24 Dekabr 2024, Çərşənbə axşamı

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət “İlandağ” geoparkı ilə bağlı yaradılmış İşçi Qrupunun onlayn iclası keçirilib.

 İclasda cari ildə görülən işlər, həyata keçirilən ekspedisiyaların nəticələri və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Tədbirdə “İlandağ” geoparkının sərhədlərinin dəqiqləşdirilməsi, geoloji, geomorfoloji, landşaft, ekoloji, biomüxtəliflik xəritlərinin hazırlanması, tarix-memarlıq və arxeoloji obyektlər barədə kompüter məlumat bazasının yaradılması, həmçinin ərazidə infrastruktur obyektlərinin müvafiq tələblərə uyğun yenidən qurulmasına dair təkliflərin hazırlanması müzakirə olunub və lazımı tapşırıqlar verilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə AMEA rəhbərliyi tərəfindən 17 dekabr 2018-ci il tarixdə ünvanlanan məktubda UNESKO səviyyəli “İlandağ” geoparkının yaradılması və onun Qlobal Geoparklar Sisteminə və Ümumdünya İrsi Siyahısına salınmasına göstərilən müsbət münasibətə görə minnətdarlıq edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həmin məktubu Naxçıvan Bölməsinə göndərmiş və “İlandağ” geoparkının yaradılması ilə bağlı lazımı işlərin həyata keçirilməsini tapşırıb.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR