Türkiyədə iki aylıq fasilədən sonra ölkədaxili aviareyslər iyunun birindən etibarən bərpa olunur.
İlkin mərhələdə uçuşlar İstanbuldan Ankara, Antalya, İzmir və Trabzon şəhərlərinə həyata keçiriləcək. İlk reys isə iyunun birində saat 10.00-da İstanbuldan Ankaraya olacaq.
Artıq hava limanlarına bununla bağlı sertifikatlar təqdim olunub.
AZƏRTAC