“Azərbaycanda son günlərdə tibb işçiləri arasında koronavirusa yoluxma yoxdur".
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, son günlərdə tibb işçilərinin təlimatlara əməl etmələri və fərdi qoruyucu vasitələrdən istifadə yoluxmanı minimuma endirib: "Artıq virusa yoluxmuş tibb işçilərinin 90 faizi sağalıb evə buraxılıb. Vəziyyəti ağır olan yoxdur".