23 Dekabr 2024, Bazar ertəsi

Bu ilin ilk rübündə, onlayn alış-veriş resurslarının istifadəçilərinə edilən fişinq hücumlarının sayı kəskin artıb. “Kaspersky” şirkətinin yaydığı məlumatda qeyd olunur ki, bütün dünyada onlayn mağazalardan feyk səhifələrə keçid cəhdlərinin payı iki dəfə - 9% -dən 18% -ə qədər artıb.

Hazırda müxtəlif onlayn xidmətlərə tələbatın artmasından istifadə edərək, xakerlər istifadəçilərin məlumatlarını və ya pullarını əldə etmək üçün, tanınmış onlayn alış-veriş platformalarını təkrarlayan fişinq saytlar yaradırlar. Bu səbəbdən istifadəçilərə saytların xidmətlərindən istifadə etməzdən öncə diqqətli olmaları tövsiyə olunur. 

Pandemiya səbəbindən həmdə istifadəçilərə koronavirusun təyin olunması üçün saxta testlər və onun dərmanları, eləcə də, şişirdilmiş qiymətə maskalar və sair məhsullar təklif edən resurslar üzə çıxıb. İlin əvvəlindən koronavirus mövzusunu öz məqsədləri üçün istifadə edən 4,6 mindən çox şübhəli resurs aşkarlanıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR