür axıb gedən zamanın bizə düşən kiçik bir hissəsi, çətin, əzablı yollardan, xoş və gərgin günlərin təəssüratlarından, xatirələr və arzularla qovuşan anlardan bütövləşmiş vaxt ölçüsüdür. İndi ömrünün 70-ci ilinin zirvəsindən baxanda çox uzaqlarda, sərhədləri o qədər də aydın olmayan uşaqlıq illərinin, zəhmətlə dolu hadisələrin və çapıqlaşmış yaraların izləri ilə yanaşı, qırmızı, işıqsaçan cizgilər də görünür. Bu cizgilər Şərur Rayon İcra Hakimiyyətinin orqanı olan “Şərurun səsi” qəzetinin redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Naxçıvan Mətbuat Şurası idarə heyətinin üzvü Elman Məmmədovun keçdiyi ömür və tale yolundan xəbər verir.  

Elman Telman oğlu Məmmədov 70 il bundan əvvəl – 1950-ci il may ayının 15-də Şərur rayonunun Düdəngə kəndində doğulub. 1968-ci ildə rayon qəzetinin mətbəəsində mürəttib köməkçisi kimi çalışıb, eyni zamanda redaksiyanın tapşırığı ilə ara-sıra xəbər axtarışına çıxıb. 1969-1974-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Hüseyn Əbdülhüseynov, Cəfər Məmmədov, Cəfər Əliyev, Mikayıl Əliyev və digər peşəkarlarla çiyin-çiyinə işləyib.

Ardını oxu...

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri Səbuhi Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızda digər sahələr kimi, sığorta işi də diqqət mərkəzində saxlanılır. Ötən dövrdə bu sahədə mühüm tədbirlər həyata keçirilib, bağlanılan sığorta müqavilələrinin həcmi dəfələrlə artıb. Sığorta-bazar münasibətlərinin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğun olaraq 6 il bundan əvvəl yaradılmış “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti də uğurlu inkişaf yolu keçib. Cəmiyyət bu günədək sığorta bazarında etibarlı mövqe tutaraq müştərilərinə yüksəkkeyfiyyətli xidmətlər göstərməklə özünəinamı artırıb. Hazırda muxtar respublikamızın müxtəlif bölgələrində və paytaxt Bakı şəhərində nümayəndə­likləri fəaliyyət göstərən cəmiyyət tərəfindən 5 adda sığorta məhsulu təqdim olunur. Muxtar respublikamızın hərtərəfli inkişafı imkan verir ki, gələcəkdə təqdim olunacaq məhsulların sayı daha da artsın, sığorta bazarı daha da inkişaf etsin.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər aprel ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 9 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Ötən ay Dövlət Miqrasiya Xidmətinə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı, ümumilikdə, 88 müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
mətbuat xidməti

“Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Ardını oxu...

15 May Beynəlxalq Ailə Günüdür

 

Hər bir cəmiyyət müxtəlif ailələrin toplumundan ibarətdir. Adətən, cəmiyyətin ailəyə təsiretmə gücünü o zaman uğurlu saymaq mümkündür ki, bu təsir gücü qarşılıqlı olsun. Qarşılıqlı anlaşma, mövcud problemlərdən çıxış yolunun müəyyənləşdirilməsi və digər  məziyyətlər həm ailənin cəmiyyətdəki yerini, həm də cəmiyyətin ailədəki rolunu düzgün formalaşdırır.

Ardını oxu...

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən yeni tarixi sənəd aşkar edilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, 4 may 1945-ci il tarixində ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frank Hook erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasına təqdim edib.

Ardını oxu...

Türkiyənin Malatya vilayətində 3,1 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 00:34-də qeydə alınıb. Zəlzələnin episentri Pütürge rayonunda olub. 

Zəlzələnin ocağı 5,4 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda ixtisasdəyişmə və təkmilləşdirmə kurslarının başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursları uğurla bitirən zabitlər yeni vəzifələrə təyin olunublar.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra polkovnik Mehman Gülməmmədov kurslara cəlb edilmiş zabitlərin ixtisaslarına uyğun nəzəri biliklərinin və praktik vərdişlərinin daha da təkmilləşdirildiyini qeyd edib.

Ardını oxu...

Aprel ayında muхtаr rеspublikаdа əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə, həmçinin dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələr icrа olunmuşdur. 3 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədilə fövqəladə hallar zamanı fəaliyyəti zəruri olan 54 müəssisə və təşkilatın fövqəladə hallara hazırlığı yoxlanılmış, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilmişdir.

Ardını oxu...

  

İtaliyanın “La Verita”, “L’Antidiplomatio”, “Sardegnagol”, “CIVG”, “Giornale Diplomatico” kimi kütləvi informasiya vasitələri Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin yazılarını dərc edib.

Ardını oxu...

Türkiyədə başına 1 milyon türk lirəsi qoyulan terrorçu tutulub.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ardını oxu...

Xaricdə olan Azərbaycan vətəndaşlarının öz qərarları əsasında sərhəd məntəqələrinə gəlib toplaşması məqbul deyil.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Ardını oxu...

Sərhədlərin açılması may ayının 31-dək mümkün deyil.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. 

Ardını oxu...

Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Koronavirus pandemiyası dövründə də Rusiya vətəndaşlarının Azərbaycanda, Azərbaycan vətəndaşlarının Rusiyada olmasını nəzərə alaraq vətəndaşların sərhəd-keçid məntəqəsindən qarşılıqlı keçidi təmin edilir.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Ardını oxu...

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

Ardını oxu...

18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Ardını oxu...

2020-ci il aprelin 1-nə Azərbaycanda əhalinin sayı 10 milyon 80 min nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin sayı 0.8 faiz artıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirdiyi əməliyyata münasibət bildirib.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 65 yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ardını oxu...

Şahbuz rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə “Naxçıvan Aqrolizinq”Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasında “Gübrə, zəhərli və kimyəvi maddələr saxlanılan anbarlarda yanğınların söndürülməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib. 

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

Türkiyədə indiyədək koronavirus infeksiyasına yoluxan xəstələrdən 70 faizi sağalıb, 3894 nəfər vəfat edib.

Bu barədə son rəqəmləri Səhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə paylaşıb.

Ardını oxu...

Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası təsdiq edilib.

Bununla əlaqədar Baş Nazir Əli Əsədov qərar imzalayıb. Bu qaydaya əsasən ümumi təhsil müəssisələrində təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə onların maraqlarını, bacarıqlarını, qabiliyyətlərini və şəxsi keyfiyyətlərini gələcək peşə bacarıqlarının öyrənilməsinə, düzgün ixtisas seçimi edilməsinə, əmək fəaliyyətinə dair tələb olunan biliklərin formalaşmasına, karyera planlaşdırılmasına və ömürboyu təhsil imkanlarının araşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilir. Ümumi təhsil müəssisələrinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində təhsil alanlar üçün peşəyönümü xidməti təşkil edilir.

Ardını oxu...

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi  sahəsində  əlavə  tədbirlər haqqında” 2 aprel 2016-cı il tarixli Fərmanı əsasında muxtar respublikada torpaqların elektron kadastr uçotunun aparılması davam etdirilir. Qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən Sədərək rayonunda planaalma işləri aparılır.

Ardını oxu...

         Muxtar respublikamızda aprel ayında epidemioloji vəziyyət sabit olsa da herpetik infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə önləyici tədbirlər həyata keçirilib.

Ardını oxu...

 

       Naxçıvan Qarnizonunda hərbi qulluqçuların fiziki və psixoloji dözümlülüyünün yoxlanılması, güclü komandaların tərkibinin müəyyən edilməsi məqsədi ilə keçirilən birincilikdə 15 komandadan 90 idmançı mübarizə aparıb. Yarışlarda Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları fərqləniblər.

      İdmançı hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atəşaçma, uzaqlığa və dəqiqliyə qumbaraatma, 8 km məsafəyə kross qaçışı və üzgüçülük növləri üzrə yarışlarda güclərini sınayıblar.

Ardını oxu...

Azərbaycan istehsalı olan tibbi maskalar və qoruyucu kombinezonların ixracı nəzərdə tutulur.

Bu barədə “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mehriban Axundova mayın 12-də Sumqayıtda MMC-nin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında deyib.

Ardını oxu...

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar ucuzlaşaraq 30,66 dollar təşkil edib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Ardını oxu...

Azərbaycan Respublikasında 70 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq evə buraxılıb.

Ardını oxu...

Ömrü boyu Azərbaycan ziyalılarının qayğısını çəkən, ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi böyük övlad sevgisi ilə yorulmadan təbliğ edən ümumilli liderimiz Heydər Əliyev xalqını, vətənini sevən, onun hər uğuruna ürəkdən sevinən ən böyük azərbaycanlı idi. O, Azərbaycanın bütün sahələrdə böyük uğur qazanmasında misilsiz xidmətlər göstərən dahi şəxsiyyət idi.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 97 yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ardını oxu...

         

  H.Əliyevin yenidən 1993-cü ildə hakimiyyətə qayıtması Azərbaycan Respublikasında yaranan ab-hava, kitabxana işinə də öz müsbət təsirini göstərdi. Beləki, muxtəlif sahələrdə oldugu kimi  Naxçıvan Muxtar Respublikasında da kitabxanalar yenidən quruldu, kitabxana işində böyük canlanma baş verdi. Hər şeydən əvvəl, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi , kitabxana işinə ayrılan vəsaitin ayrılması yeni binanın tikilməsi və avadanlıqlarla təmin edilməsi, kitab fondunun yeni ədəbiyyatla dövri nəşrlərə, elmi və referatif jurnallarla komplektləşdirilməsi  kitabxananın beynəlxalq standartlar səviyyəsinə yüksəlməsinə səbəb oldu.

Ardını oxu...

…Ömür axıb gedən zamanın bizə düşən kiçik bir hissəsi, çətin, əzablı yollardan, xoş və gərgin günlərin təəssüratından, xatirələr və arzularla qovuşan anlardan bütövləşmiş vaxt ölçüsüdür. İndi ömrünün 70-ci ilinin zirvəsindən baxanda aşağılarda, çox uzaqlarda sərhədləri o qədər də aydın olmayan uşaqlıq illərinin, zəhmətlə dolu hadisələrin və çapıqlaşmış yaraların izləri ilə yanaşı, qırmızı, işıq saçan cizgilər də görünür. Bu cizgilər Şərur Rayon İcra Hakimiyyətinin orqanı olan “Şərurun səsi” qəzetinin redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin və  Naxçıvan Mətbuat Şurası idarə heyətinin üzvü Elman Məmmədovun keçdiyi tale yolundan xəbər verir. Bu elə bir yoldur ki, istəsən də, istəməsən də o yolu getməli, zaman adlı sarvanın sığalını da, qırmancını da dadmalısan. Amma elə yaşamalısan ki, bu kavran sərt qayalara, vahiməli uçurumlara dirənəndə cismani ömrün yarıda qırılıb qalmalı olsa da, şərəf və ləyaqətlə bu həyatı başa vurub yaddaşlara, ürəklərə, ruhlara köç edə biləsən.

Ardını oxu...

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Ardını oxu...

Monteneqronun “Çrenogorski portal” xəbər saytında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş məqalə dərc edilib.

 “Müstəqil Azərbaycan Respublikasının banisi” sərlövhəli yazıda ulu öndər Heydər Əliyevin 1969-cu ildən başlayaraq Azərbaycanın həyatındakı mühüm yeri barədə ətraflı məlumat verilir. Bildirilir ki, 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev o vaxt sosial-iqtisadi böhran yaşayan Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə yüksəldib.

Ardını oxu...

         Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev Azərbaycan uşaqlarını ən əzizi, doğması hesab edərək demişdir: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın böyük gələcəyi Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”. Ümumilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə müstəqil dövlətin qurulması və inkişafı yönümündə xalqın maraqlarına xidmət edən siyasət əsas prioritetə çevrildi. Ölkənin bütün sferalarında, o cümlədən humanitar düşüncə sistemində gedən yeni təfəkkür prosesləri, azərbaycançılıq ideologiyasının qabardılması, milli məfkurə xəttinin önə çəkilməsi, uşaqlara qayğı və diqqətin artırılması, gənc, savadlı nəslin formalaşmasının əsas qayə təşkil etməsi müstəqillik təntənəsinin nəticəsi idi.Dövlət başçımızın sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan olunması ölkəmizdə uşaqların sosial-rifah halının daha da yaxşılaşdırılması məqsədini daşıyırdı. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri isə sadalamaqla qurtaran deyil. Fondun uşaqlara göstərdiyi qayğı artıq beynəlxalq aləmin diqqət mərkəzindədir.     

         Minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi uğurların əsasını təşkil edir. Tarixin dolanbaclarından, sərt sınaqlarından üzüağ çıxan dilimiz bu gün dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biridir. Azərbaycan dili ulu babalarımızdan bizə miras qalan milli sərvətimizdir. Ulu Öndərimiz Heydər Əliyev öz ana dilini bilməyən insanları şikəst insanlar adlandırırdı.

Ardını oxu...

Tarix dəfələrlə sübut edib ki, bir xalqın mövcudiyyəti onun həmrəyliyindən və bu həmrəyliyi təmin edən liderlərin dövrün məsuliyyətini öz üzərlərinə götürərək tarixi yenidən yazmaq bacarığından irəli gəlir. Bu mənada, Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, Heydər Əliyev kimi dahi şəxsiyyət Azərbaycanı tarixin ən çətin sınaqlarından çıxarmaqla onun mövcudluğunu əbədi etmişdir. Təsadüfi deyil ki, fərqli ictimai-siyasi dövrlərdə belə, mənsub olduğu xalqın xoşbəxtliyi üçün yorulmadan çalışan ulu öndər Heydər Əliyevin adı dünyanın axarını dəyişən böyük tarixi şəxsiyyətlərlə bir sırada çəkilir. Onun qeyri-adi siyasi bacarığı və böyüklüyü hər kəs tərəfindən etiraf olunur. 

Ardını oxu...

“Son günlər testlər zamanı 2,1 faizin koronavirusa yoluxmsı müşahidə olunur”. 

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib. 

Ardını oxu...

Azərbaycanda koronavirusa yoluxma sayı getdikcə artır. Xəstələrin sayında ciddi artım var.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ardını oxu...

  

 

 

 

 

 

Azərbaycan ali məktəblər ailəsində özünəməxsus yeri və mövqeyi olan Naxçıvan Dövlət Universitetinin formalaşma və inkişafında görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin böyük və əvəzsiz xidmətləri vardır. Bu ali təhsil ocağı özünün müxtəlif mərhələlərdəki bütün inkişaf və tərəqqisi üçün məhz ulu öndərə borcludur.

Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamışdır. Daha sonra Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevin 1972-ci il 12 iyun il tarixli fərmanı ilə həmin filialın bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılmışdır. Müstəqil ali məktəbin yaradılması regionun elmi-mədəni inkişafına, burada ziyalı potensialının artmasına, maarifçilik hərəkatına müsbət təsir göstərmişdir. Pedaqoji İnstitut sonralar 1990-cı il 29 dekabrda Naxçıvan Dövlət Universitetinin təşkili üçün münbit elmi-pedaqoji baza funksiyasını yerinə yetirmişdir.

Ardını oxu...

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş video yayımlanıb.

Videonu təqdim edirık:

Azərbaycan Respublikasında 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alının, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib. 

Ardını oxu...

Türkiyə son vaxtlar dünyada müdafiə və təhlükəsizlik sahələrində daha çox tələbatın olduğu insansız silahların, nəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR