24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 508 yeni yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Ardını oxu...

COVID-19 pandemiyası ilə əlaqədar qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası ilə Gürcüstan və Rusiya Federasiyası arasında müntəzəm sərnişin hava uçuşları və dəmir yolu sərnişin daşıması müvəqqəti dayandırıldığından vətəndaşların qəbulu məqsədilə xüsusi çarter reysləri və ölkələrin quru sərhədlərində yaradılan xüsusi keçiddən istifadə olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycana gəlmək istəyən vətəndaşların müraciətləri əsasında Gürcüstandan ölkəmizə daha 176 nəfər soydaşımız əvvəlcədən müəyyən olunan siyahı əsasında Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçərək Vətənə qayıdıb.

Ardını oxu...

Muxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, 26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində Sədərək rayonundakı 7 mərtəbəli yeni binada hərbçi ailələrinə xidməti mənzillərin təqdim edilməsi növbəti qayğının ifadəsi və xalq-ordu birliyinin təcəssümüdür. “NEQSOL Holdinq” şirkətlər qrupu tərəfindən alınaraq hərbçi ailələrinə hədiyyə edilən mənzillər lazımi məişət şəraitinə malikdir.

Ardını oxu...

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının 2020-ci ilin birinci yarısındakı fəaliyyəti qənaətbəxş olub.

İnstitutdan  bildirilib ki, elmi işçilər karantin dövrünə qədər, yəni yanvar-mart ayları ərzində elmi-tədqiqat planına uyğun laboratoriya tədqiqatlarını yerinə yetiriblər. Sonrakı dövrdə məlum səbəbdən laboratoriya tədqiqatlarını tam yerinə yetirmək mümkün olmasa da, əməkdaşlar karantin dövründə aparılan elmi-tədqiqat işlərini emal edib və alınan nəticələr əsasında 30-a yaxın məqalə hazırlayaraq yerli və xarici jurnallara göndəriblər. Qeyd olunan dövrdə institut əməkdaşlarının müxtəlif elmi jurnallarda 50-ə yaxın məqaləsinin 30-u respublika və 20-i xarici jurnallarda dərc olunub. Dərc olunan məqalələrdən 18-i “Web of Science” bazasına daxil olan impakt faktorlu jurnallarda (“Quantum materials”, “APL materials”, “Journal of organometallic chemistry”, “Journal of molecular liquids”, “Journal of physics D-applied physics”, “Semiconductors” və sair) yer alıb. Həmçinin institut əməkdaşları xarici və respublika konfranslarına ümumilikdə 50-dən yuxarı tezis təqdim ediblər və iki beynəlxalq onlayn konfransda məruzə ilə çıxış ediblər.

Ardını oxu...

Milli Məclisin iyunun 25-də keçiriləcək növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda 16 məsələ müzakirə olunacaq. Həmin məsələlər aşağıdakılardır:

Ardını oxu...

Baş Nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Qərar imzalayıb. Bu barədə  Nazirlər Kabinetindən məlumat verilib.

Qərara görə, Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək.

 

 

 

Bu il Azərbaycandan Həcc ziyarəti təşkil olunmayacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

Bu il Həcc ziyarətinə getmək üçün indiyədək sənəd verənlərlə bağlı məsələyə də aydınlıq gətirilib. 

Ardını oxu...

Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana 160 min maska və 8 min qoruyucu kombinezon göndərib

ÜST-dən verilən məlumata görə, Azərbaycana 10 000 şəffaf maska, 10 000 qoruyucu maska, 8 000 qoruyucu kombinezon, 140 000 respirator maska gətirilib.

Bu yardım Şərq Tərəfdaşlığı ölkələrinin COVID-19-a qarşı mübarizəsi üçün Aİ-nin 30 milyon avro dəyərində töhfə verdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü”nün tərkib hissəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya daha 100 şəhidin 142 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

Nazirlikdən verilən məlumata görə, birdəfəlik ödəmə vəsaitlərinin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı silahlardan da istifadə etməklə atəşkəs rejimini 27 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

Çinin “BeiDou” naviqasiya sisteminə aid sonuncu peyk orbitə çıxarılıb.

Peyki orbitə aparan “Long March-3B” raketdaşıyıcısının buraxılışı Siçanq peyk buraxılış məntəqəsindən yerli vaxtla saat 9:43-də baş tutub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Həşimli Hüseyn Məmməd oğlu 2020-ci il iyunun 20-də ömrünün 55-ci ilində vəfat etmişdir.
Hüseyn Həşimli 1965-ci il avqustun 25-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Teyvaz kəndində anadan olmuş, orta məktəbi həmin kənddə bitirmişdir. 1982-1986-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə ali təhsil almışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanılmış, dövlət qulluğu sahəsində islahatlar həyata keçirilmiş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərimizin təşəbbüsü və müəllifliyi ilə hazırlanan Konstitusiyamız müasir dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi bazası rolunu oynamış, 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Ardını oxu...

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən dağlıq ərazidə hücumun planlaşdırılması və aparılması tapşırıqlarının icrası üzrə Azərbaycan Ordusu bölmələrinin təlimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimə 800 nəfərədək şəxsi heyət, 100-dək zirehli döyüş və avtomobil texnikası, 40-dək müxtəlif çaplı artilleriya qurğusu, 6 ədəd döyüş və nəqliyyat helikopterləri cəlb olunub.

Ardını oxu...

Bu fani dünyada ömür payı deyilən bir tale qismətini hərə bir biçimdə, bir qiyafədə yaşayır. Kimisi ruhsuz bədən kimi dolaşır, sürünür, bu həyata yük olur... Kimisi də yaranışdan ömrünü-gününü əbədiyyət körüyündə qətrə-qətrə, zərrə-zərrə, yonqar-yonqar əridərək qəlblərdə köç salıb ürəklərdə, könüllərdə taxt qurur... Və günlərin birində varlığı ilə insanlığa zinət olanların bir dünya işıq ruhları bu dünyanın adiliyinə, faniliyinə sığmayıb həyatı əbədiyyət fövqündə seyr etmək məramı ilə Səməndər quşu kimi göylərə pərvazlanır... Yoxluqları hər anarkən göynədir qəlbimizi, təkrar-təkrar sarsıdır mənliyimizi, sıtmalayır ruhumuzu, varlığımızı. Əməlləri, amalları oyalayır ruhumuzu qəlbə təsəlli kimi... İlin, günün bu vədəsində, yaxşıları tütyə deyə aradığımız bir zamanda elimizin bağrından, elmimizin köksündən bir şah budağın da qopub ayrılması yandırdı, sızlatdı bizi. İtkisi, yoxluğu özü qədər ağır olan, böyük olan bir yaxşı da bu gedişlə hey qovurdu ruhumuzu, içimizi...

Ardını oxu...

Mayda Azərbaycanda hava nəqliyyatı ilə 2700 sərnişin daşınıb. Xatırladaq ki, apreldə hava nəqliyyatından 1800 sərnişin istifadə edib.

Naxçıvan Muxtar Respublikasının Fövqəlаdə Hаllаr, Ekоlоgiyа və Təbii Sərvətlər nаzirliklərinin birgə tədbirlər planına uyğun olaraq Şahbuz Dövlət Təbiət Qoruğunda Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən meşələrdə, meşə ətrafı sahələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi məqsədilə səyyar seminar-müşavirə olub.

Ardını oxu...

Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Ardını oxu...

Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 2020-ci il 1 avqust tarixinədək uzadılır.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində dövlət sərhədində giriş-çıxışa müvəqqəti olaraq tətbiq edilən məhdudiyyətin və beynəlxalq uçuşların təxirə salınma müddəti artırılıb. COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları, çarter reysləri və xüsusi reyslər istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 2020-ci il 1 avqust tarixədək uzadılıb.

Baş Nazir Əli Əsədov xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb.

Qərarda deyilir:

1. koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılıb.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsində “15 iyul” sözləri “1 avqust” sözləri ilə əvəz edilib.

İnterpol tərəfindən axtarışda olan daha bir PKK terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Şırnak vilayətinin Silopi rayonu ərazisində yaxalanıb.

Sabri Dal adlı terrorçu ölkə ərazisini qanunsuz yolla tərk etməyə çalışarkən ələ keçirilib. Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən ələ keçirilməsi üçün böyük məbləğdə pul mükafatı nəzərdə tutulan S.Dal bir sıra qanlı terror aktlarını təşkil etməkdə ittiham olunur.

AZƏRTAC

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin 10-cu ildönümündə Müdafiə Nazirliyinin nümayəndə heyəti igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, anma mərasimində Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini deyən polkovnik Elvin Əzizov Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq və mübarizlik hissinin yüksək olduğunu vurğulayıb. Zabit Milli Qəhrəmanın şərəfli həyat yolundan, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb. Qeyd olunub ki, qəhrəmanımız qısa ömür yaşasa da canını Vətən yolunda fəda etməsi ilə gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib.

Ardını oxu...

Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilib 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 12 iyun tarixdə tədiqlədiyi  “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ırazi bölgüsündə qismən dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”na əsasən rayonun Babək qəsəbəsinə şəhər, Cəhri və  Nehrəm kəndlərinə isə qəsəbə statusları verilmişdir.

Ardını oxu...

Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Qanunu imzalayıb.

 Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib:

Ardını oxu...

Fiziklərin hesablamalarına görə, öskürək zamanı bəlğəm damcıları maska və respiratorlara təsir edir və tez-tez, davamlı öskürək bu qoruyucu vasitələrin effektivliyini təqribən 10 faiz azaldır.

Alimlərin hesablamalarının nəticələri “Physics of Fluids” jurnalında dərc edilib.

Bu araşdırmanın müəlliflərindən biri, Nikosiya Universitetinin (Kipr) əməkdaşı fizik Talib Dbuk deyib: “Bizim hesablamalar göstərib ki, davamlı öskürək zamanı maskalar damcıları pis saxlamağa başlayır. Digər tərəfdən yeni tipli koronavirusu və digər respirator infeksiyaları böyük yoxsa kiçik damcıların yayması hələlik məlum deyil.

Ardını oxu...

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.

İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyi təqdim edib.

İclasın gündəliyinə 17 məsələ daxildir.

Ötən gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6100 test aparılıb. Keçən müddət ərzində aparılan testlərin ümumi sayı 403 min 499-a çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...


Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində 23,25,30 iyun və 2, 7 iyul tarixlərində Naxçıvana uçuş üçün siyahıya yazılan şəxslər (7 iyul tarixinə yazılanların bir qismi növbəlilik əsasında istisna olmaqla)20 iyun 2020-ci il tarixində Naxçıvana uçuş üçün hazır olmalıdırlar. Bunun üçün bu şəxslər təqdim etdikləri wotsap nömrələrini AZAL-dan daxil olacaq linkləri qəbul etmək və bilet almaq üçün gün ərzində diqqətdə saxlamalı və bilet alandan sonra sabah gecikmədən TƏBİB-in müəyyən etdiyi yerdə testdən keçməlidirlər deyə, - daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən  verilən məlumata görə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 10.6-cı maddəsinə əsasən hazırlanmış layihədə abilitasiya, yəni əlilliyi olan şəxslərin mövcud potensialını maksimum inkişaf etdirməklə, onların sərbəst yaşamaq imkanlarının artırılması ilə bağlı münasibətlər tənzimlənir.

Layihədə abilitasiya tədbirlərinin nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən hazırlanaraq təsdiq edildiyi bildirilir.

Ardını oxu...

Koronavirus infeksiyası pandemiyasının başlandığı müddətdən ilk dəfə olaraq milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 18-dən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili reysləri bərpa edir.

QSC-nin mətbuat xidmətindən  bildirilib ki, qeyd edilən reyslərə 2-ci terminalda xidmət göstərilir.

Ardını oxu...

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi sahəsində qətiyyətli tədbirləri davam etdirir.

DSX-nin mətbuat mərkəzindən  bildiriblər ki, iyunun 17-də saat 21:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində üç nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb. Sərhəd pozucularının silah və gecəgörmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən böyük bir kisədə yük müşahidə edilib.

Ardını oxu...

Milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” iyunun 17-si və 18-də Bakı-İstanbul-Bakı marşrutu üzrə xüsusi reyslər yerinə yetirməyə davam edir. Təyyarələrin uçuşu cədvəl üzrə həyata keçirilir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, yeni qaydalara uyğun olaraq yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər Bakı-İstanbul reysinə buraxılır.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz tərəfindən həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyev demişdir: “Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur”.

Ardını oxu...

Naxçıvan Regional Peşə Tədris Mərkəzində növbəti əmək yarmarkası təşkil edilib.

Əmək yarmarkasında dövlət və özəl müəssisələr tərəfindən vətəndaşlara 598 boş iş yeri təqdim olunub.

Ardını oxu...

Türkiyədə fəaliyyət göstərən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi “Süleyman Dəmirələ ərməğan” adlı kitab hazırlayıb.

itabın “Mərmərə Qrupu”nun rəsmi saytında yerləşdirilən elektron versiyasında ulu öndər Heydər Əliyev ilə görkəmli dövlət xadimi Süleyman Dəmirəlin dostluq və qardaşlıq münasibətlərindən, türk dünyasının bu iki böyük oğlunun Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındakı xidmətlərindən bəhs olunur.

Ardını oxu...

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, sabahdan Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa ediləcək.

Qərara görə, uçuşlar xüsusi qaydalarla həyata keçiriləcək.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev açıqlamasında bildirib ki, iyunun 18-də saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq: "Həmin gün saat 15:00-da ikinci uçuş baş tutacaq. Bakı-Naxçıvan-Bakı reysini həyata keçirəcək təyyarələrin maksimal sərnişin tutumu 106 yerlik olsa da uçuşlar zamanı 100 yer satışa çıxarılacaq. Çünki bu gün təsdiq edilmiş yeni qaydalara uyğun olaraq əgər uçuş zamanı hansısa sərnişində xəstəlik simptomu aşkarlanarsa, həmin sərnişin təyyarənin arxa sıralarında ayrılmış zonada yerləşdirilməlidir. Həmin sərnişin respirator tipli maska ilə təmin edilməli, digər sərnişinlərdən məsafə saxlanması şərti ilə təcrid edilməlidir. Həmin 6 yer bunun üçün istifadə olunacaq”.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

Yüz illərdir, qədim şəhər Ağdərə hər tərəfdən onu əhatə edən, ovcunun içində saxlayan dağların zirvəsinə başını söykəyib arxayıncasına uyuyurdu – ta ki həmin günə kimi. Artıq 3 il idi ki, gecəsi-gündüzü bir-birinə qarışmışdı Ağdərənin.

Ardını oxu...

Naxçıvan istiqamətində uçuşların açılması ilə bağlı daxil olan çoxsaylı müraciətlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın vitse-prezidenti Eldar Hacıyev video müraciət edib.

AZAL-dan  verilən məlumata görə, müraciətdə ən aktual suallara cavab verilib.

Daha ətraflı videoda:

Ardını oxu...

Müstəqillik əldə etdikdən sonra hüquqi dövlətin yaradılması sahəsində görülən tədbirlər çərçivəsində qanunvericilik bazası da tamamilə yeniləndi, yeni normativ-hüquqi aktlar qəbul edildi. Muxtar respublikada müasir dövrün tələblərinə uyğun olaraq Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının yaradılmasına da ciddi ehtiyac yaranmışdı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər may ayında da davam etdirilmişdir.
Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 1 əcnəbi aşkarlanmış, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbir görülmüşdür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə nazirliyin aparatında qulluq keçən dövlət qulluqçuları üçün “Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Aparatında qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 iyun tarixli 95 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” təsdiq edilmişdir. Adıçəkilən qaydaya əsasən pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunurlar. Təlim kurslarının keçirilməsi vaxtı, yeri, davametmə müddəti və digər şərtləri nazirlik tərəfindən müəyyən edilir və bu barədə nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilir. Təlim kurslarını başa vurmuş şəxslərə forması nazirlik tərəfindən müəyyən edilən sertifikat verilir. Həmin tarixdə “Naxçıvan Muxtar Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar Naxçıvan Muxtar Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və yoluxucu xəstəlik faktı təsdiq edilmiş şəxslərlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsini müəyyən edir.

Ardını oxu...

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Ardını oxu...

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası iyunun 19-da keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasın gündəliyinə 13 məsələ daxil edilib.

 

 

 

Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış xüsusi sayt bu gündən fəaliyyətə başlayıb. Bu saytın köməyi ilə Avropa İttifaqına üzv ölkələrin sakinləri zəruri məlumatlar, ən başlıcası Aİ ölkələrinin hər birindən pandemiya ilə bağlı qaydalara dair doğru məlumat əldə edəcəklər.

“Reopen.europa.eu” saytında Aİ-yə üzv ölkələrin 24 dilində nəqliyyatın vəziyyəti, gigiyena tələbləri, ticarət və əyləncə obyektlərinin iş rejimi, maska taxmaq rejimi və s. barədə məlumatlar dərc edilir.

Bu resurs sayəsində insanlar indi Aİ ölkələrinə səfərlərini planlaşdıra və artıq təhlükələrdən qoruna bilərlər.

 

 

 

İyunun 18-dən ölkə ərazisində daxili uçuşların - Naxçıvan Muxtar Respublikasına bərpa edilməsi nəzərdə tutulur. Ölkə ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili reyslərindən istifadə edən sərnişinlərdən COVID-19 testinin verilməsi tələb olunur.

Bu təşəbbüsə dəstək olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Sərnişinlər üçün onlayn növbə (COVID-19)” adlı yeni elektron xidmət istifadəyə verib. 

Bu elektron xidmət vasitəsilə aviabilet sahibləri COVID-19 testi üçün müayinə vaxtını onlayn təyin edə biləcəklər.

Ardını oxu...

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 26 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR