24 Dekabr 2024, Çərşənbə axşamı

Pakistanda nəşr edilən “Pakistan Observer” qəzetində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı “Heydər Əliyev: davamlı inkişaf edən Azərbaycanın qurucusu” adlı məqalə dərc olunub.

Yazıda Heydər Əliyevin sovet dövründə hakimiyyətdə olduğu müddətdə və müstəqil Azərbaycanın Prezidenti kimi öz xalqı üçün misilsiz işlər gördüyü qeyd olunur. Heydər Əliyevin Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə milli birliyi təmin etdiyi, onu qoruyub saxladığı və iqtisadi inkişafı təmin etməklə güclü demokratik təsisatların qurulması üçün yorulmadan çalışdığı vurğulanır.

Məqalədə 1993-2003-cü illərdə müasir Azərbaycanın Heydər Əliyevin rəhbərliyi altında müsbət dəyişiklik, inkişaf və rifah səviyyəsinin yüksəlməsi sahəsində uğurlu yol keçdiyi oxucuların diqqətinə çatdırılır. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünyanın inkişaf edən ölkələri sırasında yer aldığı vurğulanır, məhz onun sayəsində Azərbaycanın Şərqlə Qərb, Şimal və Cənub arasında körpü rolu oynadığından bəhs olunur və qlobal aləmdə Azərbaycanın böyük dövlətlərin yanında yer aldığı bildirilir.

Yazıda Ümummilli Liderin daim Pakistanla əlaqələrə xüsusi diqqət ayırdığı və bu ölkənin Azərbaycanla münasibətlərinin qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsində olduğu qeyd edilir.

Məqalənin sonunda Heydər Əliyevin karyerası boyu milyonlarla insanın sevgisini və hörmətini qazanan əvəzedilməz bir lider olduğu bildirilir, onun indi həyatda olmadığı, lakin ideya və irsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı vurğulanır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR