24 Dekabr 2024, Çərşənbə axşamı

Aprelin 17-də Naxçıvan teleradiosuna yeni avadanlıqlar və avtomobillər təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli qeyd edib ki, son illər muxtar respublikanın kütləvi informasiya vasitələri böyük inkişaf yolu keçib. Ötən dövrdə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin də maddi- texniki bazası xeyli möhkəmləndirilib, binası əsaslı yenidən qurulub, yayım və yaradıcı işin keyfiyyəti yüksəlib, müasir iş və efir şəraiti yaradılıb.
Qeyd olunub ki, teleradionun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və qayğısı ilə 91min 220 manat dəyərində yeni çəkiliş və efir avadanlıqları alınıb.

Ülvi Hüseynli Ali Məclis Sədrinin tapşırıqlarını kollektivə çatdıraraq bildirib ki, yaradılan iş şəraitinin və alınan müasir avadanlıqların müqabilində yaradıcı və texniki işin keyfiyyəti daha da yüksəldilməli, teleradionun öz istehsalı olan veriliş və filmlərin həcmi və keyfiyyəti daha da artırılmalıdır. Naxçıvanın tarixini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, təsərrüfat həyatını, turizm potensialını əks etdirən telematerialların hazırlanmasına xüsusi əhəmiyyət verilməlidir.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, komitənin Proqram direksiyasının direktoru İlkin Rzayev yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Komitənin Kompüter şöbəsinin müdiri Elçin Məmmədov yeni alınan avadanlıqların işləmə funksiyaları və keyfiyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, teleradioya, ümumilikdə, 91 min 220 manat dəyərində olan 12 adda 22 yeni avadanlıq alınıb. Ən son texnologiyaya əsaslanan 7 ədəd yeni nəsil qrafika və montaj kompüteri yüksək iş əmsalına malikdir. Kamera dayaqları, fotokamera obyektivi, LED monitorlar, HD siqnal və səsgücləndiricilər, suflyor idarəetmə qurğuları işin keyfiyyətini daha da yüksəldəcək.

Qeyd olunub ki, efirə çıxışı və yayımı tənzimləyən yeni “Router” markalı HD siqnalyönləndirici isə televiziyanın sistem otağında quraşdırılaraq istismara verilib.
Həmçinin komitəyə “NAZ Lifan-820” və “FİAT-Dablo-Maksi” markalı xidməti və çəkiliş avtomobilləri də təqdim olunub.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR