24 Dekabr 2024, Çərşənbə axşamı

Ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin edilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikamız gündən-günə daha da inkişaf edib çiçəklənir. Xüsusilə qeyd etmək olar ki, Naxçıvanda həyata keçirilən ordu quruculuğu və müdafiənin təşkili nümunə gücündədir. Bunu təsdiq edən ən mühüm faktlardan biri də 2018-ci ilin uğurlu hərbi əməliyyatlarıdır. Həmin vaxt Günnüt qələbəsi ilə 11 min hektardan artıq ərazini işğaldan azad edən Əlahiddə Ümumqoşun Ordu Sədərək istiqamətində Şərab zavodunu və ətraf əraziləri nəzarətə götürüb.


Xatırladaq ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev muxtar respublikaya səfəri çərçivəsində Ali Məclisin Sədri ilə birlikdə Sədərək rayonunda ordumuzun ön müdafiə mövqelərinə gələrək burada xidmətin təşkili ilə maraqlanmışdır. Verilən tapşırıq və qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində ordumuz öz müdafiə mövqelərini xeyli yaxşılaşdırmış, ərazilərin etibarlı qorunması əhalinin də rahat yaşayışına və lazımi təsərrüfat işlərini yerinə yetirməsinə stimul vermişdir. Uğurlu hərbi əməliyyatlar nəticəsində ordumuzun nəzarətinə keçən ərazilərdə ötən dövrdə geniş mühəndis-istehkam işləri görülmüş, müdafiə məqsədilə süni təpəciklər yaradılmış, möhkəm müdafiə sistemi qurulmuşdur. Həmçinin Əlahiddə Ümümqoşun Ordunun mühəndis-istehkam bölmələrinin şəxsi heyətinin və mühəndis texnikasının cəlb edilməsi ilə ərazinin minadan təmizləmə işlərinə başlanılmışdır. Mühəndis-istehkam işlərinin möhkəmləndirilməsi insanların rahat şəkildə buraya gəlib-getmələrinə və təsərrüfat işləri ilə məşğul olmalarına şərait yaratmışdır. Nəticədə, bu gün Sədərək istiqamətindəki Şərab zavodunun ətrafındakı münbit torpaqlar bu ildən etibarən əkin dövriyyəsinə qatılıb. Hazırda buradakı 73 hektar sahədə qarğıdalı əkininə başlanılıb. Bu məqsədlə yüksəkkeyfiyyətli, yerli şəraitə uyğun toxum sortları alınaraq ziyanvericilərə qarşı kimyəvi dərmanlarla dərmanlanıb. Əkin işləri rayonun mexanizatorları və sakinlər tərəfindən həyata keçirilir ki, bu da bölgədə yaşayanların maddi rifahının yüksəlməsinə xidmət edir. Həmçinin əkilən məhsuldar torpaqların suvarılması üçün müasir suvarma qurğuları da işlək vəziyyətə gətirilib, 3 artezian quyusu bərpa olunub. Əraziyə yeni yol və elektrik xətləri çəkilib.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması Sədərək rayon sakinlərini də sevindirir. Rayonda aqrar sahənin inkişafı kənd təsərrüfatı ilə məşğul olan insanlara stimul verir. Bütün bunlar, ümumilikdə, muxtar respublikada ərzaq və müdafiə təhlükəsizliyi təminatının göstəricisidir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR