24 Dekabr 2024, Çərşənbə axşamı

Dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də hər il iyun ayının 1-i Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur.

Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur. Çünki bugünkü uşaqlar müstəqil Azərbaycanın gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyevin ikinci dəfə müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmışdır. Ümummilli liderin ölkəmizə rəhbərliyinin hər iki dövründə uşaqlara xüsusi diqqət yetirməsi, səhiyyə, mədəniyyət, təhsil, idman ocaqlarının, məktəbdənkənar, məktəbəqədər və müvafiq sahəni əhatə edən digərsosial təsisatlarşəbəkəsinin qurulması, genişləndirilməsi uşaqların təhsilinə və sağlamlıqlarının qorunmasına öz müsbət təsirini göstərmişdir.

 Bu gün dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi, təhsil qanunvericiliyində, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı qanunvericilik sistemində yeni təminatların təsbit edilməsi dövlətin uşaqlara olan diqqətinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə özistedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir”.

Naxçıvan Muxtar Respublikasında da uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarının təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Həmçinin sosial qayğıya ehtiyacı olan uşaqların ehtiyaclarının hərtərəfli təminatı, reabilitasiyası, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublika əhalisinin 35 faizi və ya 164 min 546-sı uşaqlardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”. Muxtar respublikada uşaqların təhsili daim diqqət mərkəzində saxlanılır, birbirinin ardınca istifadəyə verilən müasir maddi-texniki bazaya malik təhsil ocaqları təhsilin keyfiyyətinin yüksəldilməsinə, yüksəkixtisaslı kadr potensialının artırılmasına şərait yaradır. Müstəqillik illərində muxtar respublikada 200-dən çox ümumtəhsil məktəbi tikilmiş və ya yenidən qurularaq istifadəyə verilmişdir. Ümumtəhsil məktəblərində 670-dən çox elektron lövhə quraşdırılmışdır. Bu da uşaqların müasir təhsilsistemi əsasında biliklərə yiyələnməsinə şərait yaratmışdır. Bunun nəticəsidir ki, ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1720-si ali, 580-i isə orta ixtisas təhsili müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 180-i müxtəlif ali hərbi məktəblərə daxil olmuşdur.

Uşaqların fiziki cəhətdən sağlam böyüməsi də diqqətdə saxlanılır. Muxtar respublikada müasir standartlara uyğun olimpiya idman kompleksləri, üzgüçülük və şahmat mərkəzləri, uşaq-gənclər şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri,stadionlar, peyntbol meydançası, ümumtəhsil məktəblərində müasir idman zalları istifadəyə verilmişdir. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada 26 mindən çox uşaq idmanla məşğul olur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq “Gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 11 istedadlı uşağın adının bu kitaba yazılması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı da gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edir.

Uşaqların sağlamlıqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq uşaq tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müasir avadanlıqlarla təchiz edilməsi, yeni texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir. Həyata keçirilən tədbirlər nəticəsində uşaqlar arasında infeksion xəstəliklər və ölüm səviyyəsi nəzərəçarpacaq dərəcədə azalmışdır.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da hər zaman diqqət mərkəzində saxlanılır, onlara qayğı ilə yanaşılır. Himayə və qəyyumluğa verilən uşaqların evlərində mütəmadi olaraq monitorinqlərtəşkil olunur, yaşayışşəraitləri öyrənilir, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilir. Bu kateqoriyadan olan uşaqlara dövlətin göstərdiyi diqqətvəqayğınınnəticəsidirki,2019-cu ildə ümumtəhsil məktəblərini bitirmiş uşaqlardan 4-ü ali təhsilmüəssisələrinə qəbul olmuşdur.

“Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil olunmuş, indiyədək 29 mindən artıq uşaq haqqında fərdi məlumatlar banka daxil edilmişdir.

Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili və reabilitasiyası da səmərəli təşkil edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016- 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası daim nəzarətdə saxlanılır, uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilir. Hazırda ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 1048, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 10, Distant Tədris Mərkəzində 11 uşaq təhsil alır. Bundan əlavə, həmin kateqoriyadan olan uşaqların məktəbəqədər tərbiyəsinin təşkili sahəsində görülən işlərin nəticəsidir ki, 2019-2020-ci tədris ilində 9 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, 193 uşaq isə ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarında, məktəbəqədər təhsil müəssisələrində, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrində tədrisə cəlb edilmişdir.

2019-2020-ci tədris ilinin əvvəlində məktəb yaşı çatan sağlamlıq imkanları məhdud uşaqlardan 83-ü ümumtəhsil müəssisələrinin birinci siniflərinə, 6-sı distant tədrisin birinci sinfinə, 2-si isə Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə cəlb edilmişdir. Bundan əlavə, 59 uşaq şahmat məktəblərinə, 126 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, 168 uşaq isə idman məktəblərinə cəlb edilmişdir. Komitə tərəfindən ötən il 735 sağlamlıq imkanları məhdud uşaqla əlaqə saxlanılmış, 74 uşaq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə yönləndirilmişdir. Bu ilin ötən dövründə 190 sağlamlıq imkanları məhdud uşağın valideynləri ilə əlaqə yaradılmış, 10 uşaq məktəbəqədər, məktəbdənkənar təlimtərbiyə və müalicə-reabilitasiya müəssisələrinə cəlb olunmuşdur.

Sağlamlıq imkanları məhdud uşaqlar arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi onların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, istedadlarının üzə çıxarılması, əqli və fiziki inkişafları baxımından da mühüm əhəmiyyət kəsb edir. Həmin kateqoriyadan olan uşaqların tarixi abidələrə, muzeylərə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil edilir, onlar arasında əyləncəli idman oyunları, yarışlar və müsabiqələr keçirilir, film, konsert proqramı və tamaşalar nümayiş olunur. Müvafiq kateqoriyadan olan uşaqların iştirakı ilə konsert proqramı, rəsm və əl işlərindən ibarət sərgilər təşkil edilir, Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunur.

Uşaq ədəbiyyatı uşaqların vətənpərvərlik ruhunda böyüməsində, milli dəyərlərimizi mənimsəməsində və dünyagörüşlərinin formalaşmasında əsas vasitələrdəndir. Buna görə də muxtar respublikada müasir ədəbiyyat bazasına malik olan elektron kitabxanalar istifadəyə verilir, uşaqların asanlıqla qavraya biləcəkləri kitablar nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə “Uşaqlar və Günəş” almanaxı, “Gəncliyimiz gələcəyimiz”, “Təmsillər”, “Şeir və hekayələr”, “Şeirlər”, “Poema və pyeslər”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Sevimli dostlarım kitablar”, “İstedadlı şagirdlər” adlı kitabların nəşr olunması uşaqlarda mütaliəyə marağı artırmışdır.

Sevindirici haldır ki, uşaqlara göstərilən diqqət və qayğının nəticəsində muxtar respublikada dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan, erkən nikaha və cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur.

Uşaqlar xalqımızın gələcəyidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənabVasif Talıbovun dediyi kimi: “Əgər xalqımızın, dövlətimizin gələcəyini düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaq və gənclərin sağlam mühitdə yetişməsi qayğısına qalmalı, onların təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıyıq”.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR