24 Dekabr 2024, Çərşənbə axşamı

“Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyinə əlavə edilib.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Parlamentin plenar iclasının gündəliyinə ümumilikdə 27 məsələ daxildir. İclasda Hesablama Palatasının illik hesabatı da dinləniləcək.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR