Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi məqsədi ilə vergi ödəyiciləri Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinə (vergi.nakhchivan.az) daxil olmaqla Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət və Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciətə uyğun keçidi seçməklə vergi ödəyicilərinə verilən istifadəçi kodu, şifrə-parol, asan imza və ya elektron imza ilə elektron kabinetə daxil olub onlayn qaydada elektron ərizə ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinə müraciət etməlidirlər.
Həmçinin, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatları ilə vergi.nakhchivan.az saytından tanış ola bilərlər.
Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti