24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4 588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 801, ötən müddət ərzində isə ümumilikdə 391 699 test aparılıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR