24 Dekabr 2024, Çərşənbə axşamı

28 May - Respublika Günü münasibətilə Roma şəhərinin ən qədim tarixi mərkəzində yerləşən möhtəşəm "Mercati di Traiano" abidə kompleksi Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən  məlumat verilib.

 Bildirilib ki, "Mercati di Traiano" abidə kompleksi Azərbaycan və İtaliya arasında münasibətlərində xüsusi yerə malikdir. Bu abidə kompleksinin yerləşdiyi ərazidə Azərbaycan hökumətinin dəstəyi ilə arxeoloji qazıntı işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya bu ilin fevral ayında dövlət səfəri vaxtı Roma şəhərinin meri Vircinia Racci ilə görüşündə dövlət başçımıza həmin qazıntı işləri barədə məlumat verilib və əldə edilmiş arxeoloji dəyər kəsb edən əhəmiyyətli tapıntılar nümayiş etdirilib.

İtaliyada epidemioloji vəziyyətlə bağlı tətbiq olunan qaydalara əməl edilməklə "Mercati di Traiano" abidə kompleksinin işıqlandırılması ilə bağlı keçirilmiş rəsmi mərasimdə İtaliya hökumətinin və Roma şəhərinin nümayəndələri iştirak ediblər.

Mərasimdə əsas qonaq qismində danışan İtaliya Respublikasının parlamentlə əlaqələr üzrə dövlət katibi Canluka Kastaldi Azərabycan-İtaliya strateji tərəfdaşlığının əhəmiyyəti, ölkələrimizi bir-birinə bağlayan dərin əlaqələr barədə danışıb. “Mercati di Traiano” abidə kompleksinin Azərbaycan-İtaliya münasibətlərinin yaxınlığını təcəssüm etdirən simvolik məna kəsb etdiyini deyən İtaliya hökumətinin üzvü Azərbaycan hökumətinin bu kompleks ərazisində aparılan arxeoloji qazıntı işlərinə dəstəyinin İtaliya hökiməti tərəfindən yüksək qiymətləndirdiyini deyib. İtaliyada çox ağır epidemioloji vəziyyətdə Azərbaycanın İtaliyaya göstərdiyi yardıma, nümayiş etdirdiyi həmrəyliyə, o cümlədən Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliyanın bayarağının videoproyeksiyasına görə Azərbayan hökmətinə və xalqına təşəkkür edən dövlət katibi Azərbaycan üçün əhəmiyyətli olan 28 May Respublika Günü tarixində qədim Romanın ən möhtəşəm abidələrindən biri olan və iki ölkə arasında əlaqələrdə xüsusi yeri olan “Mercato di Traiano” abidə kompleksinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmasını İtaliya xalqının və Roma şəhərinin Azərbaycana təşəkkürü və bayram təbrikinin rəmzi olduğunu deyib.

Ardınca Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə 28 May Respublika Gününün, Azərbaycan-İtaliya strateji tərəfdaşlığının və yaxın dostluq münasibətlərinin əhəmiyyəti barədə danışıb, Azərbaycan xalqı üçün ən əziz olan bir gündə möhtəşəm “Mercati di Traiano” abidə kompleksinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması qərarına görə Roma şəhərinin meriyasına və bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Diplomat bugünkü tədbirin və çətin epidemioloji vəziyyətdə Azərbaycanın İtaliya xalqı ilə yaxınlığı və həmrəyliyini nümayiş etdirmək üçün Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağının videoproyeksiyası da daxil olmaqla həyata keçirilən təşəbbüslərin iki dost xalq arasında olan səmimi münasibətləri təcəssüm etdirdiyini deyib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR