24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq üçün Türkiyədə tətbiq olunan növbəti iki günlük komendant saatına hazırlıq işləri aparılacaq.

Bu məqsədlə aprelin 17-də yerli vaxtla saat 15.00-dan etibarən təhlükəsizlik qüvvələri bazarlar, marketlər, o cümlədən əhalinin çox olacağı ehtimal edilən yerlərdə ara məsafənin qorunması, qoruyucu maska taxılması məsələlərini nəzarətə götürəcəklər.

Qeyd edək ki, komendant saatı Ankara, İstanbul, İzmir kimi böyük şəhərlər daxil olmaqla 31 vilayəti əhatə edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR