23 Dekabr 2024, Bazar ertəsi

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Bizim üçün prioritet məsələ - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”. 

Bu gün muxtar respublikada sosial-iqtisadi inkişafın təmin olunması əhalinin rifahını xeyli yaxşılaşdırmış, sosial islahatların əhatə dairəsi genişlənmişdir. İnsanların sağlamlığının qorunması, xüsusilə də qayğıya ehtiyacı olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin olunması sahəsində kompleks tədbirlər görülür. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 13-17 aprel tarixlərində Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan 300 sosial qayğıya ehtiyacı olana - 50 tənha ahıla, 146 ünvanlı dövlət sosial yardımı alana, 45 çoxuşaqlı ailəyə və 59 xüsusi qayğıya ehtiyacı olan şəxsə ərzaq payları verilmişdir. 

 Ərzaq payı ilə təmin olunanlar göstərilən diqqətə görə dövlətimizə minnətdarlıq etmişlər.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR