24 Dekabr 2024, Çərşənbə axşamı

Müstəqillik əldə etdikdən sonra hüquqi dövlətin yaradılması sahəsində görülən tədbirlər çərçivəsində qanunvericilik bazası da tamamilə yeniləndi, yeni normativ-hüquqi aktlar qəbul edildi. Muxtar respublikada müasir dövrün tələblərinə uyğun olaraq Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının yaradılmasına da ciddi ehtiyac yaranmışdı.

Ədliyyə Nazirliyinin mühüm vəzifələrindən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 27 iyul tarixli Fərmanı ilə yaradılan Hüquqi Aktların Dövlət Reyestrinin aparılmasını təmin etməkdir. 2012-ci il yanvarın 1-dən başlayaraq muxtar respublikada reyestrin aparılması və idarə olunması nazirlik tərəfindən həyata keçirilir. Reyestrin yaradılmasında əsas məqsəd hüquqi aktlar barədə dövlət informasiya ehtiyatını yaratmaq, ictimaiyyətin, müxtəlif sahələrdə çalışan peşə sahiblərinin vaxt itkisinə yol vermədən informasiya əldə etmək imkanını asanlaşdırmaqdadır. Ayrı-ayrı hüquq sahələri ilə bağlı mütəmadi olaraq kütləvi informasiya vasitələrində hüquqi maarifləndirmə işləri aparmaqla yanaşı, reyestrin təşkili də bu fəaliyyətin sürətləndirilməsinə yönəldilən mühüm addımdır.
Hazırda hüquqi aktlar huquqiaktlar.nakhchivan.az internet saytında dərc olunur və ictimaiyyət üçün daim açıqdır. Səhifədə hüquqi aktların məzmunu ilə tanış olmaqla yanaşı, sənədlərin axtarışının həyata keçirilməsi də mümkündür ki, bu da istifadəçinin vaxt itkisinin qarşısını alır. Fəaliyyət göstərdiyi müddət ərzində reyestrə 2116 hüquqi sənəd daxil edilmişdir. Onlardan 1186-sı normativ, 924-ü isə qeyri-normativ hüquqi akt, 6-sı normativ xarakterli aktdır. Sayt milli qanunvericiliyin digər elektron bazalarına daxil olmaq imkanı da yaradır.
Muxtar respublikamızda aparılan mütərəqqi islahatlar geniş qanunyaradıcı fəaliyyət ilə müşayiət olunur. Reyestrin geniş qanunvericilik bazasını özündə əks etdirməsi və daim yenilənməsi internet istifadəçilərinin diqqətini cəlb edir. Zaman keçdikcə yeni hüquqi aktların reyestrə daxil edilməsinin nəticəsidir ki, elektron istifadəçilərin sayı ilbəil artır.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR