24 Dekabr 2024, Çərşənbə axşamı

Antarktida ətrafındakı ərazilər Yer kürəsinin ən təmiz hissəsi hesab oluna bilər.

Mütəxəssislərin fikrincə, Antarktida sahillərində, Cənub okeanı üzərindəki havada hər hansı bir çirklənmə izlərinə rast gəlinməyib.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx hazırlanıb.

DİM-dən verilən məlumata görə, video imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq hazırlanıb.

Ardını oxu...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişi təsdiq edib.

Bu barədə qərar Türkiyənin “Rəsmi qəzeti”ndə dərc edilib.

Ardını oxu...

Azərbaycan Respublikasında 273 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib.

Ardını oxu...

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət “İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirilib.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-si hər il ölkəmizdə Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.

Ardını oxu...

“Türk Hava Yolları” aviaşirkəti iyunun 4-dən etibarən ölkədaxili səfərləri tam bərpa edir.

Bu barədə şirkətin baş direktoru Bilal Ekşi sosial media hesabı vasitəsilə açıqlama yayıb. Səfərlərin bərpası nəticəsində iyunun 4-dən etibarən İstanbuldan Türkiyənin 34, Ankaradan isə 15 şəhərinə uçuşlar keçiriləcək.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi qulluqçuların xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri uğurla davam etdirilir.
Güclü müdafiə qüdrətinə malik olan Naxçıvan Muxtar Respublikasında hərbi infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində ordu, birlik, birləşmə və hissələrdə əsgəri-məişət kompleksləri, təlim-tədris mərkəzləri, qərargah binaları və xəstəxanalar tikilib, sıra meydanı və idman şəhərcikləri salınıb.

Ardını oxu...

Statistika sosial-iqtisadi proqnozların dəqiq verilməsində və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində əsas vasitədir. Statistik göstəricilərin təhlili müvafiq sahədə inkişaf meyillərinin müəyyənləşdirilməsinə imkan verir.

Ardını oxu...

Naxçıvan Beynəlxalq Hava Limanı müasir  tələblər səviyyəsində qurulub

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-si hər il ölkəmizdə Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.

Ardını oxu...

İyunun 1-də Milli Məclisin 2020-ci il növbədənkənar sessiyasının ilk iclası keçirilib.

İclası parlamentin Sədri Sahibə Qafarova açıb.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Ardını oxu...

İyunun 1-də Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası keçirilir.

İclası parlamentin Sədri Sahibə Qafarova açıb.

Ardını oxu...

Ermənistanın baş naziri Nikol Paşinyan özünün və ailəsinin koronavirus testinin nəticələrinin müsbət çıxdığını elan edib.

Ermənistan KİV-lərinə istinadla xəbər veririk ki, Paşinyanın fikrincə, o, koronavirusa müşavirə zamanı yoluxub.

“Məndə heç bir simptom olmayıb. Lakin hərbi hissəyə gedərkən test verdim və onun nəticəsi müsbət çıxdı. Ailə üzvlərimin testləri də müsbət nəticələnib”, - deyə baş nazir bildirib.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.

DİM-dən bildirilib ki, Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil edəcək.

Ardını oxu...

Nazirlər Kabinetində may ayı ərzində bir sıra qərarlar qəbul edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 iyun tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilərək qanunvericiliyin tələblərinə riayət etməklə, iaşə xidməti, tibbi və psixoloji xidmət təşkil edilməsi qərara alınmışdır. Həmçinin 16 may tarixində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 3 iyun tarixli 71 nömrəli və “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan peşə təhsili müəssisəsinin ­Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” 2019-cu il 3 iyun tarixli 72 nömrəli qərarlarında dəyişiklik edilmişdir.

Ardını oxu...

Dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də hər il iyun ayının 1-i Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur.

Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur. Çünki bugünkü uşaqlar müstəqil Azərbaycanın gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyevin ikinci dəfə müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmışdır. Ümummilli liderin ölkəmizə rəhbərliyinin hər iki dövründə uşaqlara xüsusi diqqət yetirməsi, səhiyyə, mədəniyyət, təhsil, idman ocaqlarının, məktəbdənkənar, məktəbəqədər və müvafiq sahəni əhatə edən digərsosial təsisatlarşəbəkəsinin qurulması, genişləndirilməsi uşaqların təhsilinə və sağlamlıqlarının qorunmasına öz müsbət təsirini göstərmişdir.

Ardını oxu...

Milyarder Elon Muskun sahibi olduğu SpaceX şirkətinin “Crew Dragon” kosmik gəmisini daşıyan Falcon 9 raketi NASA-nın iki astronavtı ilə bərabər Beynəlxalq Kosmik Stansiyaya doğru start götürüb.  

Start NASA-nın YouTube kanalında canlı yayımlanıb.  

Kosmik gəmidəki NASA astronavtları Daqlas Hyorli və Robert Benkendir. 

Ardını oxu...

Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi may ayı ərzində müvəffəqiyyətlə yekunlaşdırılıb.

Ardını oxu...

Mayın 31-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə 12 məsələ daxil edilib.

Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələləri müzakirə ediblər. Çıxış edən deputatlar ölkə gündəmində olan vacib məsələlərdən söz açıblar, qeyd və təkliflərini veriblər. Sonra gündəliyin birinci məsələsinin müzakirəsinə başlanılıb.

Ardını oxu...

Azərbaycan Respublikasında 248 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1956 və 1960-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Ardını oxu...

Koronavirus pandemiyasının davam etməsi, habelə “Azərbaycan Hava Yolları” (AZAL) və “Buta Airways” aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar iyulun 1-dək uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

AZAL-dan bildirilib ki, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

Daha ətraflı məlumat üçün “https://www.azal.az/az/offer/547” linkinə daxil ola bilərsiniz.

Azərbaycan Prezidenti İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.

 Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edirik.

Ardını oxu...

Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqmətində muxtar respublikamızda ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Hər il olduğu kimi bu il də taxıl zəmilərində bol məhsul yetişdirilməkdədir. Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan taxılın təhlükəsiz biçilməsi və tədarükünə hazırlıq işlərinə artıq başlanıb.

Ardını oxu...

Baytarlıq xidmətinin təşkili qida təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayan faktorlardan biridir. Bununla yanaşı bu sahənin inkişaf etdirilməsi yoluxucu və parazitar xəstəliklərə qarşı mübarizədə həyati əhəmiyyət kəsb etməklə son dövrlərdə daha aktual xarakter almışdır. Muxtar respublikamızda baytarlıq xidmətinin müasir tələblərə uyğun qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada baytarlığın inkişafı üçün lazımi tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar fəaliyyət göstərir. Həmçinin baytarlıq idarələri və məntəqələri üçün lazımi iş şəraiti yaradılır, süni mayalanmanın tətbiqi ilə bağlı tədbirlər görülür. Epizootik tədbirlərin görülməsi üçün dərmanlarla təminat vaxtında həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada bu sahədə sabitlik vardır”.

Ardını oxu...

Silah gücü düşmənlə danışılacaq yeganə dildir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Qeyd edilib ki, Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq.

Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır!

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Naxçıvan” gəmi-bərəsi əsaslı təmir edilib. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri planlaşdırılmış şəkildə və yüksək keyfiyyətlə həyata keçirilib.

Ardını oxu...

İnsan vücudunun 75 faizini, beynin 85 faizini, qanın 90 faizini, böyrəklərin 82 faizini, sümüklərin isə 22 faizini su təşkil edir. Hüceyrələrimizin normal həyat fəaliyyəti, vücuddakı su balansını qoruması və fizioloji funksiyaların yerinə yetirilməsi üçün, (tənəffüs, dəri. sidik və nəcis yolu ilə) təqribən, 2300 ml su xaric edirik. Unutmamalıyıq ki, su yalnız susuzladığımız zaman içilməz. Çünki beynimizin “hipotalamus” adlanan hissəsində aclıq və susuzluq mərkəzləri bir-birinə yaxın yerləşir və biz çox zaman yanlış olaraq susuzluğumuzu aclıq kimi anlayırıq. Çox vaxt “yalançı aclıq” siqnalı gəldiyi zaman həddən artıq yemək yeyilməsi, sonra isə üzərindən yenə yanlış olaraq həddən ziyadə su içilməsi onu göstərir ki, ilk siqnal yanlış anlaşılıb. Əvvəlcə su içilməli imiş. Yuxarıda da  dediyimiz kimi, (çəkiyə uyğun olaraq) orta hesabla 1,5-2,5 litr arası su içilməlidir. Qadınlar kişilərə nisbətən daha az su içirlər. Digər faktorları da istisna etməməklə birlikdə, onu deyə bilərik ki, piylənmə hallarına qadınlarda daha çox rast gəlinir. Bir çoxları içilən meyvə sularını, çayı və sairi də su hesab edirlər. Bu, duzgün fikir deyil. Necə deyərlər, suyun yerini heç nə vermir. Biz vücudumuza lazım olan oksigeni təkcə hava yolu ilə qəbul etmir, sudan da alırıq. İnsan aclığa 40 gün, susuzluğa 7 gün, havasızlığa 5 dəqiqə dözə bilər. Su birnəfəsə deyil, aramla içilməlidir. Yeməklərdən 15 dəqiqə öncə içilən su maddələr mübadiləsini sürətləndirir, mədədə müəyyən həcmi tutur və çox yemək yeyilməsinin qarşısını alır. İdman edilən zaman da aramla az-az içilən su artıq çəkinin və zərərli maddələrin vücuddan atılmasına kömək edir.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Ardını oxu...


BÜTÜN DÜNYADA OLAN DÖVLƏTLƏR, HƏR BİR VƏTƏNDAŞIYLA BİR YERDƏ ÇƏTİN İMTAHANLA RASTLAŞDI. DÜNYANIN İRİ, APARICI DÖVLƏTLƏRİNİN BELƏ PANDEMİYADAN ÜZÜ QARA ÇIXMASI ÇOX ÜZÜCÜ OLDU. BUNUNLA BƏRABƏR KİÇİK AVROPA DÖVLƏTLƏRİ VƏ AZƏRBAYCAN DA AZ İTGİ İLƏ BU BƏLADAN CANINI QURTARA BİLDİ. DÜNYADA ELƏ ŞƏHƏRLƏR VARDIR Kİ, ONLAR KARANTİN DÖVRÜNDƏ HAMIYA NÜMUNƏ OLDULAR. BELƏ ŞƏHƏRLƏRDƏN BİRİ DƏ NAXÇIVANDIR.

Ardını oxu...


“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 257 yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948-ci, 1953-cü və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Ardını oxu...

Türkiyədə iki aylıq fasilədən sonra ölkədaxili aviareyslər iyunun birindən etibarən bərpa olunur.

İlkin mərhələdə uçuşlar İstanbuldan Ankara, Antalya, İzmir və Trabzon şəhərlərinə həyata keçiriləcək. İlk reys isə iyunun birində saat 10.00-da İstanbuldan Ankaraya olacaq.

Artıq hava limanlarına bununla bağlı sertifikatlar təqdim olunub.

AZƏRTAC

Windows 10 üçün bu ilin ən böyük yenilənməsi təqdim edilib. 2004 nömrəli may ayı yenilənməsi artıq hamı üçün aktivdir və özündə bir sıra dəyişiklikliyi birləşdirir.  

Onlar arasında sürətləndirilmiş axtarış alqoritmi, Tas Manager-də videokart temperatorunun monitorinqi və yenilənmiş ştat tətbiqləri var. Daha əvvəl Windows 10 May 2020 Update yalnız əməliyyat sisteminin beta test iştirakçıları üçün aktiv idi. İndi isə sözügedən yenilənməni bütün istifadəçilər yükləyə blərlər. 

Ardını oxu...

Rusiya Xarici İşlər Nazirliyi rəsmi "instagram" səhifəsində Azərbaycanın 28 May - Respublika Günü münasibəti ilə paylaşım edib. "mid.rus" səhifəsindəki paylaşımda 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması ilə bağlı fransız dilində və ayrıca ərəb əlifbası ilə sənədlərin sürətinin fotoları da paylaşılıb.

Ardını oxu...

Rusiya və Türkiyədə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunacaq.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Ardını oxu...

Uşaq bağçalarının yaxın vaxtlarda açılması gözlənilmir.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Ardını oxu...

Sərbəstlik artdıqca koronavirusa yoluxanların sayı artır. Buna görə də toy mərasimlərinin keçirilməsinə başlamaq hələlik mümkün deyil.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. 

Ardını oxu...

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən birləşmə və hissə qərargahlarının cəlb edilməsi ilə müdafiə əməliyyatına hazırlığın təkmilləşdirilməsi üzrə komanda-qərargah məşqi keçirilib.

Ardını oxu...

Mayın 30-da London-Bakı reysi ilə 40-50 nəfərin ölkəyə gətirilməsi nəzərdə tutulur.

Bunu mayın 29-da Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, iyunun birinci həftəsində isə ABŞ-dan çarter reyslərin təşkili məsələsi nəzərdən keçirilir.

“Beynəlxalq uçuşlarla bağlı sərhədlərimizin iyunun 15-dək bağlı olması barədə qərar verilib”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Ardını oxu...

“Karantin rejimini pozan hüquqi şəxslər, müəssisələr barədə ciddi cəzaların tətbiq olunması gündəmdədir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Ardını oxu...

“Beynəlxalq uçuşların bərpası tək Azərbaycandan asılı deyil”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Ardını oxu...

“Gələn həftədən uçuşlar ölkə daxilində bərpa edilə bilər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Ardını oxu...

Azərbaycan Respublikasında 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Ardını oxu...

  

Türkiyə ictimaiyyəti, o cümlədən aparıcı kütləvi informasiya vasitələri Azərbaycanın müstəqillik bayramı sevincini ortaq dəyər kimi bölüşüb. 28 May - Respublika Günü qardaş ölkədə böyük sevgi və məhəbbətlə qarşılanıb. Ümummilli lider Heydər Əliyevə məxsus “Bir millər, iki dövlət!” kəlamı hər kəsin sevə-sevə ifadə etdiyi bir şüar kimi təqdim olunub.

Ardını oxu...

Mayın 31-i saat 00-dan Azərbaycanda açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə veriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir. 

28 May - Respublika Günü münasibətilə Roma şəhərinin ən qədim tarixi mərkəzində yerləşən möhtəşəm "Mercati di Traiano" abidə kompleksi Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən  məlumat verilib.

Ardını oxu...

Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə yeni qərar imzalayıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, qərara əsasən, aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

Ardını oxu...

31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.

Ardını oxu...

Azərbaycan Respublikasının dövlət sərhədinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırmışdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR