COVID-19 pandemiyası başladığı gündən indiyədək Türkiyədən dünyanın 57 ölkəsinə tibbi ləvazimatlardan ibarət yardım göndərilib.
Yardımlar ABŞ, İngiltərə, İtaliya, İspaniya, Fələstin, Cənubi Afrika Respublikası kimi dünyanın fərqli bölgələrində yerləşən ölkələrə göndərilib.
Nəfəs aparatları, xüsusi tibbi geyim, maska, dezinfeksiyaedici vasitələr və s. ibarət yardımlar hərbi təyyarələr vasitəsilə göndərib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul