24 Dekabr 2024, Çərşənbə axşamı

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının 2020-ci ilin birinci yarısındakı fəaliyyəti qənaətbəxş olub.

İnstitutdan  bildirilib ki, elmi işçilər karantin dövrünə qədər, yəni yanvar-mart ayları ərzində elmi-tədqiqat planına uyğun laboratoriya tədqiqatlarını yerinə yetiriblər. Sonrakı dövrdə məlum səbəbdən laboratoriya tədqiqatlarını tam yerinə yetirmək mümkün olmasa da, əməkdaşlar karantin dövründə aparılan elmi-tədqiqat işlərini emal edib və alınan nəticələr əsasında 30-a yaxın məqalə hazırlayaraq yerli və xarici jurnallara göndəriblər. Qeyd olunan dövrdə institut əməkdaşlarının müxtəlif elmi jurnallarda 50-ə yaxın məqaləsinin 30-u respublika və 20-i xarici jurnallarda dərc olunub. Dərc olunan məqalələrdən 18-i “Web of Science” bazasına daxil olan impakt faktorlu jurnallarda (“Quantum materials”, “APL materials”, “Journal of organometallic chemistry”, “Journal of molecular liquids”, “Journal of physics D-applied physics”, “Semiconductors” və sair) yer alıb. Həmçinin institut əməkdaşları xarici və respublika konfranslarına ümumilikdə 50-dən yuxarı tezis təqdim ediblər və iki beynəlxalq onlayn konfransda məruzə ilə çıxış ediblər.

2020-ci ilin birinci yarısında institut əməkdaşlarının apardıqları elmi tədqiqatların nəticələrinə həsr olunan məqalələrə dünya alimləri tərəfindən 400-ə yaxın istinad olunub. Bu dövrdə institut əməkdaşları Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə 2 ixtiraya dair iddia sifarişi göndərib və 2 patent alıblar.

Elmi müəssisədə fəaliyyət göstərən iki beynəlxalq laboratoriyanın əməkdaşları da karantin dövrünə qədər apardıqları elmi tədqiqatların nəticələrini xarici həmkarları ilə onlayn rejimdə mütəmadi müzakirə edib, həmin nəticələr əsasında birgə məqalələr hazırlanaraq nüfuzlu jurnallara göndəriblər. Bu dövrdə institutun iki elmi jurnalı - “Azərbaycan kimya jurnalı” və “Kimya problemləri jurnalı” da öz fəaliyyətlərini onlayn davam etdirib, hər iki jurnalın iki nömrəsi artıq çapdan çıxıb.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR