24 Dekabr 2024, Çərşənbə axşamı

Ermənistanın baş naziri Nikol Paşinyan özünün və ailəsinin koronavirus testinin nəticələrinin müsbət çıxdığını elan edib.

Ermənistan KİV-lərinə istinadla xəbər veririk ki, Paşinyanın fikrincə, o, koronavirusa müşavirə zamanı yoluxub.

“Məndə heç bir simptom olmayıb. Lakin hərbi hissəyə gedərkən test verdim və onun nəticəsi müsbət çıxdı. Ailə üzvlərimin testləri də müsbət nəticələnib”, - deyə baş nazir bildirib.

Bundan öncə bir sıra xarici siyasətçilərdə, o cümlədən Böyük Britaniyanın Baş naziri Boris Conson, Monako knyazı II Alber, Britaniya taxtının varisi şahzadə Çarlz, İtaliya Demokratik Partiyasının lideri Nikola Dzinqaretti, İran məclisinin sədri Əli Laricanidə koronavirus infeksiyası aşkarlanmışdı.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 10:40-a olan məlumatına əsasən, dünyada 6 milyon 268 mindən çox yoluxma və 373 min 972 ölüm faktı qeydə alınıb, 2 milyon 848 min 455 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Ermənistanda koronavirusa yoluxanların sayı 10 min nəfərə yaxınlaşır, 131 nəfər xəstəlik səbəbindən ölüb. Hazırda müalicə alan 5 min 765 xəstədən 10-nun vəziyyəti ağır qiymətləndirilir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR