23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına daha 38 yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Ardını oxu...

 

 

 

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə videokonfrans formatında görüşü ilə bağlı birgə bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) bugünkü birgə videokonfrans da daxil olmaqla, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə martın ortalarından sıx məsləhətləşmələr keçirir.

Ardını oxu...

Bu günün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton Yaşıllaşdırma Gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si həmin ştatda Ağac Günü elan olunub. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək Yer Günü adlandırılıb.

Ardını oxu...

"Hərə bir özəl televiziya açıb qohum-əqrəbasını doldurub ora ağızlarına gələni danışırlar".

Ardını oxu...

Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ardını oxu...

10 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Koronavirus pandemiyasına həsr olunmuş görüşdə çıxış edən dövlət başçısı Türk Şurasının dostluq və qardaşlıq təməlləri əsasında qurulduğunu diqqətə çatdırıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən Qarabağlar kəndi bu gün qədim tarixi keçmişi ilə alim və tədqiqatçıların diqqətini özünə cəlb edir. Bu yaşayış məntəqəsi təkcə muxtar respublikanın deyil, ümumilikdə, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Qarabağlar haqqında tarixi mənbələrdə çox əhəmiyyətli məlumatlar var.

Muxtar respublikada Qarabağlar kəndinin, həmçinin burada ucalan, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bərpa edilərək yenidən Azərbaycan xalqına qaytarılan Qarabağlar Türbə Kompleksinin qədim tarixi barədə AMEA Naxçıvan Bölməsi tərəfindən geniş araşdırmalar aparılıb, mühüm elmi məqalələr işıq üzü görüb.

Ardını oxu...

Rusiyanın “TurStat” turizm portalı MDB ölkələrində səfər, onlayn-tur və virtual ekskursiya üçün ən yaxşı muzey və müasir incəsənət mərkəzlərinin reytinqini tərtib edib.

 Bakıda Heydər Əliyev Mərkəzi reytinqdə ilk üçlüyə daxil olub.

Ardını oxu...

Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində 2020-ci ilin döyüş hazırlığı planına əsasən silah, döyüş və xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilir. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materialları hərbi hissələrdəki texniki xidmət məntəqələrində dəyişdirilir və onlara planlı şəkildə mövsümi qulluq göstərilir. 

Silah, döyüş və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə keçirilmənin məqsədi hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasını təmin etməkdir.

Aprelin 21-də qeyd olunan Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü insan fəaliyyətinin müxtəlif sferalarında yaradıcılığın və innovasiyaların rolu nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilib. Bu gün hazırda innovasiyaların geniş tətbiq edildiyi ölkəmiz üçün əlamətdar hesab olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə innovasiya infrastrukturu formalaşdırılır. Yüksək texnologiyalar və sənaye parkları yaradılıb, bu parkların rezidentləri üçün güzəştlər tətbiq edilib. İnnovasiya subyektlərinin maliyyə çıxışlarını təmin etmək üçün fondlar fəaliyyət göstərir və innovativ layihələrə qrantlar, güzəştli kreditlər verilir, innovativ sahibkarlıq sürətlə inkişaf edir.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Ardını oxu...


Xəbər verdiyimiz kimi, ötən həftə  Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimləri keçirilib.

Bu barədə işğalçı Ermənistanın “razm.info”, “hayknews.com”, “hayeli.am” və “7or.am” portallarında “Naxçıvanda komanda-qərargah təlimləri keçirilib” sərlövhəli məqalələr yayımlanıb; Naxçıvanda keçirilən komanda-qərargah təlimlərinin Ermənistan mətbuatında və ictimaiyyətində narahatlıq yaratdığı vurğulanır.

Ardını oxu...

Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 791 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 626 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Mayın 9-da ölkədə Faşizm üzərində Qələbə Günü, mayın 24 və 25-də Ramazan bayramı, mayın 28-də isə Respublika Günüdür.

Bununla yanaşı, mayın 9-u şənbə günü olduğundan mayın 11-i, həmçinin mayın 24-ü bazar gününə təsadüf etdiyinə görə mayın 26-sı da qeyri-iş günü olacaq.

Ardını oxu...

  

 

 

 

 

 

Muxtar respublikanın Şərur rayonunun ərazisində tarixin bütün mərhələlərinə aid çoxsaylı maddi-mədəniyyət abidələri var.

Bu, bölgənin qədim tarixə malik olduğunu sübut edir. “Şərur” adının yaranması və etimologiyası ilə bağlı bir çox tədqiqatçıların fikirləri də onun qədimliyindən xəbər verir.

Ardını oxu...

Bu gündən etibarən Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə nazirinin tapşırığına əsasən ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq.

Ardını oxu...

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim üçün prioritet məsələ - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”. 

Ardını oxu...

Aprelin 19-da səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyanın ən iri An-225 "Mriya" hava gəmisi eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildiriblər ki, əlavə yanacaq doldurmaq məqsədilə Bakının hava limanında enən təyyarə Qazaxıstandan Fransaya kommersiya reysi yerinə yetirir.

Ardını oxu...

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyada yaşayan azərbaycanlılara müraciət edib.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı yeni onlayn qeydiyyat portal yaradılıb.

Ardını oxu...

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına 25 yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ardını oxu...


Azərbaycanda arı məhsullarının biokimyəvi xüsusiyyətləri və keyfiyyət göstəriciləri sahəsində aparılan elmi araşdırmalarda - bal, vərəmum, çiçək tozcuğu kimi arı məhsullarının tədqiqi sahəsində bir sıra uğurlu nəticələr əldə edən Naxçıvan Dövlət Universiteti müəllimləri arıçılıq məhsullarının tədqiq etməklə yanaşı, müalicə və profilaktika məqsədi ilə istehsalı prosesini də  həyata keçirirlər. Bu məqsədlə ali təhsil ocağının Tibb fakültəsində yaradılmış laboratoriya imkanları hesabına, ilk dəfə olaraq müalicə məqsədi ilə istifadə olunması tövsiyə olunan bir sıra arıçılıq məhsullarının işlənməsi və çıxarışlarının alınması həyata keçirilib.

Ardını oxu...

 

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə keçirilən komanda-qərargah təlimi başa çatıb.

Ardını oxu...

Xüsusi karantin rejiminin müddətinin uzadılması ilə əlaqədar olaraq Azərbaycan-Gürcüstan sərhədinin mayın 4-dək bağlı saxlanılmasına qərar verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb. Bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00:00-dək uzadılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb.

Ardını oxu...

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Ardını oxu...

Hazırda dünya ölkələri bütün səylərini yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktika tədbirlərinə yönəldib. 2020-ci il mart ayından etibarən COVID-19 xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunaraq virusun qarşısının alınması istiqamətində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlara baxmayaraq, hazırda dünyada 2 milyon 160 min 207 nəfər COVID-19 virusuna yoluxub, 146 min 88 nəfər vəfat edib.

Ardını oxu...

Onun gərgin fəaliyyətini müşahidə edərək bəzən sadəcə olaraq anlaya bilmirəm - onda cürbəcür işlərə bu qədər enerji hardandı?

Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuna rəhbərlik, AMEA-nın birinci vitse-prezidenti vəzifəsi, Milli Məclisin Elm və Təhsil üzrə Parlament Komitəsi sədri qismində iş (Milli Məclisin ötən çağırış fəaliyyət dövrü nəzərdə tutulur - müəl.), müxtəlif  konfrans, simpozium, dəyirmi masaların təşkili, kitab və monoqrafiya, məqalə və esselər yazmaq. Bir də xarici səfərlər, xaricdəki həmkarları ilə elmi əlaqə və münasibətlər qurmaq, dünyanın böyük elm-təhsil mərkəzlərində Azərbaycan elminin təbliği. Və daha nələr, nələr...

Ardını oxu...


Təbiətin zənginləşdirilməsi,  yaşıllıq zonalarının artırılması üçün muxtar respubilkamızda son illərdə əsrə bərabər iş görülmüşdür. Hər ilin yaz və payız aylarında keçirilən yaşıllaşdırma, təmizlik  və abadlıq aylıqlarında on minlərlə meyvə və bəzək ağacları əkilir, ilboyu yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilir. Bunun nəticəsidir ki, hər tərəf yamyaşıl dona bürünmüşdür.

Ardını oxu...

Muxtar respublikanın inkişaf tempinə uyğun olaraq yeni parklar, istirahət məkanları salınır,  mövcudları isə müasir səviyyədə yenidən qurulur. Bu işlərin davamı olaraq Naxçıvan şəhərinin Naxçıvançay sahilində 20,6 hektar ərazini əhatə edən “Sahil Parkı” yaradılıb. Parkın yaxınlığında isə Naxçıvan memarlıq üslubunda tikililən müasir istirahət və əyləncə mərkəzinin inşası da davam etdirilir.

Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.

Xəbərlər şöbəsi

Biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik.

Bunu Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda deyib.

Ardını oxu...

Hesab edirəm ki, karantin rejiminin uzadılması yeganə düzgün qərardır.

Bunu Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda deyib.

Dövlət başçısı bildirib: "Karantin rejiminə gəldikdə, bildiyiniz kimi, karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır. Mən hesab edirəm ki, bu, düzgün addım olacaqdır. Çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə hesab edirəm ki, Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Hesab edirəm ki, karantin rejiminin uzadılması yeganə düzgün qərardır.

Ardını oxu...

200 min əvəzinə, 600 min insana dövlət iki ay ərzində hər ay 190 manat vəsait verməlidir.

Bunu Prezident İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda deyib.

Ardını oxu...

Aprelin 17-də Naxçıvan teleradiosuna yeni avadanlıqlar və avtomobillər təqdim olunub.

Ardını oxu...

Azərbaycan Respublikasında 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Uzunoba Su Anbarı ətrafında 20 hektar torpaq sahəsi bağ təsərrüfatlarının yaradılması üçün vətəndaşların istifadəsinə ayrılıb.

Ardını oxu...

Milli Məclisə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı təqdim edilən layihə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırığın icrası çərçivəsində hazırlanıb.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdimatı zamanı bildirib.

Ardını oxu...

Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.

Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edirik.

Ardını oxu...

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq üçün Türkiyədə tətbiq olunan növbəti iki günlük komendant saatına hazırlıq işləri aparılacaq.

Bu məqsədlə aprelin 17-də yerli vaxtla saat 15.00-dan etibarən təhlükəsizlik qüvvələri bazarlar, marketlər, o cümlədən əhalinin çox olacağı ehtimal edilən yerlərdə ara məsafənin qorunması, qoruyucu maska taxılması məsələlərini nəzarətə götürəcəklər.

Qeyd edək ki, komendant saatı Ankara, İstanbul, İzmir kimi böyük şəhərlər daxil olmaqla 31 vilayəti əhatə edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Aprelin 16-da Gürcüstanın paytaxtı Tbilisi səhərinin ən hündür parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Teleqüllənin işıqlandırılması koronavirusla mübarizədə həmrəylik mesajı məqsədi daşıyır.
Tbilisidə ən hündür parkda - Mtatsminda parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına daha 30 yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ardını oxu...

Bu ilin ilk rübündə, onlayn alış-veriş resurslarının istifadəçilərinə edilən fişinq hücumlarının sayı kəskin artıb. “Kaspersky” şirkətinin yaydığı məlumatda qeyd olunur ki, bütün dünyada onlayn mağazalardan feyk səhifələrə keçid cəhdlərinin payı iki dəfə - 9% -dən 18% -ə qədər artıb.

Ardını oxu...

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas həmrəyliyə görə ölkəmizə təşəkkür edib.

Bu barədə Avropa İttifaqı nümayəndəliyinin rəsmi “Facebook” səhifəsində məlumat yayılıb.

Ardını oxu...

Bizim birliyimizi heç bir mənfi qüvvə sarsılda bilməz!
Biz Dövlət başçımızın gücünə arxalanmalı, birlikdə güclüyük şüarına sədaqətimizi nümayiş etdirməliyik!”
Bunu Milli Məclisin deputatı, Əməkdar Rəssam Ülviyyə Həmzəyeva deyib.
“Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilmişdir. Həmin müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan Ölkə rəhbəri Azərbaycanda islahalatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını vurğulamışdır.

Ardını oxu...

Dünyanı ağuşuna almış koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı mühüm addımlar, insanların sağlamlığının qorunması ilə bağlı verdiyi qərarlar vətəndaşlar tərəfindən dövlətimizin başçısının xalqa diqqət və qayğısının əyani göstəricisi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları məhz Prezident İlham Əliyevin gördüyü mühüm işlər nəticəsində xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklərini bildirir, göstərdiyi diqqət və qayğıya görə ona minnətdarlıq edirlər.

Prezidentin saytına istinadla minnətdarlıq məktublarının daha bir neçəsini təqdim edirik.

Ardını oxu...

Nazirlər Kabineti 2020-ci ilin 4 aprel tarixində “Naxçıvan Muxtar Respublikasında əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında”, 10 aprel tarixində isə “Naxçıvan Muxtar Respublikasında Korona­virus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi haqqında” qərarlar qəbul ­etmişdir.

Ardını oxu...

Ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin edilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikamız gündən-günə daha da inkişaf edib çiçəklənir. Xüsusilə qeyd etmək olar ki, Naxçıvanda həyata keçirilən ordu quruculuğu və müdafiənin təşkili nümunə gücündədir. Bunu təsdiq edən ən mühüm faktlardan biri də 2018-ci ilin uğurlu hərbi əməliyyatlarıdır. Həmin vaxt Günnüt qələbəsi ilə 11 min hektardan artıq ərazini işğaldan azad edən Əlahiddə Ümumqoşun Ordu Sədərək istiqamətində Şərab zavodunu və ətraf əraziləri nəzarətə götürüb.

Ardını oxu...

Azərbaycanda bu günə qədər (aprelin 14-nə olan rəqəmlər) təsdiq edilən koronavirusa yoluxma hallarının yaş qruplarına və cinsiyyətinə görə sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, ölkədə virusa yoluxanların 640 nəfəri kişi, 557 nəfəri isə qadındır: "Yaş qruplarına gəlincə, 0-9 yaş arasında 66 nəfər, 10-19 yaş arası 60, 20-29 yaş arası 175, 30-39 yaş arası 214, 40-49 yaş arası 198, 50-59 yaş arası 248, 60-69 yaş arası 157, 70-79 yaş arası 56, 80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə yoluxma qeydə alınıb".

Aprelin 20-dən sonra xaricdə olan vətəndaşlar Azərbaycana gələ biləcəklər.

Bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Ardını oxu...

"Qeydiyyat, rəsmiləşmə olmadan 190 manatı vermək çətindir. Bunun rəsmi sənədləşməsi olmalıdır. Çünki sonra bunun hesabatı verilməlidir".

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR