24 Dekabr 2024, Çərşənbə axşamı

Nes-Sionada yerləşən İsrail Bioloji Tədqiqatlar İnstitutu (İBTİ) koronavirusa qarşı preparatın birinci işlək nümunəsini əldə edib. Bununla əlaqədar İBTİ ilə İsrail Müdafiə Nazirliyi birgə bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir ki, preparat həm vaksin, həm də dərman kimi təsir göstərərək, xəstənin bədənindəki koronavirusu zərərsizləşdirir. Söhbət yeni vasitədən gedir. Bu vasitə yoluxucu xəstəliklər zamanı tətbiq edilmiş məşhur preparat və metodlara əsaslanan digər eksperimental müalicə üsullarından fərqli olaraq, koronavirusa qarşı məqsədyönlü təsir göstərir.

Ardını oxu...

Pakistanda nəşr edilən “Pakistan Observer” qəzetində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı “Heydər Əliyev: davamlı inkişaf edən Azərbaycanın qurucusu” adlı məqalə dərc olunub.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 76 yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ardını oxu...

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, bu dövrdə işləməyən şəxslər və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında neqativ hallara təəssüf ki, hələ də rast gəlinməkdədir. Prokurorluq orqanları tərəfindən şəhər və rayon icra hakimiyyətləri ilə əlaqəli şəkildə qanunamüvafiq tədbirlər davam etdirilir.

Ardını oxu...

Milli Məclisin mayın 5-də keçirilən plenar iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdə olublar.

Ardını oxu...

Bu,  ötən ayın mənzərəsində də aydın görünür  

Muxtar respublikada illər öncə ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və gələcəyə hesablanmış inkişaf strategiyasının yeni və müasir müstəvidə həyata keçirilməsi 30 illik blokada Naxçıvanının sosial-iqtisadi modelini yaratmışdır. Bu modeldə iqtisadiyyatın, onun əsas tərkib hissəsi olan sənaye və kənd təsərrüfatının dinamik inkişafı, ərzaq və enerji təhlükəsizliyi, genişmiqyaslı layihələr, quruculuq işləri, həyata keçirilən islahatlar, təhsil, səhiyyə, mədəniyyət sahələrində yüksəktempli inkişaf, insanların məşğulluğunun və asudə vaxtının səmərəliliyi istiqamətində görülən işlər fonunda başlıca hədəfin əhalinin rifahı olduğu aydın şəkildə görünür. Muxtar respublikanın inkişafı ilə sakin qayğısının eyni xətlə paralel yüksəlişini ötən illərin hər birinin xronikasında izləmək mümkündür. Bunu aprel ayının mənzərəsində də gördük.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin yaz-yay mövsümü istismarı şəraitinə keçidi ilə əlaqədar Mülki Müdafiə Alayında nümunəvi məşğələ keçirilib.

Ardını oxu...

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz bəllidir və dəyişilməzdir. Münaqişə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmalı və bu torpaqlardan didərgin salınmış məcburi köçkünlər öz evlərinə geri qayıtmalıdırlar. Bu məsələdə hər hansı bir əlavə şərhə yer yoxdur.

Ardını oxu...

Azərbaycan Respublikasında 52 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, xronik ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan 1969-cu il təvəllüdlü vətəndaş vəfat edib. 

Ardını oxu...

Prezident İlham Əliyevin koronavirusla mübarizəyə strateji baxışı bir uğur hekayəsidir

Təxminən yüz gündür ki, dünya gözəgörünməz düşmənlə - koronavirusla “ölüm, ya olum” savaşı aparır. Ciddi və sərt təcrid tədbirləri görülür. Sərhədlər bağlanıb. Təyyarələr uçmur. Qatarlar hərəkət etmir. Məktəblərdə dərslər dayandırılıb. Bütün kütləvi tədbirlər və idman yarışları ləğv edilib. İzdihamlı küçə və meydanlar, park və xiyabanlar səssizliyə bürünüb. Planetin 7 milyard əhalisinin yarısı – təxminən 4 milyard insan evə qapanıb.

Bununla belə, virusa yoluxanların, həyatını itirənlərin sayı günbəgün artır. Saatbasaat dəyişən rəqəmlər insanlığın üzləşdiyi böyük çağırışdan, milyonların faciəsindən xəbər verir. İtkilər fərqlidir – hər qitəyə, hər ölkəyə, hətta hər şəhərə görə dəyişir. Rəqəmlərin müqayisəsi ölkələr üzrə virusla mübarizənin səmərəliliyini ortaya qoyur. Azərbaycanın adı nümunəvi ölkələr sırasında çəkilir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşü keçiriləcək.

Xatırladaq ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş XVIII Zirvə Görüşündə sədrlik Azərbaycana verilib. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Ardını oxu...

Mayın 5-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Toplantının gündəliyinə 11 məsələ daxil edilib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Ardını oxu...

Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ardını oxu...

    Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1993-cü il 20 dekabr tarixli Qərarı ilə hər il mayın 3-ü Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü kimi qeyd olunur.

 Müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də böyük problemlər mövcud idi. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə milli mətbuatımızda yaranmış problemlər də aradan qaldırılmışdır. Ölkənin müvafiq qanunvericilik aktlarında dəyişikliklər edilmiş və Azərbaycan söz və mətbuat azadlığının təmin olunması ilə əlaqədar mövcud beynəlxalq konvensiyalara və sazişlərə qoşulmuşdur. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkəmizdə senzura ləğv edilmişdir. 1999-cu il dekabrın 7-də qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd olmuş, Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı təsbit edilmişdir. Müdrik dövlət rəhbəri deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalı, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.   

Ardını oxu...

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi məqsədi ilə vergi ödəyiciləri Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (vergi.nakhchivan.az) daxil olmaqla Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət və  Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciətə uyğun keçidi seçməklə vergi ödəyicilərinə verilən istifadəçi kodu, şifrə-parol, asan imza və ya elektron imza ilə elektron kabinetə daxil olub onlayn qaydada elektron ərizə ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə müraciət etməlidirlər.

Ardını oxu...


Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Ardını oxu...

Naxçıvan Qarnizonu Qoşunlarında bütün növ silah və texnikanın istismarının yay mövsümünə keçidi ilə əlaqədar göstərici məşğələ keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda fəaliyyət göstərən “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti istehsalı artırır.

Hazırda müəssisədə 70 çeşiddə, 60 adda məhsul istehsal olunur. Burada 7 daimi, 20 mövsümi işçi çalışır.

Ardını oxu...

Azərbaycan Respublikasında 40 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 46 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Ardını oxu...

“Azərbaycanda son günlərdə tibb işçiləri arasında koronavirusa yoluxma yoxdur". 

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

O bildirib ki, son günlərdə tibb işçilərinin təlimatlara əməl etmələri və fərdi qoruyucu vasitələrdən istifadə yoluxmanı minimuma endirib: "Artıq virusa yoluxmuş tibb işçilərinin 90 faizi sağalıb evə buraxılıb. Vəziyyəti ağır olan yoxdur".

"Repetitorluqla məşğul olmağa yalnız fərdi şəkildə icazə verilib".

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 

O deyib ki, bu fəaliyyətlə qrup halında məşğul olmaq qadağandır: "Müəllimin bir şagirdlə məşğul olmasına icazə verilir. Qrup şəklində tədrisə icazə verilmir". 

TƏBİB-in sədri Ramin Bayramlı isə qeyd edib ki, bununla bağlı bütün davranış qaydaları da metodik göstərişlərdə öz əksini tapacaq: "Eyni zamanda müəyyən yerlərdə fəaliyyət göstərənlər də leqal xidmət sahəsinə keçməlidir. Vergilər Nazirliyinə müraciət etməlidir ki, icazə ala bilsinlər, hər hansı problem olmasın".

“Bu mərhələdə iri ticarət mərkəzləri və “moll”arın fəaliyyəti üçün yumşalma nəzərdə tutulmayıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Ardını oxu...

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, komandir hazırlığı məşğələsi komandirlərin və qərargah zabitlərinin yaranmış mürəkkəb şəraitdə döyüş tapşırığını vaxtında və dəqiq yerinə yetirmək bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilib.

Səhra şəraitində təşkil edilmiş təlim yerlərində müxtəlif fənlər üzrə keçirilən dərslərdə döyüş texnikalarının heyətlərindən normativlərin qəbulu, hərbi hissədə texnikaların yoxlanması, səhra şəraitində avtomobil və döyüş maşınlarının yanacaqla təminatı qaydaları göstərilib. Məşğələnin sonunda atəş bacarıqları yoxlanan zabitlər müxtəlif atıcı silahlardan praktiki atışlar yerinə yetiriblər.

“Toy və yaslara qadağa qüvvədə qalır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, əsgərlərin valildyenləri ilə görüşməsinə məhdudiyyət də hələ qalır.

Azərbaycanda kütləvi tədbirlərlə bağlı qadağa hələ də qüvvədədir.

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, növbəti mərhələdən sonra bu məsələyə baxılacaq: 

"Hələlik qadağalar mövcuddur. Bundan əlavə, idman oyunları və digər kütləvi tədbirlərə də icazə verilmir. Hazırda yeni yoluxmalar qeydə alınsa da, vəziyyətə nəzarət olunur. Amma hələ ki, yoluxma halları olduğundan bu qadağalar ləğv edilmir".

Aprelin 27-dən etibarən ölkədə korinavirusa yoluxanların sayının artımı müsahidə olunur. Hazırda Azərbaycanda iki zidd tendensiya qeydə alınır. Sağalanların sayı yüksəkdir. Həmçinin yoluxanların sayında artım müşahidə olunur. Yəni müsbət və mənfi tendensiyalar paralel inkisaf edir. Lakin həkimlərin fədakarlığı hesabına vəziyyət nəzarət altındadır.

Bu barədə mayın 1-də keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi olan 1957-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Ardını oxu...

"Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır". 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. 

Ardını oxu...

May ayı ərzində cəzasının az hissəsi qalan daha 300-dək şəxsin azadlığa çıxması nəzərdə tutulur.

Bunu parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Ardını oxu...

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Ardını oxu...

Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirlib.

Operativ Qərargah Azərbaycanda xüsusi karantin rejiminin 31 mayadək uzadılması haqqında qərar çıxarıb.


Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.

Ardını oxu...

Məlum olduğu kimi koronavirus infeksiyasının (COVID-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilmiş və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərin sağlamlığı ilə bağlı mümkün risklərə yol verilməməsi məqsədilə 2020-ci ilin aprel çağırışının müddəti may ayının 31-dək uzadılıb.

Ardını oxu...

XXI əsr insanlığa fərqli, fantastik ümidlər vəd etmişdi. Hər kəs yeni eranın bi­rinci yüzilliyindən ağlasığmaz inkişaf gözlərkən, qarşılaşdığımız təbii fəla­kət­lər, cinayətlər, sağlıq problemləri insan övladının zaman-zaman sınağa çə­kil­diyini və bunun təkrar-təkrar baş verməsini çarəsizcə anlamaqdadır. Son aylar ya­şadığımız zəruri sosial izolyzsiya şəraitində bir çox insanın əslində daxili alə­mində potensialın, ideyanın, yaradıcılığın gizləndiyinin fərqinə varması üçün münbit şərait yaratmışdır. Gözəgörünməz bir düşmənlə qarşı-qarşıya qaldığımız son aylarda təbii ki ehtiyatlı olmalı, dezinfeksiya qaydalarına, sosial məsafəyə diqqət yetirmək zərurəti yaranmışdır. Lakin bu vəziyyətdə xəstəlik qapıdaymış kimi panik hal keçirməmək, psixoloji vəziyyət halına gətirməmək üçün sağlam bədən – sağlam düşüncə məntiqi ilə hərəkət edilməlidir. Evdə qala bilməməkdən şikayətlənən bizlər yaranmış vəziyyətdən maksimum fayda götürməyə çalışmalı, elmi-yaradıcı potensialımızı təkmilləşdirmə istiqamətinə yönəltməliyik. Bu, hər bir sahənin insanı üçün keçərlidir. Belə ki:

-         elm sahəsində çalışanlar – elmi tədqiqatlara daha çox zaman ayıracaq;

-         maliyyə - iqtisad sahəsi – krizi fürsətə çevirməyin optimal imkanlarını axtaracaq (təbii ki, bu insanların xeyrinə olmalı);

-         təhsil sahəsi - hər zaman olduğu kimi cəmiyyətin savadlanması üçün daim yeniləşən elmi-texniki innovasiyalardan istifadə ilə hər vəziyyətdə keyfiyyətli tədrisin təşkilini hazır­la­ya­caq;

Ardını oxu...

Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi, dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunması istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edərək vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri həyata keçirilməkdədir.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, toplanmış materiallar üzrə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunmuşdur.

Ardını oxu...

COVID-19 pandemiyası başladığı gündən indiyədək Türkiyədən dünyanın 57 ölkəsinə tibbi ləvazimatlardan ibarət yardım göndərilib.

Yardımlar ABŞ, İngiltərə, İtaliya, İspaniya, Fələstin, Cənubi Afrika Respublikası kimi dünyanın fərqli bölgələrində yerləşən ölkələrə göndərilib.

Nəfəs aparatları, xüsusi tibbi geyim, maska, dezinfeksiyaedici vasitələr və s. ibarət yardımlar hərbi təyyarələr vasitəsilə göndərib.

 Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Milli Məclisin mayın 1-də keçirilən iclasında “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Azərbaycan Prezidentinin təqdimatı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən diqqətə çatdırılıb.

Sonra məsələ səsverməyə qoyularaq təsdiq edilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və müxtəlif çaplı minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aprel ayının ikinci yarısında bir sıra qərarlar qəbul etmişdir.

Nazirlər Kabinetinin 2020-ci ilin 16 aprel tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Həmkarlar İttifaqları Şurası və Sahibkarlar Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş bağlanılmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya xəstəliyi olan 1951-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Ardını oxu...

Qlobal miqyasda səyahət məhdudiyyətlərinin tətbiqi nəticəsində quru yollarında hərəkətlilik 50 faiz, hava yolları hərəkətliliyi isə 60 faiz azalıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

Ardını oxu...

Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası  Siyasi Şurasının üzvü,“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist

Sosial məsuliyyətsizlik, qaydalara riayət edilməməsi pandemiyanın ikinci dalğasını başlada bilər

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkələrin iqtisadiyyatına vurduğu ziyandan daha çox insanların sağlamlığına təhdidi bu günümüzün ən ağrılı, diqqətçəkən probleminə çevrilib. Statistikaya diqqət yetirək. Bu günədək dünyanın 200-dən çox ölkəsində koronavirus pandemiyası nəticəsində 3,13 milyondan çox yoluxma və 217 mindən çox ölüm hadisəsi qeydə alınıb. Xəstəlik hallarının sayına görə koronavirusdan ən çox təsirlənən bölgələr ABŞ, Çin, Cənubi Koreya, eyni zamanda, İtaliya, İspaniya, Almaniya, Fransa, İsveçrə kimi inkişaf etmiş Avropa ölkələri, həmçinin bizə qonşu dövlət olan İrandır. Azərbaycanda yoluxma hallarının gündən-günə azalması müşahidə olunur. Virusa yoluxan insanların onlar üçün ayrılan xəstəxanalarda yüksək səviyyədə müalicə olunaraq normal həyata qayıtmaları da günümüzün reallıqları sırasındadır. Bu müsbət nəticələr dövlətimizin başçısı İlham Əliyevin zamanında verdiyi tapşırıqlar əsasında görülən qabaqlayıcı tədbirlərin nəticəsidir. Bu fikri böyük əminliklə qeyd edirik ki, əksər ölkələr Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizə təcrübəsindən yararlanaraq karantin qaydalarını tətbiq ediblər.

Ardını oxu...

“Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyinə əlavə edilib.

Ardını oxu...

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin məşqləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, məşqlərin keçirilməsində əsas məqsəd bölmələrin şəxsi heyətinin zenit-raket komplekslərinin (ZRK) idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

Məşqlərdə döyüş heyətləri “İldırım” ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra edirlər.

Qazaxıstan Respublikasının Türkistan vilayəti Azərbaycanın “Xüsusi Karantin Rejimində İcazələrin Alınması və Monitorinqi Sistemi" təcrübəsi əsasında vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sistemini hazırlayıb.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və müxtəlif çaplı minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Ardını oxu...

Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Ardını oxu...

Türkiyənin yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısının alınmasına üçün apardığı mübarizə nümunəvi xarakter daşıyır.

Bu fikirləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca nazirliyin Elmi Komitəsinin növbəti toplantısından sonra keçirdiyi mətbuat konfransında ifadə edib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR