24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin yaz-yay mövsümü istismarı şəraitinə keçidi ilə əlaqədar Mülki Müdafiə Alayında nümunəvi məşğələ keçirilib.

Üç təlim yerində, 32 tədris nöqtəsində xüsusi təyinatlı avtomobillərin və mühəndis texnikalarının yaz-yay mövsümü istismarı şəraitinə keçidi zamanı görülən işlər, mühəndis və xilasetmə avadanlıqlarına, yanğın-texniki silahlara, eləcə də radiasiya-kimya kəşfiyyatı cihazlarına və rabitə vasitələrinə texniki xidmətin göstərilməsi praktik olaraq nümayiş etdirilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir, yaz-yay mövsümü istismarı şəraitinə keçid zamanı texnikalara texniki xidmət 1 və 2 həcmində qulluq göstərilir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR