24 Dekabr 2024, Çərşənbə axşamı

Çinin “BeiDou” naviqasiya sisteminə aid sonuncu peyk orbitə çıxarılıb.

Peyki orbitə aparan “Long March-3B” raketdaşıyıcısının buraxılışı Siçanq peyk buraxılış məntəqəsindən yerli vaxtla saat 9:43-də baş tutub.

“BeiDou” nəslindən 55-ci, “BeiDou-3” naviqasiya sisteminin isə 30-cu peykinin orbitə çıxarılması iyunun 16-na planlaşdırılsa da, yoxlama zamanı raketdaşıyıcıda texniki problemin aşkarlanması səbəbindən buraxılış təxirə salınmışdı. “BeiDou” nəslindən ən ağır peyki orbitə aparan raketin buraxılışı Çinin Mərkəzi Televiziyası ilə canlı yayımlanıb. Artıq planlaşdırılan orbitə çatan peyk bir neçə sınaqdan sonra sistemə qoşulacaq.

Bu, “Long March” seriyasından 336-cı raketin buraxılışı olub.

Qeyd edək ki, “BeiDou-3” naviqasiya sisteminin sonuncu peykinin orbitə çıxarılması ilə sistem tam fəaliyyətə başlayacaq.

Çin 3 mərhələdə özünün peyk naviqasiya sisteminin formalaşdırılmasına başlayıb. Yalnız ölkə ərazisində xidmətlər göstərən birinci mərhələnin formalaşdırılması 2000-ci illərin sonunda başa çatıb. 2012-ci ildə başa çatan ikinci mərhələdə sistemin Asiya və Sakit okean hövzəsi regionunda xidmətlər göstərməsi təmin olunub. Üçüncü mərhələdə ("BeiDou-3") isə sistemin bütün dünyanı əhatə etməsi mümkün olacaq. “BeiDou” sisteminin xidmətlərindən nəqliyyat, kənd təsərrüfatı, balıqçılıq, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması da daxil olmaqla bir çox istiqamətlər üzrə geniş istifadə olunur. Çindəki internetə çıxışı olan smartfonların 70 faizdən çoxu “BeiDou” sistemindən istifadə edir.

“BeiDou” sistemi dünyada GPS (ABŞ), “GLONASS” (Rusiya) və “Galileo”dan (“Avropa İttifaqı”) sonra 4-cü naviqasiya sistemidir.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR