24 Dekabr 2024, Çərşənbə axşamı

Aprelin 27-dən etibarən ölkədə korinavirusa yoluxanların sayının artımı müsahidə olunur. Hazırda Azərbaycanda iki zidd tendensiya qeydə alınır. Sağalanların sayı yüksəkdir. Həmçinin yoluxanların sayında artım müşahidə olunur. Yəni müsbət və mənfi tendensiyalar paralel inkisaf edir. Lakin həkimlərin fədakarlığı hesabına vəziyyət nəzarət altındadır.

Bu barədə mayın 1-də keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

 "Dünyanın bir çox ölkəsi karantindən çıxma planlarını açıqlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargah da bu iki tendensiyanı nəzərə alaraq karantin rejimini mayın 4-dən 31-dək uzatmaq, eyni zamanda, karantin rejiminin yumşaldılması haqqında qərar qəbul edib. Başqa sözlə, karantin rejimi yumşaldılmış formada davam edəcək. Bu yanaşma xəstəliklə mübarizənin vəziyyətinə adekvat bir yanaşmadır. Karantin rejiminin yumşaldılması selektiv yanaşma ilə tətbiq ediləcək. Yoluxma hallarının faiz etibarı ilə yüksək olduğu Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində və Abşeron rayonunda karantindən çıxma yavaş sürətlə, digər ərazilərdə, yəni yoluxmanın minimum olduğu və hətta heç olmadığı yerlərdə yüksək sürətlə həyata keçiriləcək. Beləliklə, ölkə iki kateqoriyaya bölünür və hər birində karantindən çıxma müxtəlif sürətlərlə tətbiq edilir. Buna karantindən iki müxtəlif sürətlə çıxma yanaşması da demək olar", - deyə İ.Məmmədov qeyd edib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR