24 Dekabr 2024, Çərşənbə axşamı

Qlobal miqyasda səyahət məhdudiyyətlərinin tətbiqi nəticəsində quru yollarında hərəkətlilik 50 faiz, hava yolları hərəkətliliyi isə 60 faiz azalıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

Bildirilir ki, ilin birinci rübündə küçəyə çıxma və səyahət məhdudiyyəti daha çox tətbiq edilən bölgələrdə nəqliyyat vasitələti ilə daşımalar 50-70 faiz nisbətində azalıb. Martın sonuna qlobal miqyasda azalma isə 50 faiz olub.

Avropanın bəzi bölgələrində hava yollarının fəaliyyəti 90 faiz azalsa da, birinci rübdə qlobal miqyasda geriləmə 60 faiz təşkil edib.

Neft tələbatının 57 faizini təşkil edən nəqliyyat sektorundakı misli görünməmiş azalmalar mart ayında neftə olan illik tələbatın 10,8 milyon barrel azalmasına gətirib çıxarıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR