23 Dekabr 2024, Bazar ertəsi

Nazirlər Kabineti 2020-ci ilin 4 aprel tarixində “Naxçıvan Muxtar Respublikasında əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında”, 10 aprel tarixində isə “Naxçıvan Muxtar Respublikasında Korona­virus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi haqqında” qərarlar qəbul ­etmişdir.

Nazirlər Kabinetinin 14 aprel tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında tibbi-iqtisadi ekspertizanın aparılması Qaydası”, “Naxçıvan Muxtar Respublikasında tibbi xidmətin keyfiyyətinin ekspertizasının aparılması Qaydası”, “Naxçıvan Muxtar Respublikasında sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası” təsdiq edilmişdir. Sonuncu Qaydaya əsasən tibb müəssisəsinə təhkimolunma və ailə həkiminin (sahə həkimi – terapevtin, sahə həkimi – pediatrın) seçimi sığortaolunanın yaşadığı ərazi üzrə fəaliyyət göstərən tibb müəssisəsinə kağız üzərində və ya elektron formada təqdim etdiyi ərizəsi əsasında aparılır. Sığortaolunan tibb müəssisəsinə təhkim olunmaq üçün tibb müəssisəsinə verdiyi ərizə ilə şəxsiyyətini təsdiq edən sənədi və yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir.
Nazirlər Kabineti eyni tarixdə “İcbari tibbi sığorta şəhadətnaməsi”nin Nümunəvi forması”nın təsdiq edilməsi haqqında” və “Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması”nın təsdiq edilməsi barədə” qərarlar qəbul etmişdir. Birinci qərara görə sığortaolunan icbari tibbi sığorta şəhadətnaməsini real vaxt rejimində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agent­liyinin məlumat bazasında mövcud aşkaretmə vasitələrindən istifadə etməklə “icbari tibbi sığorta şəhadətnaməsinin sığortaolunan tərəfindən əldə edilməsi” xidmətini seçərək, icbari tibbi sığorta şəhadətnaməsini əldə edə bilər.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR